30 İyun 2026 10:19
221
Elm və texnika
A- A+
Akademik Cəlal Əliyevin multidisiplinar yanaşmaları məhsuldarlığın artırılmasında yeni istiqamətlər formalaşdırıb

Akademik Cəlal Əliyevin multidisiplinar yanaşmaları məhsuldarlığın artırılmasında yeni istiqamətlər formalaşdırıb


İyunun 30-da görkəmli alim, ictimai-siyasi xadim, akademik Cəlal Əliyevin anadan olmasının 98-ci ildönümüdür. Görkəmli alimin fundamental və tətbiqi tədqiqatları fotosintez prosesinin dərin mexanizmlərinin öyrənilməsinə, bitkilərin molekulyar səviyyədən bütöv aqroekosistemlərədək struktur-funksional təşkilinin araşdırılmasına həsr olunub.

AMEA-nın vitse-prezidenti, Elm və Təhsil Nazirliyinin (ETN) Molekulyar Biologiya İnstitutunun direktoru vəzifəsini icra edən akademik İradə Hüseynova AZƏRTAC-a açıqlamasında akademik Cəlal Əliyevin Azərbaycan elminin inkişafına töhfələrindən danışıb.

Alim bildirib ki, akademik Cəlal Əliyev xüsusilə buğdanın fotosintetik məhsuldarlığının fizioloji, biofiziki, biokimyəvi və genetik əsaslarını tədqiq edib, bitki məhsuldarlığının elmi əsaslarının formalaşmasına və Azərbaycanın bioloji müxtəlifliyinin qorunmasına mühüm töhfələr verib.

Cəlal Əliyevin fotosintez və fototənəffüs prosesləri üzrə araşdırmaları biologiya elminin inkişafına əhəmiyyətli təsir göstərib. O, fototənəffüsün bitki həyatındakı mürəkkəb və zəruri rolunu elmi əsaslarla ortaya qoyaraq, bu prosesə birtərəfli yanaşmaların əsassız olduğunu sübut edib. Böyük alimin multidisiplinar elmi yanaşmaları kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılması üçün yeni istiqamətlərin yaranmasına imkan verib.

“Cəlal Əliyevin fotosintez, bitki fiziologiyası və məhsuldarlıq sahəsində formalaşdırdığı konseptual yanaşmalar bu gün biologiyanın əsas istiqamətləri ilə səsləşir. Onun riyazi modelləşdirmə və rəqəmsal yanaşmaların biologiyada tətbiqinin vacibliyini öncədən vurğulaması elmi uzaqgörənliyinin bariz göstəricisidir. Akademikin irsi Azərbaycanda molekulyar biologiya, biokimya, genetika, biotexnologiya və bioinformatikanın inkişafı üçün möhkəm elmi baza yaradıb, həmçinin aqrar elmin innovativ istiqamətlərinin formalaşmasına mühüm töhfələr verib”, - deyə akademik İradə Hüseynova vurğulayıb.

Müsahibimiz bildirib ki, alimin ən böyük elmi xidmətlərindən biri fundamental biologiya ilə aqrar elmin üzvi əlaqəsini yaratması olub: “Fotosintez, bitki fiziologiyası və məhsuldarlığın bioloji əsasları sahəsində apardığı tədqiqatlar yüksək məhsuldar, davamlı və adaptiv buğda sortlarının yaradılması üçün möhkəm elmi baza formalaşdırıb. Akademikin biologiyaya mühüm töhfələrindən biri fototənəffüs prosesinə gətirdiyi yeni elmi baxışdır. O, fototənəffüsün bitki üçün sadəcə enerji itkisi deyil, metabolik tarazlığın və həyat fəaliyyətinin mühüm tənzimləyici mexanizmi olduğunu sübut edib. Bu yanaşma göstərib ki, bitki məhsuldarlığı yalnız fotosintezin intensivliyi ilə deyil, mürəkkəb fizioloji proseslərin qarşılıqlı əlaqəsi ilə müəyyən olunur. Alimin irəli sürdüyü “yaxşı fotosintez” konsepsiyası müasir məhsuldarlıq biologiyasının əsas istiqamətlərindən birinə çevrilib. 1971-ci ildə müdafiə etdiyi doktorluq dissertasiyası bu elmi konsepsiyanın mühüm mərhələlərindən biri olub, fundamental tədqiqatların praktik nəticələrə çevrilməsinin nümunəsini göstərib. Cəlal Əliyev seleksiyada genetik müxtəlifliyin qorunmasını ön plana çəkib, zəngin genetik ehtiyatların yüksək məhsuldar sortların yaradılmasında həlledici rolunu elmi əsaslarla ortaya qoyub. Məhz bu elmi strategiyanın nəticəsi olaraq Azərbaycanda zəngin buğda genefondu yaradılıb, minlərlə nümunəni əhatə edən milli genetik baza formalaşdırılıb”.

