06 Avqust 2023 10:20
7178
İQTİSADİYYAT
A- A+
Zəngəzur dəhlizinin regional və beynəlxalq əhəmiyyəti var

Zəngəzur dəhlizinin regional və beynəlxalq əhəmiyyəti var

 

Azərbaycanda  44 günlük Vətən müharibəsinə zəfər nöqtəsi  qoyulandan sonra  vətənimizin bir parçası olan Naxçıvanla nəqliyyat əlaqəsinin bərpa edilməsi ilə bağlı  fəaliyyətə başlanıldı. Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladığı 2020-ci il 10 noyabr birgə Bəyanatına  əsasən, qədim Zəngəzur ərazisindən Naxçıvana nəqliyyat və kommunikasiya xətlərinin açılmasına xidmət edən Zəngəzur dəhlizinin tikintisi ilə  işə başlanıldı. 
Bir müddət sonra Azərbaycan və Türkiyə arasında  Şuşa Bəyannaməsi imzalanarkən də  bu məsələyə xüsusi toxunan  Prezident İlham Əliyev belə söylədi: "Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır".
Əslində, bu layihə təkcə Naxçıvanla Azərbaycanın digər bölgələri arasında nəqliyyat körpüsü deyil, həm də  Çin və Orta Asiya ölkələrini Azərbaycan-Türkiyə vasitəsilə Avropanın tranzit-nəqliyyat xəttinə bağlayır. Azərbaycana gəldikdə isə Zəngəzur dəhlizi ölkəmizi Şərq və Qərbin mühüm iqtisadi tərəfdaşına çevirir, o cümlədən ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını faktiki olaraq nəqliyyat-kommunikasiya blokadasından çıxarır. Ona görə də İlham Əliyevin təbirincə desək,  Ermənistan bunu istəsə də, istəməsə də Zəngəzur dəhlizi icra olunacaq, tikilib başa çatacaq. Azərbaycan xalqı illər öncə əlindən alınmış Zəngəzura sahib çıxmaq şansı qazanacaq.  Zəngəzur dəhlizi  böyük Turan yolunun bir parçası olacaq.
Heç kimə sirr deyil ki, cəllad, körpə uşaq qatili, daşnak Zori Balayan türk dünyasının qatı düşmənidir. Hələ  1970-ci illərdə "Ocaq" adlandırdığı cızmaqarasında sərsəmləyərək  Zəngəzurun  ermənilərə verilməsini  öz aləmində zəruri saysa da, bilərəkdən, yoxsa bilməyərəkdən buradan keçən yolu Turan yolu adlandırıb. Son zamanlar  Ermənistan mediası da yazır ki, vaxtilə 1970-1980-ci illərdə Heydər Əliyev Sov.İKP MK-nin Siyasi Bürosunun üzvü olarkən Böyük Turan layihəsinin əsasını qoyub. Erməni mediasının dediyinə görə, Naxçıvan - Bakı avtomobil yolunun Mehridən keçən hissəsi türklərin böyük Turan layihəsinin icrasına zəmin hazırlamaq məqsədi daşıyıb. Lakin  Ermənistan KP MK-nin birinci katibi Dəmirçyanın  etirazlarından sonra layihə dayandırılıb. Azərbaycan bu gün məqsədinə çatıb. Təbii ki, ermənilər bu fikri təsadüfi söyləmirlər. Onlar Azərbaycan xalqının Ulu Öndəri Heydər  Əliyevi yaxşı tanıyırdılar.  Ümummilli Liderin vaxtilə nümayiş etdirdiyi siyasi savadına və gücünə,  iradəsinə və qətiyyətinə bələdiydilər. Onun söylədiyi hər bir sözün, cümlənin arxasında hansı məqsədin dayandığını həmişə  hiss edirdilər. 
Bu gün Prezident İlham Əliyev Zəngəzur dəhlizini bərpa etməklə həm də ata vəsiyyətini yerinə yetirmiş olur. Ermənilər bunu  da çox gözəl bilirlər. Zəngəzur dəhlizinin gələcək perspektivinin nə qədər əhəmiyyətli olduğunu  anlamazdan gəlmirlər.  Dərk edirlər ki,  Zəngəzurun Ermənistan daxilində qalması türk dünyasının coğrafi parçalanması deməkdir. Çünki bu ərazi türk dünyasını birləşdirən ən əlverişli körpü rolunu oynayır. Buradan keçəcək nəqliyyat, kommunikasiya və infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək. Nə xoş ki Müzəffər Ali Baş Komandan İlham Əliyev mənfur  düşmənin arzusunu gözündə qoydu. Daşnakların türk dünyasının parçalanacağı barədə  arzuları gözlərində qaldı, ümidləri puça çıxdı. 
Zəngəzur dəhlizinin çox böyük regional  və beynəlxalq əhəmiyyəti var. Bu dəhlizdən istifadə edəcək Gürcüstan, İran, Türkiyə və Rusiya, eləcə də Qərb və ərəb dövlətləri qazanacaqlar. Bəzi ekspertlərin fikrinə görə,  Zəngəzur dəhlizi açıldıqdan sonra Çin dövləti də bu yoldan əhəmiyyətli dərəcədə faydalana biləcək. Təsadüfi deyil ki,  dövlət başçısı  İlham Əliyev Çinin  "China Media Group" korporasiyasının müxbirinə verdiyi müsahibəsində Zəngəzur dəhlizinin  beynəlxalq əhəmiyyəti haqqında fikirlərini belə izah edib: "Biz Azərbaycandan Türkiyə və Avropa istiqamətində gedən əlavə yol olacaq Zəngəzur dəhlizi üzərində çox fəal şəkildə çalışırıq. Azərbaycan ərazisində tikinti işlərinin təxminən 70 faizi artıq başa çatdırılıb. Beləliklə, Azərbaycan ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq. Bir sözlə, bütün bunlar əlavə yüklər üçün digər imkanlar açacaq. Eyni zamanda Azərbaycan ərazisindən daşımalar, həmçinin Gürcüstanın dəniz limanından keçəcək. Biz bu sahədə müəyyən sərmayə imkanlarına böyük maraqla baxırıq. Həqiqətən, daşımalarda əməkdaşlıq bütün ölkələr üçün çox faydalı olacaq və eyni zamanda, o da vacibdir ki, bu işlər ölkələr arasında əlaqələri gücləndirəcək. Ölkələr bir-biri ilə daha sıx bağlı olacaq, inteqrasiya olacaq. Biz dəhliz boyunca bir çox istehsal sahələrini yaratmağı planlaşdırırıq və sadəcə, tranzit ölkə olmaq istəmirik. Geosiyasi baxımdan, bu, yaxşı haldır, yəni əlavə gəlir əldə etmək olar, biz Azərbaycanda böyük sənaye zonalarını yaratmaq istəyirik. Əslində, bu istiqamətdə irəliləyirik. Hesab edirəm ki, bu ay açılmış və artıq fəaliyyətə başlamış Ələt Azad İqtisadi Zonamızda istehsalatla məşğul olmaq, həmçinin Çin şirkətləri üçün cəlbedici ola bilər. Əslində, təsəvvür etdiyinizdən də geniş fürsətdir".
Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir. Bu, on illərlə bir milli hədəf, Ulu Öndərin  həyata keçirmək istədiyi missiya idi. Həmin missiyanı Ümummilli Liderin davamçısı İlham Əliyev davam etdirərək hədəfə çatdırdı. "Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir", -  deyərək məsələyə nöqtə qoydu. 

Züleyxa ƏLİYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!