14 Aprel 2026 14:25
218
CƏMİYYƏT
A- A+
Zərifə Əliyevanın elmi nailiyyətləri bugünkü və gələcək nəsillər üçün örnəkdir

Zərifə Əliyevanın elmi nailiyyətləri bugünkü və gələcək nəsillər üçün örnəkdir


Azərbaycan tibb elminin inkişafında mühüm rol oynamış, oftalmologiya sahəsini dünya miqyasında tanıdan görkəmli alim, akademik Zərifə xanım Əliyevanın anım günüdür. Onun elmi fəaliyyəti, pedaqoji xidməti və yüksək mənəvi keyfiyyətləri bu gün də səhiyyə ictimaiyyəti üçün örnək olaraq qalır.

Zərifə xanım Əliyeva həkimlərin peşəkar səviyyəsinin yüksəldilməsi və səhiyyə sistemində kadr hazırlığının gücləndirilməsi istiqamətində böyük zəhmət sərf edib. Onun rəhbərliyi ilə oftalmologiya sahəsində yeni alim və həkim nəsli formalaşıb. Gənc mütəxəssislər onun zəngin bilik və təcrübəsindən faydalanaraq peşəkar inkişaf yolunda mühüm addımlar atıblar.

Alimin elmi irsi olduqca genişdir. O, yüzlərlə elmi məqalənin, monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin müəllifi və həmmüəllifi olub. Eyni zamanda, innovativ yanaşmaları ilə tibb elminə yeni töhfələr verib, bir sıra ixtira və səmərələşdirici təkliflərlə çıxış edib. Onun rəhbərliyi altında çoxsaylı alimlər yetişərək Azərbaycan elminin inkişafına öz töhfələrini veriblər.

Zərifə Əliyeva yalnız böyük alim kimi deyil, həm də yüksək insani keyfiyyətlərə malik şəxsiyyət kimi tanınıb. Onun humanizmi, xəstələrə qayğıkeş münasibəti, həmkarlarına və tələbələrinə göstərdiyi diqqət cəmiyyətdə ona dərin hörmət qazandırıb. O, Azərbaycan qadınının ziyalılıq və mənəviyyat simvoluna çevrilib.

Bu gün də onun elmi əsərləri oftalmologiya sahəsində çalışan mütəxəssislər və tələbələr üçün dəyərli mənbə olaraq qalır. Zərifə xanımın fəaliyyəti yalnız elmi nailiyyətlərlə məhdudlaşmayıb, o, eyni zamanda səhiyyə sisteminin davamlı inkişafına xidmət edən kadrların yetişdirilməsinə xüsusi diqqət yetirib.

Görkəmli alim həm də nümunəvi ailə başçısı idi. O, Ulu Öndər Heydər Əliyev üçün etibarlı mənəvi dayaq olub, ailəsində yüksək dəyərlərə əsaslanan mühit formalaşdırıb. Prezident İlham Əliyev anası haqqında hər zaman dərin ehtiramla danışaraq, onun həm böyük alim, həm də fədakar ana olduğunu vurğulayıb.

Akademik Zərifə Əliyevanın adı Azərbaycan tibb tarixində qürurla çəkilir. Onun zəngin irsi, elmi nailiyyətləri və mənəvi dəyərləri bugünkü və gələcək nəsillər üçün örnəkdir.


Könül NURULLAYEVA,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

D vitamininin həddindən çox qəbulu təhlükəli ola bilər

18:21
14 Aprel

İngiltərənin sahil xəttini niyə dəqiq ölçmək mümkün deyil?  

18:10
14 Aprel

Karibdə güclü yağışlar səbəbindən insanlar evlərini tərk ediblər

18:09
14 Aprel

İqtisadi Şuranın iclasında Ortamüddətli Büdcə Çərçivəsi sənədinin hazırlığı ilə bağlı tapşırıqlar verilib  

18:05
14 Aprel

AQTA və Latviyanın Kənd Təsərrüfatı Nazirliyi arasında əlaqələr genişləndiriləcək  

18:04
14 Aprel

Çin ilə İspaniya arasında əməkdaşlıq gücləndirilir

18:02
14 Aprel

Dünya iqtisadiyyatı yenidən təzyiq altında

17:51
14 Aprel

Türkiyədə məktəbdə atışma: keçmiş şagird 16 nəfəri yaralayıb və intihar edib

17:43
14 Aprel

Azərbaycan futbolunda yeni körpü  

17:32
14 Aprel

Bahar Muradova: Qadınlar Şurası qərarvermə prosesində qadınların daha fəal iştirakına imkan yaradacaq

17:26
14 Aprel

Dneprə endirilən raket zərbəsi nəticəsində dörd nəfər həlak olub, 25 sakin yaralanıb

17:24
14 Aprel

AQEM Qadınlar Şurasının ilk iclasında mühüm çağırışlar səsləndirilib

17:23
14 Aprel

Sabah gündüz yağıntılar tədricən kəsiləcək, aprelin 16-da hava şəraiti sabitləşəcək

17:23
14 Aprel

Dünyanın ən yaxşı 15 qapıçısı açıqlanıb - SİYAHI

17:21
14 Aprel

ABŞ və İran birbaşa danışıqların ikinci raundunu keçirə bilər

17:21
14 Aprel

Azərbaycan ilə Avropa Atletika Assosiasiyası arasında əməkdaşlıq imkanları müzakirə olunub  

17:20
14 Aprel

Psixopatlar hansı peşələrə meyil edirlər?

17:11
14 Aprel

Uşaqlar üçün yeni təhlükəsizlik sistemi istifadəyə verilib  

17:00
14 Aprel

Hörmüz boğazında gərginlik: ABŞ-nin təyyarədaşıyan gəmisi Oman körfəzinə daxil olub  

16:53
14 Aprel

İran hökuməti müharibənin ölkəyə 270 milyard dollar zərər vurduğunu açıqlayıb

16:51
14 Aprel

Sabaha olan tibbi-meteoroloji proqnoz açıqlanıb

16:50
14 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!