İradə Hüseynova qeyd edib ki, akademik Cəlal Əliyevin təşəbbüsü sayəsində dünyanın aparıcı kənd təsərrüfatı tədqiqat mərkəzləri ilə əməkdaşlıq əlaqələri qurulub, CGIAR sisteminə daxil olan ICARDA və CIMMYT kimi beynəlxalq təşkilatlarla elmi əlaqələr genişlənib: “Bu əməkdaşlıq genetik ehtiyatların öyrənilməsi, müasir seleksiya metodlarının tətbiqi və elmi imkanların genişləndirilməsi baxımından böyük əhəmiyyət daşıyıb. Azərbaycanda kənd təsərrüfatının inkişafı, məhsuldarlığın artırılması, innovativ texnologiyaların tətbiqi və ərzaq təhlükəsizliyinin təmin edilməsi dövlət siyasətinin prioritetlərindən biridir.

Prezident İlham Əliyevin aqrar sahəyə həsr olunmuş müşavirələrdə çıxışlarında məhsuldarlığın yüksəldilməsi, resurslardan səmərəli istifadə, müasir texnologiyaların tətbiqi, daxili istehsal imkanlarının genişləndirilməsi və dayanıqlı inkişaf məsələlərinin xüsusi vurğulanması bu istiqamətin strateji əhəmiyyətini göstərir. Bu baxımdan deyə bilərik ki, akademik Cəlal Əliyevin ideyaları və rəhbərliyi ilə zəngin milli buğda genefondu əsasında yaradılmış çoxsaylı qiymətli sortlar ölkədə kənd təsərrüfatının və aqrar elminin inkişafına mühüm töhfələr verməkdədir”.

Akademik diqqətə çatdırıb ki, Bakı şəhərində akademik Cəlal Əliyev ideyalarına həsr edilmiş, ölkə təşkilatlarının və beynəlxalq tərəfdaşların iştirakı ilə təşkil olunan, böyük alimin elmi irsinin müasir istiqamətlərdə inkişafına xidmət edən ardıcıl beynəlxalq elmi tədbirlərin, o cümlədən “Cəlal Əliyev qiraətləri”nin keçirilməsi ənənə halını almaqla, böyük alimin elmi irsinin öyrənilməsi, müasir biologiyanın aktual istiqamətləri ilə əlaqələndirilməsi və yeni nəsil tədqiqatçılar arasında yaşadılması baxımından elmi platformaya çevrilib.

İradə Hüseynova qeyd edib ki, Qobustan Təcrübə Stansiyasında yüksək məhsuldarlıqlı bitkilərin öyrənilməsi, süni intellekt və yüksək dəqiqlikli fenotipləmə texnologiyalarının tətbiqinə həsr olunmuş beynəlxalq tədbirlər də Cəlal Əliyevin elmi uzaqgörənliyinin müasir elmin çağırışları ilə səsləşdiyini göstərir.

“Onun yaratdığı elmi məktəb klassik biologiyadan rəqəmsal və molekulyar biologiyaya keçid prosesində istiqamətverici rol oynayır. 2025-ci ildə AMEA-nın 80 illik yubileyi qeyd edilərkən akademik Cəlal Əliyevin elm təşkilatçısı kimi xidmətləri xüsusi qeyd olunub. O, 1981-1990-cı illərdə Biologiya Elmləri Bölməsinin akademik-katibi kimi fundamental tədqiqatların inkişafına, elmin prioritet istiqamətlərinin müəyyənləşdirilməsinə, beynəlxalq əlaqələrin genişlənməsinə və gənc alimlərin dünya elmi məkanına inteqrasiyasına mühüm töhfələr verib. Akademik Cəlal Əliyevin təşəbbüsü ilə Botanika İnstitutunda formalaşan kiçik tədqiqat qrupu zamanla güclü elmi istiqamətə çevrilib, laboratoriya və şöbələrin yaradılması ilə nəticələnib, sonrakı mərhələdə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun formalaşmasına elmi zəmin yaradıb. Ötən il həmin institutla Mikrobiologiya və Biofizika institutlarının birləşməsi nəticəsində yaradılmış ETN Molekulyar Biologiya İnstitutu həmin böyük elmi irsin müasir mərhələdə davamçısı kimi biologiyanın müasir sahələrində tədqiqatlarını inkişaf etdirir”, - deyə akademik bildirib.

