05 May 2026 11:52
294
Elm və texnika
A- A+
ADA Universitetinin “Bir müəllimin manifesti” ixtisasartırma proqramının beynəlxalq mərhələsi yekunlaşıb

ADA Universitetinin “Bir müəllimin manifesti” ixtisasartırma proqramının beynəlxalq mərhələsi yekunlaşıb


ADA Universitetinin təşəbbüsü və Elm və Təhsil Nazirliyinin dəstəyi ilə beşinci ildir ki, uğurla davam etdirilən “Bir müəllimin manifesti” ixtisasartırma proqramının beynəlxalq mərhələsi yekunlaşıb. ADA Universitetinin Qazax Mərkəzi/Qazax Müəllimlər Seminariyası və ADA Universitetində əyani və onlayn formatlarda həyata keçirilən proqramın növbəti dayanacağı Avropanın qabaqcıl təhsil mərkəzləri olan Estoniya və Finlandiya olub.

Bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verilib.

2025-2026-cı tədris ili çərçivəsində təşkil olunan səfərdə ölkənin 15 şəhər və rayonunu təmsil edən 20 məktəb direktoru və müəllim iştirak edib. Aprelin 5-dən 16-dək davam edən səfər zamanı iştirakçılar hər iki ölkənin təhsil sistemi ilə yaxından tanış olaraq qabaqcıl təhsil müəssisələrində interaktiv dərslərə qatılıblar. Məktəb ziyarətləri, dərs müşahidələri və seminarlar vasitəsilə onlar tədrisin təşkili, müasir məktəb idarəçiliyi, müəllim hazırlığı, rəqəmsallaşma və şagirdyönümlü yanaşmalar üzrə beynəlxalq təcrübələri yerində öyrənmək imkanı qazanıblar.

ADA Universitetinin prorektoru Vəfa Kazdal iştirakçılarla keçirilən görüşdə proqramın əhəmiyyətini yüksək qiymətləndirib. O bildirib ki, “Bir müəllimin manifesti” proqramı region müəllimlərinin peşəkar inkişafı ilə yanaşı, onların yeni təhsil paradiqmaları ilə tanış olması baxımından mühüm platformadır. Prorektorun sözlərinə görə, beynəlxalq təcrübə mərhələsi iştirakçılara tədris prosesinə fərqli baxış qazandırır və Qazax Müəllimlər Seminariyasının tarixi missiyasını müasir dövrün çağırışları ilə birləşdirərək regionlarda təhsilin inkişafına birbaşa dəstək verir.

Proqram iştirakçısı, Qobustan şəhər E. Vəliyev adına 2 nömrəli tam orta məktəbin müəllimi Aytac Rəcəbova səfər təəssüratlarını bölüşərkən Estoniya və Finlandiya modellərinin ona yeni baxış bucağı qazandırdığını vurğulayıb. O, fərqli təhsil modellərini yerində görməyin yenilikçi yanaşmalar üçün böyük ilham mənbəyi olduğunu qeyd edərək, proqramı “gələcəyə yazılmış bir vəd” kimi xarakterizə edib.

Bu il 5 illik yubileyini qeyd edən və Azərbaycanın regionlarında fəaliyyət göstərən pedaqoqların inkişafına xidmət edən proqramdan indiyədək 101 müəllim və məktəb direktoru məzun olub. Cari tədris ilinin iştirakçıları Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən keçiriləcək yekun qiymətləndirmə mərhələsindən sonra məzun olacaqlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABB beynəlxalq istiqraz buraxılışını nəzərdən keçirir

19:36
08 May

Belarus birjası Azərbaycanın pambıq lifinə marağını bildirib

19:28
08 May

Rəqəmsal xidmət şirkətləri DVX-də uçota alınıb

19:18
08 May

Azərbaycan BDT-nin 84-cü sessiyasında təmsil olunub

19:07
08 May

“Apple”dan yubiley sürprizi

19:01
08 May

Robot rahib təqdim olunub

18:53
08 May

Cənub-Şərqi Asiya üçün 70 milyard dollarlıq yeni inkişaf planı

18:51
08 May

ABŞ texnologiya sektorunda yeni mərhələ

18:45
08 May

McDonald’s Çində fəaliyyətini genişləndirir

18:34
08 May

 Ekransız “Fitbit Air” cihazı təqdim edilib

18:29
08 May

Trampdan Avropa İttifaqına ticarət ultimatumu

18:19
08 May

2100-cü ilə qədər on minlərlə bitki növü yox ola bilər  

18:15
08 May

Yaponiya milli kəşfiyyatı mərkəzləşdirir

18:07
08 May

UNEC-də “Heydər Əliyev irsi: Elm, təhsil və milli tərəqqi” adlı elmi-praktiki konfrans keçirilib

18:01
08 May

Yuxu və yemək arasında gizli əlaqə aşkarlandı

17:59
08 May

İsveçdə uşaq cinayətkarlığına qarşı elektron nəzarət   

17:51
08 May

ABŞ-də alimentlə bağlı yeni qayda

17:46
08 May

 Sahibkarlığın inkişafına dəstək 

17:40
08 May

Rusiya 9 may paradı üçün xarici jurnalistlərin akkreditasiyalarını ləğv edib

17:39
08 May

Türkiyə Prezidenti: “SAHA Expo 2026”-da 8 milyard dollarlıq ticarət həcminə nail olunub  

17:33
08 May

İqtisadi Şuranın iclasında turizmin inkişafı ilə bağlı qərarlar qəbul olunub

17:22
08 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!