24 Yanvar 2026 08:45
751
CƏMİYYƏT
A- A+
2025-ci il ağdamlılar üçün doğma yurda qayıdışın başlanğıc tarixidir

2025-ci il ağdamlılar üçün doğma yurda qayıdışın başlanğıc tarixidir


2025-ci il Ağdam üçün yaddaqalan hadisələrlə zəngin olub. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın keçən il bölgəyə səfərlər etməsi və Ağdam sakinlərinin işğaldan azad edilmiş öz doğma torpaqlarına köçürülməsi şirin bir xatirədir. 

Prezident İlham Əliyev dekabrın 24-də özünün doğum günündə Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak edərək doğma yurdlarına köçən sakinlərlə görüşmüş, onlara evlərin açarlarını təqdim etmişdir. Uzun müddət respublikamızın müxtəlif bölgələrində ağır şəraitdə yaşayan insanların doğma yurd-yuvalarına qayıdışı və onlar üçün müasir üslubda, hər cür şəraiti olan mənzillərin inşası, infrastruktur layihələrinin salınması dövlətin və dövlət başçısının öz vətəndaşlarına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Beləliklə, 2025-ci il ağdamlıların yaddaşında daim öz doğma torpaqlarına qayıtdıqları il kimi qalacaq. Ötən ilin yekunlarına və 2026-cı ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş hesabat yığıncağında Ağdam RİH-in başçısı Vaqif Həsənov geniş məruzə ilə çıxış etmişdir. Bildirmişdir ki, keçən il rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi sahəsində işlər davam etmişdir. Bərdə istiqamətində - Soltanbud təpəsində, Bayraq meydanında və qalaətrafı parkda geniş abadlıq-quruculuq işləri aparılmış, yeni piyada səkiləri salınmış, tamet döşəmələr yenisi ilə əvəz edilmiş və əraziyə 2000-dən artıq Eldar şamı, 50 000-dən çox həmişəyaşıl dekorativ gül kolları və 2 000-ə yaxın müxtəlif dekorativ ağaclar əkilmişdir. 

 Çoxsaylı vətəndaş müraciətlərini nəzərə alaraq rayonun Ergi qəsəbəsində uzun illər yararsız vəziyyətdə yol yenidən qurulmuş, Quzanlı qəsəbəsi ərazisində Heydər Əliyev prospektinin Ağcabədi rayonunun Sarıcalı kəndi istiqamətində yol kənarlarında geniş abadlıq işləri aparılmış, yol genişləndirilmiş və yeni piyada səkisinin quraşdırılması işlərinə başlanılmışdır. Ərazidə olan yararsız hasarlar sökülərək yenidən müasir üslubda bərpası həyata keçirilmişdir. Quzanlı qəsəbəsi ərazisində mərasim evi tikilərək istifadəyə verilmişdir. Ərazi tam abadlaşdırılmış, qarşısında avtomobil dayanacağı üçün geniş ərazi asfaltlaşdırılmış və bina bütün lazımi avadanlıqlarla təmin edilmişdir.

Bunlardan əlavə, Quzanlı qəsəbəsi "Daş evlər" adlanan ərazidə rayon icra hakimiyyətinin balansında olan 5 məcburi köçkün ailəsinin yaşadığı və Vətən müharibəsi şəhidi Elmir Süleyman oğlu Əliyevin anasının istifadəsində olan evlər əsaslı təmir edilmişdir.

Rayon ərazisində 18 məcburi köçkün qəsəbəsi və 50 mənzilli bir bina olmaqla 5713 ailə - 25 435 nəfər məcburi köçkün məskunlaşmışdır. Rayon icra hakimiyyəti ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi birlikdə qəsəbələrdə əhalinin həyat şəraitinin və sosial rifahının yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülmüşdür. İkinci Alıbəyli kəndində və Xındırıstan qəsəbəsində yaşayan məcburi köçkünləri içməli su ilə təmin edən və yararsız vəziyyətə düşmüş subartezian quyuları bərpa edilərək sakinlərin su problemləri birdəfəlik həll olunmuş, Birinci Quzanlı qəsəbəsinə gedən və bərbad vəziyyətdə olan 5,5 kilometrlik yola asfalt salınmış, Üçoğlan, Kiçikli, Dadaşlı və Xındırıstan kənd uşaq bağçalarında məskunlaşmış məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə həmin uşaq bağçalarının dam örtükləri yenilənmişdir. Rayon icra hakimiyyətinin təşəbbüsü ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkün qəsəbələrində qəzalı vəziyyətdə olan 70 ev təmir olunmuş, Mingəçevir, Şəki, İsmayıllı, Bərdə, Göyçay rayonlarında, eləcə də rayon ərazisində ağır şəraitdə yaşayan 101 ailə - 346 nəfər məcburi köçkün qəsəbələrdə evlə təmin olunmuşdur. 

