04 May 2026 14:41
204
Elm və texnika
A- A+
Sözün qüdrəti: Lətifə Orucun Qırğızıstanda ədəbi uğuru

Sözün qüdrəti: Lətifə Orucun Qırğızıstanda ədəbi uğuru


Azərbaycan ədəbiyyatının çağdaş simaları arasında özünəməxsus yaradıcılıq xətti, həyat müşahidələri və güclü publisistik düşüncəsi ilə seçilən tanınmış yazıçı, publisist və hüquqşünas Lətifə Oruc növbəti beynəlxalq uğuruna imza atıb. Müəllifin oxucular tərəfindən maraqla qarşılanan “Sirli gedişlər” kitabının Qırğızıstanda qırğız dilində nəşr olunması bu ölkədə böyük maraq doğurub. Bunun nəticəsi olaraq azərbaycanlı yazıçı Qırğızıstana rəsmi dəvət alıb.

Azərbaycan, rus, ingilis, türk, özbək, qazax və qırğız dillərində çap olunan “Sirli gedişlər” əsəri müəllifin yaradıcılığının beynəlxalq miqyasda qəbul olunduğunu təsdiq edir. Müxtəlif dillərdə oxucu auditoriyası qazanan bu əsər təkcə bədii mətn kimi deyil, həm də həyatın, ailə dəyərlərinin, insan xarakterinin və zamanın sosial-mənəvi mənzərəsinin bədii salnaməsi kimi diqqət çəkir.

Səfər çərçivəsində Lətifə Oruc Qırğızıstan Milli Universiteti, Qırğızıstan Milli Kitabxanası, Qırğızıstan Yazıçılar Birliyi və Bişkek Dövlət Universitetində oxucular, ziyalılar, tələbələr və ədəbiyyatsevərlərlə silsilə görüşlər keçirib. Bu görüşlərdə müəllif yaradıcılıq yolu, kitabın yazılma tarixçəsi, əsərin ideya xətti və həyat fəlsəfəsi haqqında ətraflı danışıb, oxuculara kitablarını təqdim edib.

Qırğız oxucuların azərbaycanlı yazıçıya göstərdiyi sevgi xüsusi maraqla qarşılanıb. Ədəbi dairələrdə böyük rəğbətlə qarşılanan bu səfər iki qardaş xalq arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edən mühüm hadisə kimi dəyərləndirilir.

Səfər zamanı yazıçı Qırğızıstan Xalq Assambleyasının sədri Almambet Matubraimov ilə də görüşüb. Görüşdə Azərbaycan-Qırğızıstan mədəni əlaqələri, ədəbiyyatın xalqları yaxınlaşdıran gücü və gələcək birgə layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Yazıçının səfər proqramında yaddaqalan məqamlardan biri də Bişkek şəhərində fəaliyyət göstərən, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan məktəbdə keçirilən görüş olub. Bu görüş barədə həyəcanla danışan Lətifə Oruc bildirib ki, məktəbin pedaqoji kollektivi Azərbaycan xalqına dərin sevgi və ehtiramlarını ifadə edib. Bu mənəvi yaxınlıq yazıçını olduqca təsirləndirib.

Qırğızıstanda gördüyü böyük marağın nəticəsi kimi yazıçı ölkənin dövlət televiziyasına da dəvət olunub. Televiziya proqramında onun yaradıcılığı, “Sirli gedişlər” romanının uğuru və Azərbaycan ədəbiyyatının müasir inkişaf istiqamətləri barədə geniş söhbət aparılıb.

Lətifə Oruc 1960-cı il yanvarın 9-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Düdəngə kəndində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirən yazıçı uzun illər hüquq sahəsində fəaliyyət göstərib.

Onun “Sirli gedişlər” əsəri müəllifin həyat yolunun, ailə yaddaşının, milli-mənəvi dəyərlərin və insan iradəsinin bədii ifadəsidir. Real həyat hadisələri əsasında qələmə alınan əsərdə sadə bir ailənin timsalında bütöv bir dövrün mənəvi portreti yaradılıb. Müəllif keçmiş sovet dönəmindən müstəqillik illərinədək yaşanan sosial, ailəvi və mənəvi hadisələri böyük ustalıqla təqdim edir.

Əsərin ən böyük uğurlarından biri onun sadə, axıcı və oxucunu ilk səhifədən son səhifəyədək öz təsiri altında saxlayan dilidir. “Sirli gedişlər” təkcə bir ailənin həyat hekayəsi deyil, zəhmətin, iradənin, ailə dəyərlərinin və həyat mübarizəsinin bədii manifestidir.

Bu gün Lətifə Orucun yaradıcılığı Azərbaycanın hüdudlarını aşaraq türk dünyasının müxtəlif coğrafiyalarında maraqla qarşılanır. Qırğızıstanda ona göstərilən yüksək diqqət və sevgi isə bir daha sübut edir ki, həqiqi ədəbiyyatın dili fərqli olsa da, ruhu həmişə eynidir - insanı insana yaxınlaşdırmaq, xalqları bir-birinə bağlamaq.


Elşən QƏNİYEV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Parkinson xəstəliyinə qarşı idmanın əhəmiyyəti

19:32
04 May

Klemens Fişer: Almaniya və Azərbaycan arasında mövcud iqtisadi-ticari əməkdaşlıq davamlı artım nümayiş etdirir  

19:12
04 May

Paşinyan: “Avropa Siyasi Birliyi”nin Sammitində Azərbaycan Prezidentinin videobağlantı formatında iştirakı çox böyük əhəmiyyət kəsb edir

19:06
04 May

Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib  

19:01
04 May

Yapon şirkətləri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələrinə maraq göstərir  

18:59
04 May

Prezident İlham Əliyevin sosial şəbəkə hesabında “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısındakı çıxışı paylaşılıb VİDEO  

18:45
04 May

Dövlət Komitəsində kollegiya iclası: məruzələr dinlənilib, rəy və təkliflər səsləndirilib

18:41
04 May

Parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası Azərbaycana qarşı aparılan hibrid hücum kampaniyalarına dair açıqlama yayıb 

18:36
04 May

Milli Məclis komitəsi yaşıllıqlarla bağlı dəyişiklikləri plenar iclasa tövsiyə edib  

18:32
04 May

Vəkillər Kollegiyasının sədri: Şəhərsalmada inklüziv inkişaf yalnız hüquqi əsaslarla mümkündür  

18:28
04 May

İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni Azərbaycana səfərə gəlib

18:07
04 May

Hörmüz boğazında gərginlik: İran ABŞ gəmilərinə xəbərdarlıq atəşi açıb

18:01
04 May

FHN bəzi ərazilərdə gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

17:57
04 May

“Azərbaycan Hava Yolları”nın ixrac gəlirləri 18 faizdən çox artıb

17:53
04 May

Parlamentlərarası İttifaqın Baş katibi: Azərbaycan PAİ-də öz fəaliyyəti ilə diqqəti cəlb edir

17:49
04 May

Hörmüzün yaratdığı iqtisadi itkilər artır, ABŞ-nin aviasiya şirkəti fəaliyyətini dayandırıb  

17:15
04 May

Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib YENİLƏNİB 2

17:09
04 May

Azərbaycanla aparılan analitik fəaliyyətlər iqtisadi qərarların effektiv şəkildə formalaşdırılmasına dəstək verir  

17:08
04 May

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17:03
04 May

Ermənistana saxta himayədarlar lazımdırmı?

16:56
04 May

“ASAN kommunal” - 10 il

16:46
04 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!