Ağstafada şəhid bulaqlarına laqeyd münasibət göstərilir
Son illər Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsi nəticəsində paytaxt Bakı ilə yanaşı, regionlarımız da nəzərə çarpacaq dərəcədə inkişaf edib. İndi elə bir şəhər, elə bir rayon tapılmaz ki, orada yenidənqurma işləri aparılmasın. Yeni park və xiyabanlar, müasir mədəniyyət mərkəzləri sakinlərin rahatlığını və mədəni istirahətini tam təmin edir. İndi cəsarətlə demək olar ki, ölkəmiz inkişaf etmiş Avropa dövlətləri ilə müqayisə olunur. Söz yox ki, bütün bunlar ölkə rəhbərinin gərgin əməyinin və uğurlu siyasətinin nəticəsidir. Hazırda Azərbaycanın bir əsas problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bu yolda minlərlə şəhid vermişik. Xalqımız əmindir ki, nə o şəhidlərin qanı yerdə qalacaq, nə də işğal altındakı torpaqlarımız düşmən tapdağı altında!
Hörmətli redaksiya! Bu məktubu yazmaqda məqsədim başqadır. Bu yaxınlarda yolum respublikamızın qərb bölgəsinə düşmüşdü. Qazax rayonunda eşitdim ki, aprel ayının əvvəllərində, düşmənlə təmas nöqtəsi olan Tərtərdə, ermənilərin təxribatının qarşısını alarkən 3 nəfər qazaxlı hərbçi şəhid olmuşdur. Rayon rəhbərliyi həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq rayon mərkəzinin 3 yerində bulaq kompleksi inşa etdirmişdir.
Qazaxdan sonra Ağstafa rayonunda oldum. Rayonun Məmməd Əmin Rəsulzadə küçəsindən keçərkən gözümə primitiv şəkildə düzəldilmiş bir bulaq sataşdı. Dayanıb suyundan içmək istədim, lakin su gəlmirdi. Yaxınlıqdan keçən 2 nəfər rayon sakini ayaq saxlayıb mənə dedi ki, bu bulağa heç vaxt su gəlmir. Bulağın üstünə iki ad yazılmışdı: Fərman Süleymanov və Mehman Əliyev. Onların ruhlarına dua edəndən sonra deməyə söz tapmadım.
İndi siz deyin, şəhid xatirəsinə belə laqeydlik olarmı?!
İsrafil CƏFƏROV,
Bakı şəhər sakini, həkim
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
Bütün dünyada jurnalistlərin işi daha təhlükəli olur
04 May
“Qızıl əlcək” sahibini tapdı
04 May
“Philips”in yeni oyun monitoru təqdim edilib
04 May
Əfsanəvi avtomobil elektromobil kimi geri dönür
04 May
ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik
04 May
--Sürü halında uçan robot arılar istehsal edilib
04 May
UEFA həftənin ən yaxşılarını açıqlayıb
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!