Müsahibimiz qeyd edib ki, Cəlal müəllimin bilavasitə elmi məsləhətçiliyi və rəhbərliyi ilə 15 elmlər və 81 fəlsəfə doktoru hazırlanıb: “Akademikin zəngin elmi irsi yüzlərlə elmi əsərdə, monoqrafiya və kitabda öz əksini tapıb. Fotosintez və bitki fiziologiyası sahəsində dünya elminə verdiyi töhfələrin göstəricisi kimi Beynəlxalq Fotosintez Cəmiyyətinin təsis etdiyi “The Jalal Aliyev Lecture Award” mükafatı onun elmi xidmətlərinə verilən yüksək beynəlxalq qiymətdir. Akademik Cəlal Əliyev hər zaman yüksək vətəndaşlıq mövqeyi ilə seçilərək, Azərbaycanda dövlətçilik və müstəqillik ideyalarının müdafiəsində fəal şəkildə iştirak edib. Akademik Cəlal Əliyevin elmi irsindən alınan ən mühüm dərslərdən biri də budur ki, fundamental elm zamanın fövqündə dayanır. Böyük alim genomiks və digər omikslər, biologiyada süni intellekt və rəqəmsal texnologiyaların tətbiqi, innovativ aqrar texnologiyaların inkişafı ilə səsləşən elmi istiqamətləri illər əvvəl irəli sürdüyü ideyalarla müdrikcəsinə görə bilmişdi.

Onun elmi baxışlar sistemi bu gün də yeni nəsil tədqiqatçılara istiqamət verir, müasir biologiyanın gələcək inkişafı üçün möhkəm elmi zəmin yaradır”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda “Birinci Türkoloji Qurultay: Yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqres davam edib – YENİLƏNİB

19:39
30 İyun

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

19:02
30 İyun

Kanadanın Avropadakı hərbi mövcudluğu son 30 ilin ən yüksək səviyyəsinə çatıb

18:56
30 İyun

Çin günəş enerjisi və akkumulyator texnologiyalarını qlobal miqyasda əlçatan edir

18:47
30 İyun

Avropa anomal istilər və dağıdıcı sellərlə mübarizə aparır

18:39
30 İyun

Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik sakinlərin istifadəsinə verilib

18:26
30 İyun

Sinqapurda ev təsərrüfatlarının gəlirləri və təhsil səviyyəsi yüksəlib

18:21
30 İyun

Çində Texnoloji Sıçrayış: Saniyədə 51,3 Terabit Sürətlə Yeni Dünya Rekordu  

18:10
30 İyun

Şuşada TDT-nin dini qurum rəhbərlərinin görüşü çərçivəsində ikitərəfli görüşlər keçirilib

18:08
30 İyun

Ramil Həsən: AŞPA-nın Azərbaycana qarşı qətnaməsi qəbuledilməzdir

18:07
30 İyun

Bakı Hərbi Kollecinin və Hərbi Tibb Fakültəsinin buraxılış mərasimi olub 

18:05
30 İyun

Kənd təsərrüfatı nazirinin müavini Biləsuvarda vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

18:04
30 İyun

Mərkəzi Bank tərəfindən ADU-da keçirilən “İqtisadi jurnalistikanın inkişafına dəstək proqramı” yekunlaşıb  

18:02
30 İyun

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

18:01
30 İyun

“Gemini”nin yeni funksiyası istifadəyə verilib  

17:57
30 İyun

11 milyard illik sirrin həlli: "Xəyalət hissəciyi"nin mənbəyi tapıldı  

17:46
30 İyun

 ABŞ - 250: amerikalılar 4 iyulu necə qeyd edəcəklər

17:33
30 İyun

Marsda "tək deyilik" deməyə əsas verən tarixi kəşf  

17:31
30 İyun

İlkay Gündoğan: Bu, böyük bir məyusluqdur

17:29
30 İyun

Dövlət Ehtiyatları Agentliyi yerli ərzaqlıq buğdanın tədarükünü elan edir

17:21
30 İyun

Venesuela Bolivar Respublikasının Prezidenti vəzifəsini icra edən Zati-aliləri xanım Delsi Rodriqesə  

17:20
30 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!