29 Avqust 2026 09:50
1013
İQTİSADİYYAT
A- A+
Ağstafalı fermerlər istehsalı məhsuldarlıq hesabına artırırlar

Ağstafalı fermerlər istehsalı məhsuldarlıq hesabına artırırlar


Hər ili uğurla yola salan ağstafalılar cari ildə də kənd təsərrüfatının əksər sahələri üzrə yüksək göstəricilər əldə edirlər. Xüsusilə taxılçılıq üzrə bu mövsüm bütün gözləntilər özünü doğrultmuşdur. 

Qeyd edək ki, cari ilin məhsulu üçün  8187,2 hektar sahədə taxıl əkilmişdir. Onun 4812,3  hektarı buğda, 3374,9 hektarı arpa olmuşdu. Buğda sahəsinin hər hektarından 34, arpa sahəsinin hər hektarından isə 28 sentner məhsul götürülmüşdür ki, bu da əvvəlki ildəki göstəricidən çoxdur.

Taxıl istehsalında yenə də fərqlənən fermerlər olmuşdur. İri fermer təsərrüfatlarından Elxan  Cürənli  130, Köçəsgər kənd sakinləri Gülbəniz Mehdiyeva 70, Elmira İsmayılova 20 və Komsomol Məmmədov 18 hektar buğda sahələrindən bol məhsul götürmüşlər. Taxıl istehsalında rayonun Göycəli, Köçəsgər, Eynallı, Dağ Kəsəmən və Qıraq Kəsəmən kəndləri fərqlənmişlər.

Taxıldan savayı, rayon üzrə 552,5 hektarda kartof, 1592,3 hektarda yazlıq və yaylıq günəbaxan, 264,3 hektarda qarğıdalı, 852,2 hektarda tərəvəz və bostan  məhsulları əkilmişdir.

Meyvə bağlarından da yüksək məhsuldarlıq gözlənilir. Hazırda Ağstafada 1640,9 hektar meyvə bağları mövcuddur. Cari ilin ötən dövrü ərzində bağlardan 6148,6 ton meyvə yığılmışdır.  Rayonda intensiv tipli bağların salınmasına da maraq artır. "Kur Fruit Company" MMC 160, Kolxəlifəli kəndində Səxavət Binnətov 55 hektarda intensiv meyvə, Aşağı Göycəli kəndində Nazim Əhmədov 6, Zəlimxan kəndində Elfaq Mamayev 1,49 hektarda  intensiv fındıq bağları salmışlar. Həmin bağlardan yüksək məhsuldarlıq gözlənilir.

Rayonun 466,6 hektara yaxın üzüm bağı da var. Üzümçülük sahəsi gəlirli olduğu üçün fermerlər arasında bu sahəyə maraq getdikcə artmaqdadır. Ötən il hər hektar üzüm bağından orta hesabla 153 sentner məhsul götürən fermerlər bu il məhsuldarlığın yüksək olacağına ümid edirlər. 


Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

SABAH qəzeti: Bakı ilə Daşkəndin ittifaqı Avrasiyanın Türk dünyasına yönəlmiş arxitekturası üçün əhəmiyyətlidir

17:21
29 Avqust

AZAL: Bakı-Naxçıvan-Bakı reysləri ildırımlı hava şəraiti səbəbindən təxirə salınıb

16:03
29 Avqust

Azərbaycan idmançısı Gözəl Zutova kəmər güləşi üzrə dünya çempionu olub

15:53
29 Avqust

Növbəti 3 gündə hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

15:32
29 Avqust

Çempionlar Liqası: “Sabah”ın əsas mərhələdəki oyunlarının təqvimi açıqlanıb

15:14
29 Avqust

Professor: Xərçəng hüceyrələrinə və bakteriyalara təsir edən bitki növü müəyyən edilib

14:27
29 Avqust

Rusiyanın hava zərbəsi nəticəsində Buça rayonunda 27 nəfər həlak olub

13:25
29 Avqust

Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə bağlı bəyanat yayıb

13:06
29 Avqust

Bakıya və rayonlara yağış yağacaq, külək güclənəcək

12:45
29 Avqust

Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevə

12:06
29 Avqust

Vətən Müharibəsi Qəhrəmanı Anar Əliyevin xatirəsi yad edilib

12:04
29 Avqust

Polis 1,3 kiloqram narkotik vasitə aşkarlayıb

11:31
29 Avqust

Kral Harald Akershus qalasındakı gizli sarkofaqda dəfn ediləcək

11:30
29 Avqust

Bilmək istəyirəm

10:40
29 Avqust

Şuşanın ilk Bülbülü

10:30
29 Avqust

DİN: Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb

10:27
29 Avqust

Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür

10:26
29 Avqust

Əsərlərinin mövzusu bu gün də aktualdır

10:20
29 Avqust

Böyük ədəbiyyat yolunda öz cığırı vardı

10:10
29 Avqust

Günay Əfəndiyeva Qazaxıstanın Baş nazirinin müavini, mədəniyyət və informasiya naziri Aida Balayeva ilə görüşüb

10:01
29 Avqust

AÇG tezliklə sönməyəcək

10:00
29 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!