07 Dekabr 2024 08:25
462
SİYASƏT
A- A+
ABŞ və Qərbin "media maşaları"

ABŞ və Qərbin "media maşaları"


Məqsəd müstəqil siyasət yürüdən ölkələrin daxili işlərinə müdaxilə etməkdir


"Məlumdur ki, bəzi xarici qrant verən qurumlar ictimai təşkilatları, media qurumlarını ələ almaq, bununla da ABŞ-nin və Qərbin bəzi ölkələrinin kəşfiyyat orqanlarına yardım etmək məqsədilə yaradılıb. ABŞ və bəzi Qərb dövlətləri ölkələrin daxilinə nüfuz etmək üçün bu kimi vasitələrdən istifadə edirlər". 

Bu sözləri "Azərbaycan" qəzetinə Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Azxeber.com" informasiya portalının baş redaktoru Hacıbəy Heydərli deyib. O bildirib ki, onlar həm də müstəqil siyasət yürüdən ölkələrə bu yolla təzyiq etməyə çalışırlar. Bu kimi təşkilatların fəaliyyəti, onların maliyyə mənbələri heç vaxt şəffaf olmayıb. Onlar xarici xüsusi xidmət orqanlarının sifarişlərini yerinə yetirir, ölkələrdəki həssas qruplarla çalışır, cəmiyyətlərdə narazılıq, çaxnaşma yaratma məqsədi güdürlər. 2014-2023-cü illərdə ABŞ federal hökuməti Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi - OCCRP-nin xərclədiyi vəsaitin 52 faizini təmin edib. Burada əsas məqsəd suveren respublikaların daxili işlərinə müdaxilə etməkdir. "Tarix onu göstərir ki, qonşu ölkələrdə baş verən rəngli inqilablar, Yaxın Şərqi qan gölünə döndərən siyasi proseslər Qərbin formalaşdırdığı şəbəkələrin yaxından iştirakı ilə baş tutub. OCCRP və buna bənzər layihələr ABŞ və Qərb dövlətləri tərəfindən birbaşa siyasi məqsədlərə xidmət edir. Onlar sadəcə olaraq qadın və uşaq hüquqları, sosial məsələlər, həssas qruplara dəstək adı altında pərdələnirlər. Qərb bu təşkilatlardan geopolitik müstəvidə silah kimi istifadə edir. Çox təəssüflər olsun ki, bəzi hallarda media və QHT rəhbərləri də onların maşasına çevrilirlər", - deyə baş redaktor əlavə edib. 

Onun sözlərinə görə, bu kimi xaricdən maliyyələşən jurnalistlər və media qurumları bəzən öz ölkələrinin maraqlarını satmaqdan belə çəkinmir, düşmən mövqeyindən çıxış edirlər. Xarici ölkələrin birgə nəşrlərinin araşdırması bir daha onu sübut etdi ki, ABŞ və Qərb tərəfindən maliyyələşdirilən media qurumlarının qarşısına yalnız bir məqsəd qoyulur: ölkələrdə çaxnaşma, xaos, gərginlik, süni gündəm yaratmaq və dövlətlərin daxili işlərinə sirayət etməklə xalqda etiraz ruhunu qaldırmaq. 

H.Heydərli qeyd edib ki, Azərbaycan dövləti hər zaman bu pərdələnmiş təşkilatın əsl mahiyyətini bilir və ifşa edir: "Haqlı olaraq biz xalqımızı və dövlətimizi bu təhlükəli planlardan qorumaq üçün onları ölkəmizdən uzaqlaşdırdıq. Şübhəsiz ki, bu da Azərbaycan rəhbərliyinin milli maraqlarımıza xidmət edən uzaqgörən siyasətinin daha bir parlaq nümunəsidir".


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Misli Premyer Liqasında XXIV tura iki oyunla start verilib

11:18
14 Mart

BMT-nin Baş Assambleyasının 73-cü Sessiyasının prezidenti: Əminəm ki, WUF13 böyük uğurla keçiriləcək  

11:11
14 Mart

“Qərbi Azərbaycan geosiyasi faktor kimi: ideyanın intibahı” kitabının təqdimatı olub  

11:07
14 Mart

Baş prokuror tələbələrə rəqəmsallaşma şəraitində sübut anlayışının transformasiyasından danışıb  

10:48
14 Mart

Bakıda keçirilən NATO-nun kursunda müxtəlif nəzəri və praktiki çalışmalar icra olunub  

10:36
14 Mart

Anar Quliyev: WUF13 mənzil və şəhərsalma məsələlərinin qlobal müzakirəsinə yeni imkanlar yaradacaq

10:28
14 Mart

Bakı Olimpiya Stadionu WUF13 çərçivəsində 40 əsas sessiyaya ev sahibliyi edəcək

10:19
14 Mart

Anaklaudia Rosbax: Dünyada 3 milyard insan qeyri-uyğun yaşayış şəraitində yaşayır  

10:12
14 Mart

UN-Habitat-ın rəhbəri: Şəhərlərin üzləşdiyi çağırışların ictimaiyyətə çatdırılması vacibdir 

10:01
14 Mart

ABŞ İranda əməliyyat başlayandan bəri 13 hərbçisini itirib

09:48
14 Mart

Əbdüləziz Kamilov: Özbəkistan və Azərbaycan yeni geoiqtisadi məkan formalaşdırır

09:46
14 Mart

Azərbaycan neftinin qiyməti 109 dolları ötüb

09:43
14 Mart

Azərbaycanın qadın güləşçisi Avropa ikincisi olub  

09:31
14 Mart

Bilmək istəyirəm

09:15
14 Mart

"Qayıt, sahmana sal bu kainatı!"

09:10
14 Mart

"Vətən pənahında yaxşı ki, varam!"

09:05
14 Mart

Azərbaycan memarlıq ənənələri - müasir çağırışlar

09:00
14 Mart

Bu günlər iməciliklərdə hamılıqla iştirak edirik

08:55
14 Mart

Bahar gəlir

08:53
14 Mart

Novruzu yüksək ovqatla qarşılayırıq

08:50
14 Mart

Vətəndən uzaqda Novruzun ruhunu yaşayırıq

08:45
14 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!