Ağdam Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi rayon ərazisində 38645 hektar əkin və həyətyani sahələrin suvarılması ilə yanaşı, 82400 nəfər əhalinin içməli suya olan tələbatlarının ödənilməsinə xidmət göstərir. İdarənin balansında 1143 subartezian quyusu, 6 nasos stansiyası, 365,3 km suvarma kanalları, 11 kəhriz və 62 kilometr kollektor-drenaj şəbəkəsi istismar edilir. 18 məcburi köçkün qəsəbəsində yaşayan abonentlərə fasiləsiz içməli suyun verilməsini tam təmin etmək üçün qapalı su şəbəkələrində təmir-bərpa işləri aparılmış, qəzalı vəziyyətdə olmuş xətlər dəyişdirilmişdir.

Bütün görülən işlərlə barəbər, bu sahədə hələ də bəzi problemlər qalmaqdadır. Prezidentin 10.02.2022-ci il tarixli sərəncamına əsasən, rayon ərazisində 29  subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. Onlardan 7-si qazılıb istifadəyə verilmişdir. Lakin 22 quyu bu günə kimi qazılmamışdır. Bu da əhalinin su ilə təminatında xeyli çətinliklər yaradır. 

Ötən il rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar sektorda əsaslı irəliləyişə nail olunmuşdur. Pambıqçılığın inkişafına dair dövlət proqramının icrası çərçivəsində 2025-ci il rayonda fəaliyyət göstərən pambıq tədarükü müəssisələri tərəfindən 516 nəfərlə 2 471,3 ha sahədə pambıq əkini ilə bağlı müqavilə bağlanmışdır. "Prime Cotton" MMC-nin Ağdam filialı 2025-ci il mövsümündə 275 fermerlə 1248,85, Ağdam Pambıq İstehsalı və Tədarükü Məntəqəsi 96 fermerlə 352,44, "P-Aqro" MMC-nin Ağdam filialı 126 nəfər fermerlə 800 ha sahə üzrə müqavilə bağlamış və səpin aparılmışdır. Nəticədə ""Prime Cotton" MMC-nin Ağdam filialı üzrə məhsuldarlıq 32,68, Ağdam Pambıq İstehsalı və Tədarükü Məntəqəsi üzrə 25,77, "P-Aqro" MMC-nin Ağdam filialı üzrə 30,05 sentner olmuşdur. Amma bu sahədə də xeyli çatışmazlıqlar mövcuddur. Belə ki, mövsümün bitməsinə baxmayarq, "P-Aqro" MMC-nin Ağdam filialı üzrə 8, Ağdam Pambıq İstehsalı və Tədarükü məntəqəsində 13, "Prime Cotton" MMC-nin Ağdam filialı üzrə 28 nəfər olmaqla ümumilikdə 49  vətəndaş tədarük etdiyi pambığa görə 420,8 min manat məbləğində subsidiyanı, eyni zamanda "P-Aqro" MMC-nin Ağdam filialı üzrə 84 vətəndaş 617,4 min manat məbləğində istehsal etdikləri pambıq məhsulunun dəyərini hələ də ala bilməmişlər. Bu isə vətəndaşların haqlı narazılığı ilə yanaşı, növbəti məhsul ilində onların həmin sahəyə marağının azalmasına səbəb olacaq. Yaranmış problemin aradan qaldırılması məqsədilə Kənd Təsərrüfat Nazirliyinə məktubla müraciət olunmuşdur.

Heyvandarlıq sahəsində hesabat ilində mal-qaranın baş sayı və heyvandarlıq məhsullarının istehsalında artım müşahidə edilmişdir. Mal-qaranın baş sayının artması təbii ki, heyvandarlıq məhsullarının artmasına səbəb olmuşdur. Diri çəkidə ət istehsalı 2,7, fiziki çəkidə süd istehsalı 4,3, yumurta istehsalı 3,6, fiziki çəkidə yun istehsalı 6,5 faiz artmışdır.

