07 May 2024 15:42
283
Elm və texnika
A- A+

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər  

 

Azərbaycan Texnologiya Universitetinin (ATU) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş "Dördüncü Sənaye İnqilabı dövründə elm və texnologiyaların mövcud vəziyyəti və inkişaf perspektivləri” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

Tədbirdən əvvəl konfrans iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Universitetdən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbir Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunub.

ATU-nun rektoru vəzifəsini müvəqqəti icra edən dosent Yaşar Ömərov konfransda mövzunun aktuallığına diqqət çəkərək bildirib ki, Dördüncü Sənaye İnqilabı ilə ayaqlaşmaq, biliyə və süni intellektə əsaslanan informasiya cəmiyyətinin formalaşdırılması, eləcə də insan kapitalına investisiya qoyuluşu dövlətimizin strateji hədəflərindəndir və bütün bunlar yüksəkixtisaslı insan resursları, yeni elmi yanaşmalar və çevik innovasiya fəallığı tələb edir. Odur ki, 15 ölkənin elm adamlarının bir araya gəldiyi bu konfrans elmi platforma kimi olduqca əhəmiyyətlidir.

Sonra Türkiyənin Atatürk Universitetinin dosenti İlhan Volkan Önerin “Tullantıların alternativ enerjinin alınmasında tətbiqi”, Bolu Abant İzzet Baysal Universitetinin professoru Himmet Karadalın “Türk dünyasında innovasiyaların və sahibkarlığın inkişafı”, İspaniyanın Qranada Universitetinin Genetika kafedrasının professoru Federiko Zurita Martinezin “CRISPR-Cas9. İnsan xəstəliklərinin müalicəsi üçün molekulyar qayçı”, ATU-nun Ümumi və tətbiqi fizika kafedrasının müdiri professor Məntiq Cəfərovun “Elm, texnologiya və innovasiya üçbucağı davamlı inkişafın hərəkətverici qüvvəsi kimi”, ATU-nun doktorantı Kamran Qasımovun “Müasir dünyada süni intellektin rolu” başlıqlı məruzələri dinlənilib.

İkigünlük beynəlxalq konfrans işini 11 istiqamət üzrə bölmələrdə davam etdirib. Konfransa 15 ölkə olmaqla 68 xarici, 15 yerli universitet, 10 elmi-tədqiqat institutu, 5 dövlət qurumu qatılıb, məcmuələr toplusuna 562 məqalə daxil olub ki, onların da 19 faizi xarici ölkələrin payına düşür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video