Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində şəhid ailələri ilə görüş keçirilib
Sentyabrın 10-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda başlanan Vətən müharibəsində həlak olmuş şəhid Adil İbrahimin həyat yoldaşı Nargül İbrahimi, şəhid Valeh Bədəlovun həyat yoldaşı Zeynəb Bədəlova, şəhid Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova və Aprel şəhidi Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi”nin sədri Sevinc Alızadə ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, komitə sədri şəhidlərin həyat yoldaşlarının bu il ali məktəbə qəbul olduqlarını qeyd edib. Komitə sədri bildirib ki, biz hazırda həyatımızın ən əhəmiyyətli, tarixi bir dövrünü yaşayırıq. Bu gün ölkəmizdə vətəndaş həmrəyliyinin, tolerant mühitin olması, daxili sabitliyin qorunması Azərbaycanı güclü, qüdrətli və siyasi iradəsini ardıcıl şəkildə həyata keçirən dövlətə çevirib.
“Tarixin bütün mərhələlərində çətinliklərlə üzləşən, müharibə şəraitində yaşamış Azərbaycan qadınlarının qazanılan böyük qələbələrdə, əldə edilən nailiyyətlərdə özünəməxsus yeri və imzası var. Bu gün biz sizlərin simasında bunu bir daha görür və belə güclü, iradəli qadınlarımızla qürur duyuruq.
Zəfər dolu bu günlərin yaşanmasında ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən davam və inkişaf etdirilməsinin müstəsna əhəmiyyəti var. Bu Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin yüksək sərkərdəlik qabiliyyəti və igid oğullarımız sayəsində qazanılıb. Bu yolda canını verən şəhidlərimiz Zəfərimizi nəinki ölkəmizin, eləcə də dünyanın hərb tarixinə qızıl hərflərlə yazdılar.
Şəhidlərimiz heç bir zaman unudulmayacaq, xalqımız onlara daim minnətdarlıq hissi duyacaq. Vətən müharibəsi iştirakçısı olan qəhrəmanlarımızın döyüş yolunun, onların göstərdikləri qəhrəmanlıqların xalqımıza çatdırılması və sizlər kimi güclü, iradəli qadınların cəmiyyətə tanıdılması gənc nəslin vətənpərvər ruhda böyüməsinə öz töhfəsini verəcəkdir”, - deyə Bahar Muradova qeyd edib.
“Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin sədri Sevinc Orucova bildirib ki, şəhid və qazilərimizin şücaəti sayəsində Azərbaycan Ordusu ən müqəddəs vəzifəni uğurla həyata keçirib, şanlı tarix yazıb. O, həmçinin qeyd edib ki, bu gün öz ayaqları üzərində durmağı bacaran qadınların sayının çox olması hər birimizə güc, qürur verir.
Vətən müharibəsində həyat yoldaşını və qardaşını itirən qəhrəman şəhid Adil İbrahimin həyat yoldaşı Nargül İbrahimi deyib ki, Vətən qəhrəmanlar sayəsində yaşayır. Şəhidin həyat yoldaşı və bacısı olmaq ağrılı olduğu qədər də qürurvericidir.
Sonra şəhid baş leytenant Valeh Bədəlovun həyat yoldaşı Zeynəb Bədəlova onlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib. Qeyd edib ki, şəhidlərin xatirələrinin əbədiləşdirilməsi dövlətimiz tərəfindən Vətən müharibəsi iştirakçılarına göstərilən diqqətin, ehtiramının bariz nümunəsidir.
Şəhid Fariz Həsənovun həyat yoldaşı Əzizə Həsənova şəhidin ən böyük arzusunun onun ali təhsil alması olduğunu bildirib. “Mən bu gün xoşbəxtəm ki, onun bu arzusunu həyata keçirmişəm”, - deyə o qeyd edib.
Sonda xatirə şəkli çəkdirilib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!