Ötən il 32 ildən sonra ilk dəfə olaraq məcburi köçkün düşmüş ağdamlı sakinlərin öz doğma yurdlarına köçü başlamışdır. "İşğaldan azad olunmuş ərazilərə I Böyük Qayıdış Proqramı" çərçivəsində ilkin mərhələdə Ağdam şəhərinə 103 ailə - 405, Sarıcalı kəndinə 187 ailə - 780, Kəngərli kəndinə 283 ailə - 1204 və Xıdırlı kəndinə isə 642 ailə - 2 542 nəfər sakin köçürülmüşdür. Ağdərə və Xocalı rayonlarının kəndlərinə isə 136 ailə - 535 nəfər keçmiş məcburi köçkün dönmüşdür. 

Ağdam əhalisinin qalan hissəsinin də doğma evlərinə qayıtması üçün "Böyük qayıdış" proqramı çərçivəsində geniş işlər aparılır. Hər kəs inanır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün Ağdamın, eləcə də işğaldan azad edilmiş digər ərazilərin yenidən qurulması uğurla reallaşacaq və Ağdam regionun müasir şəhərləri ilə rəqabətə girə biləcək. Yenidənqurma işlərindən sonra Ağdam Qarabağın ən böyük şəhəri olacaq. Keçmişlə gələcəyin, qədimliklə müasirliyin birləşəcəyi Ağdam həm də Azərbaycanın 4-cü ən böyük sənaye şəhərinə çevriləcək.


Lazım QULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sarsılmaz iradə, mütləq qələbə

08:17
04 Mart

Xocalıya dönüş - ədalətin qələbəsi

08:15
04 Mart

Qarabağ və Şərqi Zəngəzurun minalardan təmizlənməsi davam edir

08:10
04 Mart

Avropa mavi yanacaq və "yaşıl enerji" sahəsində Azərbaycanla əməkdaşlıqdan məmnundur

08:05
04 Mart

Düşmənlərimiz İLHAM ƏLİYEVƏ nələri bağışlaya bilmirlər?!

08:00
04 Mart

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında

01:15
04 Mart

“Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 sentyabr tarixli 278 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2023-cü il 8 fevral tarixli 2035 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 oktyabr tarixli 504 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:14
04 Mart

“Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 avqust tarixli 491 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və Qərarının ləğv edilməsi barədə

01:13
04 Mart

Komissar: Azərbaycanla enerji tərəfdaşlığımız Avropanın təmiz enerjiyə keçidinə paralel şəkildə inkişaf edir  

00:20
04 Mart

Şuşada Od çərşənbəsi coşqusu

23:47
03 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Od çərşənbəsi ilə bağlı paylaşım edib

23:44
03 Mart

Rusiya FHN-in təyyarəsi Rusiya vətəndaşlarını Azərbaycandan təxliyə edir  

22:40
03 Mart

Bir qrup Rusiya vətəndaşı İrandan təxliyə olunub

21:23
03 Mart

İranın ali rəhbərini seçən Ekspertlər Assambleyasının binası dağıdılıb

21:22
03 Mart

Laslo Vaşa: Azərbaycandan sualtı enerji kabeli Avropa üçün yeni texnoloji üfüqlər açır  

21:20
03 Mart

Azərbaycan Kuboku: “Zirə” yarımfinalda

21:09
03 Mart

Bakı metrosu Yaşıl və Qırmızı xətlərində yeni hərəkət qrafikinin sınaqlarına başlayır  

20:36
03 Mart

Kristina Lobilyo: Avropa İttifaqı Azərbaycan qazının etibarlı tədarükçüsü olaraq qalacaq  

19:43
03 Mart

Leyla Əliyeva “Yaşıl enerji layihələri” sessiyasında çıxış edib

19:38
03 Mart

İrandan xarici ölkə vətəndaşlarının təxliyəsi davam edir 

19:33
03 Mart

Azərbaycan və Latviya Yaxın Şərqdəki gərginliyin diplomatik vasitələrlə həllinin tərəfdarıdır  

19:28
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!