02 İyul 2014 01:07
1634
Oxucu məktubları
A- A+
215 nömrəli avtobus marşrutu tələbatı ödəmir

215 nömrəli avtobus marşrutu tələbatı ödəmir

Bu gün Azərbaycanda sürətli inkişaf gedir. Bütün sahələrdə gözlə görünən bu irəliləyişi inkar etmək mümkün deyil. Masazır qəsəbəsi də istisna deyil - yaşayış məntəqəsi günbəgün abadlaşır, gözəlləşir, yeni infrastruktur yaradılır. Amma bu qəsəbənin sakinləri ictimai nəqliyyat sarıdan çox əziyyət çəkirlər. “Yeni Bakı” və “Qurtuluş” yaşayış sahələrinin sakinlərinin şəhərə - Memar Əcəmi metrostansiyasına gəlməsi üçün yeganə olaraq 215 nömrəli marşrut fəaliyyət göstərir. Onun da işi qənaətbəxş deyil. Avtobuslardakı sıxlıq ucbatından hər gün onlarla sakin yollarda qalır, işə gecikir.

Problemin mahiyyəti isə belədir: Masazırda “Yeni Bakı” yaşayış kompleksindəki sonuncu stansiyadan çıxan 215 nömrəli avtobuslar əvvəlcə həmin qəsəbədə yerləşən “Zəngilan” şəhərciyinə gedir, oranın camaatını yığandan sonra “Yeni Bakıya” qayıdır. Təbii ki, artıq avtobus dolmuş olur. “Yeni Bakı”dan sonra “Qurtuluş” yaşayış sahəsinin sakinləri eyni problemlə üzləşir. Dolu gələn avtobusa onlar da minə bilmirlər. Nəticədə hər gün səhər və axşam həmin avtobuslarda sürücü-sərnişin konflikti pik həddə çatır. Sürücülər özləri də bu haldan beziblər. Onlardan soruşanda ki, marşrutdakı avtobusların sayı niyə azdır, deyirlər: “Qarajdan maşın vermirlər. Bizlik bir şey yoxdur, özümüz də istəmərik belə olsun...”.

215 nömrəli marşrutda analoji vəziyyət əvvəllər də yaşanmışdı. Şikayətlərdən sonra bir ara problemə əncam çəkilmişdi. Belə ki, “Zəngilan” şəhərciyinə 203 nömrəli avtobus marşrutu ayrılmışdı. Odur ki, sakinlər işə rahat gedib-gələ bilirdilər. Ancaq heç bir ay keçməmiş 203 nömrəli marşrut ləğv edilərək 215 nömrəli marşrutla birləşdirildi. Bununla da vəziyyət yenidən kəskinləşdi.

Hörmətli redaksiya, sizin vasitənizlə Nəqliyyat  Nazirliyindən Masazırda yaşanan bu problemin tezliklə həll olunmasına yardım göstərilməsini xahiş edirik.

 

Rəis MƏMMƏDOV,

Masazır qəsəbə sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!