10 Aprel 2026 17:27
180
CƏMİYYƏT
A- A+
Ali Məclisin yaz sessiyasının növbəti iclasında 5 məsələ müzakirəyə çıxarılıb  

Ali Məclisin yaz sessiyasının növbəti iclasında 5 məsələ müzakirəyə çıxarılıb  


Aprelin 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun sədrliyi ilə yeddinci çağırış Ali Məclisin yaz sessiyasının növbəti iclası keçirilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Ali Məclisin mətbuat xidmətindən məlumat verilib.

Ali Məclis sədrinin birinci müavini iclasın gündəliyinə 5 məsələnin müzakirəsinin daxil edildiyini bildirib.

Gündəlik təsdiq olunduqdan sonra birinci məsələ - “Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2025-ci il üzrə fəaliyyəti haqqında hesabatı” ilə bağlı Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov qeyd edib ki, hökumətin hesabatı Ali Məclisin komitə iclaslarında müzakirə edilib və Ali Məclisin müzakirəsinə tövsiyə olunub.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edib.

Ali Məclisin komitə sədrləri təmsil etdikləri komitələrin rəylərini diqqətə çatdırıb, hesabat məruzəsi ətrafında müzakirələr aparılıb.

Müzakirələr zamanı Ali Məclisin deputatları 2025-ci ildə hökumətin gördüyü işlər barədə hesabatın əhatəli hazırlandığını bildirib, sual, təklif və qeydlərini səsləndiriblər. Çıxışlarda ölkə başçısının həyata keçirdiyi siyasətə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin səmərəli fəaliyyətinin muxtar respublikanın sosial-iqtisadi inkişafını daha da sürətləndirdiyi, əldə olunan nəticələrin davamlılığını və qarşıdakı dövr üçün müəyyən edilmiş hədəflərə çatmaq imkanlarını gücləndirdiyi qeyd edilib.

İclasda Baş nazir deputatların səsləndirdiyi sual və təkliflərə münasibət bildirib, qaldırılan məsələlərə aydınlıq gətirdikdən sonra müzakirə olunan məsələ ilə əlaqədar Ali Məclisin qərarı səsə qoyularaq qəbul edilib.

Ali Məclis sədrinin birinci müavini gündəlikdə duran ikinci məsələ - “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun ləğv edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Qanununun müzakirəsi zamanı qeyd edib ki, “Naxçıvan Muxtar Respublikası Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının müvafiq maddələrindən Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkili ilə bağlı müddəalar çıxarılıb. Bu səbəbdən “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun ləğv edilməsi zərurəti yaranıb.

Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev qanun layihəsi barədə məlumat verdikdən sonra Qanun səsə qoyularaq qəbul edilib.

“Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyev layihə barədə məlumat verib, komitənin rəyini diqqətə çatdırdıqdan sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Gündəlikdə duran dördüncü məsələ - “Naxçıvan Muxtar Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərar layihəsinin müzakirəsi zamanı Bəxtiyar Məmmədov Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli Fərmanı ilə Azərbaycan Respublikasının bəzi dövlət orqanları rəhbərləri və onların müavinlərinin yeni aylıq vəzifə maaşlarının müəyyən edildiyini qeyd edib. Bildirilib ki, analoji olaraq muxtar respublikanın dövlət orqanları rəhbərləri və onların müavinlərinin də yeni aylıq vəzifə maaşlarının müəyyən edilməsi ilə əlaqədar müvafiq qərar layihəsi hazırlanıb.

Məsələ ilə bağlı Qərar səsə qoyularaq qəbul olunub.

Gündəliyin sonuncu məsələsinin müzakirəsi ilə bağlı Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasından Ali Məclisə daxil olmuş məlumata əsasən komissiya üzvü Heydərli Elşən Sadıq oğlu vəzifəsindən vaxtından əvvəl azad edilməsi barədə ərizə ilə müraciət edib. Elşən Heydərlinin komissiya üzvlüyündən azad edilməsi məqsədilə “Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası üzvlərinin təyin edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2024-cü il 16 noyabr tarixli Qərarında dəyişiklik edilməsi ilə bağlı layihə hazırlanıb.

Sonda Qərar səsə qoyularaq qəbul edilib.

Bununla da Ali Məclisin iclası başa çatıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

00:29
11 Aprel

“İstilik təchizatı şəbəkəsinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”in təsdiq edilməsi haqqında

00:26
11 Aprel

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti öz gəmilərinə müxtəlif rezinlər, paranitlər, qayışlar və kipləşdirici kəndirlərin satın alınması məqsədilə açıq tender elan edir

00:25
11 Aprel

İordaniya mediası: Azərbaycanla bağlı iddialar həqiqəti əks etdirmir

23:28
10 Aprel

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünə ciddi təsir göstərə bilər  

21:24
10 Aprel

Yaxın Şərqdə vəziyyət: İslamabad danışıqları ərəfəsində tərəflər bir-birini atəşkəsi pozmaqda ittiham edirlər

20:07
10 Aprel

Litva ali təhsil müəssisələri ilə Xəzər Universiteti arasında əməkdaşlıq genişləndiriləcək  

20:02
10 Aprel

Ukrayna Müdafiə Qüvvələri Xəzərdə Rusiyaya məxsus qazma platformalarını vurub

20:01
10 Aprel

Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masa işini davam etdirib 

20:00
10 Aprel

Ukraynanın Vinnitsa şəhərində soydaşlarımız üçün səyyar konsulluq xidməti göstərilib  

19:58
10 Aprel

Azərbaycan və Almaniya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib  

19:57
10 Aprel

Parlamentin iclasında 11 məsələ müzakirə olunub - YENİLƏNİB

19:57
10 Aprel

Qlobal bazarlardakı artım Azərbaycan kənd təsərrüfatına təsir göstərəcək

19:56
10 Aprel

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb  

19:54
10 Aprel

Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya - beynəlxalq elmi-praktik konfrans

19:50
10 Aprel

Qaradağda aşkarlanan 42 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb 

19:50
10 Aprel

Azərbaycan və Çin arasında hərbi əməkdaşlıq inkişaf etdirilir  

19:49
10 Aprel

XTQ-nin hərbi hissəsində qərargah fəaliyyəti, döyüş hazırlığı və maddi-texniki təminatın vəziyyəti yoxlanılıb  

19:48
10 Aprel

DİM İdarə Heyəti sədrinin müavini: TDT-yə üzv ölkələr arasında təcrübə mübadiləsinin aparılması prioritetlər sırasındadır 

19:47
10 Aprel

Aİ-nin yeni sərhəd sistemi qüvvəyə mindi 

19:46
10 Aprel

Türkiyə İrana 48 ton humanitar yardım göndərib

19:44
10 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!