53 İLLİK HƏSRƏTƏ SON - İTALİYA ÇEMPİON!
Nəhayət, hamının böyük həyəcanla izlədiyi futbol üzrə sayca 16-cı Avropa çempionatı başa çatdı. “Avro-2020”nin final matçında İngiltərə və İtaliya komandaları üz-üzə gəldilər.
İtaliya-İngiltərə finalını təxminən eyni gücdə olan komandaların qarşılaşması saymaq olardı. Çünki “Avro-2020”dən əvvəl FIFA reytinqində İngiltərə 4-cü, İtaliya isə 7-ci sırada idi. Qitə çempionatlarında da inamla çıxış edən hər iki komanda finala 5 qələbə və 1 heç-heçə ilə irəliləmişdir. Nəticədə finala kimi İtaliya millisinin məğlubiyyətsiz seriyası 33 oyuna çatmışdır. İngiltərə isə ardıcıl 12 oyundan yalnız birində qələbə qazana bilməmişdi.
Bundan başqa, hər iki komandanın heyəti əsasən yerli çempionatda çıxış edən futbolçulardan təşkil olunmuş, cəmi 3 legionerləri var idi. İtaliyanın iki oyunçusu “Çelsi”də (Emerson və Jorjinyo), biri isə Fransa “PSJ”-ində (Marko Verratti), İngiltərənin iki oyunçusu Almaniya “Borussiya Dortmund”unda (Jude Bellinqam və Jadon Sanço), Kieran Trippiyer isə “Atletiko”da (Madrid) çıxış edir.
Ümumiyyətlə, heyətlərdən danışsaq, İtaliya millisində yalnız üç futbolçu (Cian Luici Donnarumma, Leonardo Bonuççi və Jorjinyo) bütün 6 oyunda start heyətində meydana çıxmışdır. Yalnız qapıçı Alex Meret “Avro-2020”də oynamamışdır.
Türkiyədən sonra yarışın ən gənc komandası olan İngiltərə millisində isə 6 futbolçu (Jordan Pikford, Con Ston, Deklan Rays, Kalvin Fillips, Rahem Sterlinq və Harri Keyn) 6 oyunun hamısında start heyətində meydana çıxmış və ümumi heyətdəki 6 futbolçunun xidmətinə ehtiyac olmamışdı.
Finalçıların böyük turnirlərdə əvvəlki görüşlərinə gəlincə, italyanların aşkar üstünlüyü göz önündə idi. İtaliya millisi “Avro-1980” çərçivəsində Turində 1:0, “Avro-2012”nin 1/4 finalında Kiyevdə isə penaltilər seriyasında 4:2 (əsas və əlavə vaxt - 0:0) hesabı ilə qalib gəlmişdir. Dünya çempionatlarına gəlincə, DÇ-1990-da 3-cü yer uğrunda görüşdə və DÇ-2014-də qrupda italyanların eyni hesablı (2:1) qələbəsi qeydə alınmışdır.
Yalnız finalın Londonda keçirilməsi ingilislər üçün əlavə üstünlük ola bilərdi. Amma turnirin əvvəlindən digər komandalara nisbətən nümayiş etdirdiyi futbolla italyanların bir addım öndə olduğunu demək olardı.
Qarşılaşmada ingilislər 5-li müdafiə xətti ilə meydançaya düzülmüşdülər. Təbii ki, bu da başadüşülən idi. Çünki oyunu daha çox meydançanın rəqibə aid hissəsində quran italyanlara qarşı 3 mərkəz müdafiəçisi ilə başlamaq normal sayıla bilərdi.
Niderlandlı referi Byörn Kuypersin start fitindən sonra İngiltərənin baş məşqçisi Qaret Sautqeytin düzgün oyun planı vurulan erkən qolla öz təsdiqini tapdı. Belə ki, 2-ci dəqiqədə qurulan əks-hücum anında sağ cinah müdafiəçisi Trippiyerin ötürməsi zamanı sol cinah müdafiəçisi Şou komandasını hesabda irəli çıxartdı. Qoldan sonra ingilislər topu rəqibə verərək hesabı qorumağa çalışdılar. Bəlkə də vurulan erkən qol komandanı daha fərqli futbol nümayiş etdirməsinə mane oldu. Çünki İngiltərənin hazırkı heyəti daha çox hücum futbolu oynamağa imkan verir.
Qoldan sonra komanda müdafiə olunacağını göstərərək İtaliyaya daha rahat futbol oynamağa şərait yaratdı və nəticədə italyanlar oyunda nəzarəti ələ keçirdilər. Onlar qısa ötürmələrə üstünlük verərək oyunu meydançanın İngiltərəyə aid hissəsində qurmağa başladılar.
İngiltərə millisi isə müdafiə olunmaqla, yaranan ani əks-hücumlarda qol epizodları yaratmağa çalışırdı. Lakin bundan da istifadə edə bilmirdi. Çünki İtaliya futbolçuları meydançada elə düzgün yerləşmişdilər ki, rəqibə boş zona qalmırdı. Qonaqlar itirilən hər topu tez zamanda qazanmağı bacarırdılar. Bir sözlə, İngiltərə yığmasını italiyalı həmkarları topun dalınca daha çox qaçmağa məcbur edirdilər. Lakin bütün bunlara baxmayaraq, ilk hissədə başqa qol olmadı.
Fasilədən sonra italiyalı çalışdırıcı Roberto Mançini hücum xəttini daha da gücləndirdi. Kyezanı hücumun sol cinahına çəkərək mərkəz hücumçusu İmmobileni Berrardi ilə əvəzlədi. Bu dəyişikliklərdən sonra italyanların rəqib cərimə meydançasında üstünlüyü daha da artdı. Belə epizodlardan birində - 68-ci dəqiqədə künc zərbəsindən sonra qapı qarşısındakı qarışıqlıqdan istifadə edən Bonuççi hesabda bərabərliyi bərpa etdi - 1:1.
Qoldan sonra İngiltərənin müdafiə xəttini aşmaqda çətinlik çəkən İtaliya futbolçuları uzaqdan zərbələrlə qol vurmağa çalışdılar. Lakin fiziki yorğunluq hər iki komanda futbolçularının psixoloji olaraq qarşılaşmanı əlavə vaxta aparmaq istəklərini aydın göstərdi.
Əlavə olunan 30 dəqiqədə də tərəflər hesabda irəli çıxa bilmədilər. Yekunda qalibi müəyyənləşdirmək üçün penalti zərbələri yerinə yetirildi. Qapıçı Donnarummanın möhtəşəm qurtarışları sayəsində penaltilərdə 3:2 hesabı ilə qələbə qazanan İtaliya millisi 53 illik fasilədən sonra “Avro-2020”nin qalibi oldu. Bununla da “Skuadra adzurra” məğlubiyyətsizlik seriyasını 34 matça çatdırdı.
Elçin CƏFƏROV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əmə...
05 May
"Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilər...
05 May
“Elektrik gücü çatmadıqda, sistemin dayanıqlılığını təmin etmək üçün elektrik enerjisinin təminatına...
05 May
“Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibi haqqı...
05 May
`"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti balansında olan gəmilər üçün müxtəlif...
05 May
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
04 May
IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb...
04 May
İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb ...
04 May
“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!