02 May 2024 15:59
318
DÜNYA
A- A+

Aİ Livana 1 milyard avroluq yardım paketi təqdim edib

 

Avropa İttifaqı ölkə iqtisadiyyatını dəstəkləmək və ölkədən Avropaya gedən qaçqınların sayının kəskin artmasının qarşısını almaq üçün üç il ərzində Livana 1 milyard avro maliyyə yardımı edəcək.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen cümə axşamı səhər Livanın müvəqqəti baş naziri Nəcib Mikati və Kipr prezidenti Nikos Xristodulidislə Livanın paytaxtı Beyrutda görüşündən sonra açıqlama verib.

Fon der Lyayen bildirib ki, pul Livana təhsil, sosial müdafiə və səhiyyə kimi əsas xidmətləri gücləndirməyə və böhrandan əziyyət çəkən ölkədə iqtisadi islahatlara təkan verəcək.

Maliyyə paketi həm də Livana suriyalı qaçqınları qəbul edərkən üzləşdiyi çətinliklərin öhdəsindən gəlməyə kömək etmək məqsədi daşıyır.

“Biz Livanın suriyalı qaçqınları və digər köçkünləri qəbul etməkdə hansı çətinliklərlə üzləşdiyini başa düşürük. Ev sahibi icmaların və suriyalı qaçqınların rifahını təmin etmək vacibdir”, - deyə fon der Lyayen bildirib.


 “Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video