17 Noyabr 2026 19:18
1125
DÜNYA
A- A+
ABŞ Soyuq müharibədən bəri ilk dəfə yeni nüvə bombası yaradacaq  

ABŞ Soyuq müharibədən bəri ilk dəfə yeni nüvə bombası yaradacaq  


ABŞ hakimiyyəti Soyuq müharibə dövründən bəri ilk dəfə olaraq prinsipial cəhətdən yeni, sərbəst düşən nüvə aviabombasının kod adını – “B94”-ü açıqlayıb. “The War Zone” portalının yazdığına görə, ilkin məlumatlara əsasən, bu silah dərin yeraltı sığınacaqları və komanda bunkerlərini məhv etmək üçün xüsusi olaraq hazırlanır.

Yeni indekslə bağlı məlumat Senatın Təxsisatlar Komitəsinin 2027-ci maliyyə ili üçün ABŞ Energetika Nazirliyinin maliyyələşdirilməsi haqqında qanun layihəsinə əlavə edilən izahat qeydində yer alıb. Bu proqramın icrası üçün əlavə olaraq 77,108 milyon dollar vəsait ayrılıb. Nəşr qeyd edir ki, döyüş sursatının dəqiq texniki xüsusiyyətləri hələlik rəsmi şəkildə təsdiqlənməsə də, bu təsvirə tam uyğun gələn yeganə məlum layihə bunkerəleyhinə hədəflərə nüvə silahı çatdıran hava bazalı sistemdir (NDS-A).

Portalın ekspertləri belə bir silahın yaradılması zərurətini müşahidə olunan yeni tendensiya ilə əlaqələndirirlər. Belə ki, ABŞ-nin potensial rəqibləri öz əsas hərbi və nüvə obyektlərini fəal şəkildə yerin altına köçürürlər. Xüsusilə bir sıra dövlətlərdə yeraltı idarəetmə məntəqələrinin genişmiqyaslı modernləşdirilməsi, yeni raket şaxtalarının və mühafizə olunan bunkerlərin tikintisi nəzərdə tutulur.

Nəşr yazır ki, yeni indeksin verilməsi Amerika müdafiə kompleksi üçün əlamətdar hadisədir. Sovet İttifaqının dağılmasından və 1991-ci ildə B90 bombası layihəsinin dayandırılmasından bəri Vaşinqton sərbəst düşən nüvə aviabombaları üçün heç bir yeni ad təqdim etməmiş, yalnız Soyuq müharibə dövründən qalan arsenalların modernləşdirilməsi ilə kifayətlənmişdi.


Yasəmən MUSAYEVA, 

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Vyetnam əlaqələri yüksələn xətlə inkişaf edir

13:46
22 Noyabr

Livan Respublikasının Prezidenti Zati-aliləri General Jozef Auna  

12:50
22 Noyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:28
22 Noyabr

Zəfər və inkişaf yolunun siyasi avanqardı: Yeni Azərbaycan Partiyası

10:57
22 Noyabr

Gəncədə YAP-ın yaradılmasının 34-cü ildönümü qeyd olunub

10:43
22 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yeni mərhələdə

10:34
22 Noyabr

Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama səfəri ilə bağlı daha bir videoçarx paylaşılıb VİDEO

23:39
21 Noyabr

Prezident İlham Əliyevin Vyetnama səfəri başa çatıb

22:13
21 Noyabr

Hanoy Tiсarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonası açılıb

21:56
21 Noyabr

ABŞ Milada qədər Ukrayna və Rusiya arasında yeni sülh danışıqları təşkil etməyi planlaşdırır  

19:36
21 Noyabr

Yeni Dehlidə Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub  

18:21
21 Noyabr

Adil Kərimli Hindistanın mədəniyyət və turizm naziri ilə görüşüb  

17:31
21 Noyabr

Volodimir Zelenski: Rusiya Ukraynanın körpülərinə yüzdən çox hücum edib  

17:22
21 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

16:38
21 Noyabr

Bakıda Kəlağayı Festivalının açılışı olub 

15:43
21 Noyabr

Azərbaycanın və Vyetnamın birinci xanımları Hanoyda İrs Evində olublar

15:31
21 Noyabr

Prezident: Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq 

15:03
21 Noyabr

Prezident İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır 

14:59
21 Noyabr

Vyetnam Prezidenti: Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq 

14:53
21 Noyabr

To Lam: Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur VİDEO  

14:51
21 Noyabr

Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

14:47
21 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!