22 Aprel 2024 18:19
208
DÜNYA
A- A+

ABŞ qoşunlarını Nigerdən çıxaracaq

 

ABŞ hərbi çevrilişdən sonra hakimiyyətə gələn administrasiyanın tələbi ilə hərbi kontingentini Nigerdən çıxarmağa razılaşıb.

Yerli KİV-in məlumatına görə, qoşunların çıxarılması barədə qərar Vaşinqtonda ABŞ dövlət katibinin müavini Kurt Kempbell və Niger baş naziri Əli Mahaman Lamin Zeyn arasında keçirilən görüşdən sonra qəbul edilib.

Qeyd olunur ki, ABŞ Saxara səhrasında Aqadez yaxınlığında yerləşən pilotsuz uçuş aparatları bazasını bağlamağa razılaşıb.

Təxminən 1000 hərbçinin nizamlı şəkildə geri çəkilməsini təmin etmək üçün ABŞ nümayəndə heyətinin bir neçə gün ərzində Niameyə gedəcəyi gözlənilir.

26 iyul 2023-cü ildə Nigerdə ​​hərbçilər ölkə prezidenti Məhəmməd Bazumun devrilməsini və respublikanın sərhədlərinin bağlandığını elan ediиlər. Ordu generalı Abdurahman Tçiani ölkənin yeni lideri elan edilib.

Lamin Zein keçid hökumətinin baş naziri olub. 21 nəfərdən ibarət nazirlər kabineti formalaşdırılıb. Yeni hökumətə həm hərbçilər, həm də mülki şəxslər daxil edilib.

Keçən ay Niger  ABŞ ilə 12 illik hərbi əməkdaşlıq müqaviləsini ləğv edib.

Son həftələrdə Nigerə onlarla rus hərbi təlimatçı və ən son hava hücumundan müdafiə sistemi çatdırılıb.

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video