14 Noyabr 2023 09:00
24885
SİYASƏT
A- A+

Zəfərin Xankəndi zirvəsi

 

Daha Azərbaycanda bir nəfər də separatçı qalmayıb!
Daha Azərbaycanda yaşayaraq Azərbaycanın ərazi bütövlüyünə xain nəzərlərlə baxan yoxdur!
30 illik işğaldan sonra "dəmir yumruq" separatizmi ölkəmizdən birdəfəlik süpürüb atdı!
Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və Konstitusiya əsasları Müzəffər Ali Baş Komandan İlham Əliyevin 44 günlük Zəfər müharibəsi, müdrik və uzaqgörən siyasəti, qorxmaz və qətiyyətli diplomatiyası sayəsində əbədilik bərpa olundu!
İlham Əliyev iki yüz illik Qarabağ münaqişəsinə son qoyaraq ölkəni xainlərdən, soyqırımı canilərindən, ərazi bütövlüyümüzə qəsd edənlərdən həmişəlik xilas etdi!

Bu möhtəşəm qələbəni 8 noyabr 2023-cü ildə Xankəndidə keçirdiyi Zəfər paradı ilə Azərbaycan tarixinin şərəf salnaməsinə qızıl hərflərlə həkk etdi!
***
Separatizm Azərbaycan ərazisində "təbii" şəkildə yaranmayıb.
Bu murdar toxumu ərazimizə çar Rusiyası gətirərək basdırıb.

XIX əsrin başlanğıcında əvvəlcə Kürəkçay, sonra isə Türkmənçay və Gülüstan müqavilələri əsasında İran və Türkiyədəki ermənilərin Azərbaycana köçürülərək burada onlara "vətən" yaradılması prosesinə start verilib.
Sovet hakimiyyəti dildə "xalqlar dostluğu" söyləsə də, əməldə sələflərinin məkrli niyyətlərini "uğurla" davam etdirib.
Belə ki, 7 iyul 1923-cü ildə "Dağlıq Qarabağ Muxtar Vilayəti" adlı qondarma qurum yaratmaqla erməni separatizminin daha yaxşı inkişafı üçün onlara bir növ "parnik" ("isti şitillik") təşkil edib.
Sonra "Azərbaycan ərazisində pambıqçılığın inkişaf etdirilməsi" adı ilə bir qərar verərək, Ermənistandakı azərbaycanlıları qədim ata-baba yurdlarından sürgün edərək ermənilərin yerini genişləndirib.

Qırmızı imperiya laxlayaraq dağılmağa başlayanda isə SSRİ-nin birinci və sonuncu prezidenti Qorbaçov separatizm fitilinə od vurdu.
Həmin dövrdə Azərbaycana başçılıq edənlər maymaq, qorxaq, qətiyyətsiz və səriştəsiz olduqlarından baş verənləri düzgün qiymətləndirə, separatizm alovlarının qarşısını vaxtında ala bilmədilər.
Beləliklə, erməni separatizmi Azərbaycan ərazisində qarayaraya çevrilərək 30 il qövr etdi.
***
27 sentyabr 2020-ci ildən 10 noyabr 2020-ci ilədək davam edən Zəfər müharibəsi!..
* Biz bu işğala son qoyacaq qələbəni nə qədər gözləmişdik!
* Biz ölkəmizə xəyanət, terrorçu, silah-sursat, mina, separatizmə dəstək verən əcnəbi deputat, konqresmen, senator, siyasətçi, korrupsioner və rüşvətxor gətirilən Laçın yolunun bağlanmasını nə qədər istəmişdik!
* Biz şəhərlərimizi və kəndlərimizi dağıdan, evlərimizi yağmalayıb yandıran, meşələrimizi, bağlarımızı qırıb aparan, təbii sərvətlərimizi talayaraq daşıyan, dini, tarixi, mədəni abidələrimizi uçuraraq təhqir edən murdarlardan qisasımızın alınmasını Allahdan nə qədər diləmişdik!
Nəhayət!
Nəhayət!
Nəhayət!
* Daha Azərbaycanda separatçılar yaşamırlar!
* Daha Azərbaycanda terrorçu qalmayıb!
* Daha kimsə Azərbaycanla hədə, təhdid dili ilə danışa bilmir!
* Daha heç kəs bizim razılığımız olmadan ərazimizə girə bilmir!
* Daha kimsə Azərbaycan xalqının iradəsinə heç bir şəkildə təsir etməyi bacarmır!
Bizim Xankəndidə bütün qələbələrimizin zirvəsi sayılan parad keçirməyə qadir ordumuz var!
Bizim Şuşanı yalın əllə ala bilən igidlərimiz var!
Bizim arxasında dünya gücləri dayanan düşmənə qalib gələn müzəffər xalqımız var!

Bizim hər arzumuzu gerçəkləşdirən, bizi qalib millətə, hünərli xalqa çevirən İlham Əliyev kimi Müzəffər Ali Baş Komandanımız var!
* Biz birləşərək düşmənin sinəsinə çalın-çarpaz dağ çəkməyi bacardıq!
* Biz "dəmir yumruğ"a çevrilərək təkcə erməniyə deyil, onun havadarlarına da qalib gəldik! 
* Biz dünyanın ən güclü dövlətlərini pulla satın alan dünya erməniliyini məğlub etdik!
Budur güc!
Budur qüdrət!
Budur siyasət!

***
Bu qələbəyə çatmaq üçün çaylar qədər qan axıtdıq!
Bu istəyə qovuşmaq üçün "uf" demədən canını fəda etməyə hazır oğullar yetişdirdik!
Bu zəfəri qazanmaq üçün balalarımızı şəhid verdik!
Ən ümidsiz günlərdə belə ümidimizi itirmədik!
Ən ağır, köməksiz vaxtlarımızda belə geri durmadıq!

Ulu Öndərimizə inandıq, ona güvəndik!
Müzəffər Ali Baş Komandanımızın ətrafında səfərbər olduq, hünərinə, cəsarətinə, qətiyyət və müdrikliyinə sığındıq!

İndi isə Xankəndidə parad keçiririk!
Zəfərlər zəfərinin paradını!

* Burda dalğalanan qələbə bayrağı bizimdir!
* Bu meydanda vüqarla addımlayan igidlər bizimdir!
* Bu paradı gülərək qəbul edən, bu paradı bizə bəxş edən "dəmir yumruq" sahibi İlham Əliyev bizim Müzəffər Ali Baş Komandanımızdır!
Şükür Tanrının böyüklüyünə!
Allah şəhidlərimizə rəhmət eləsin!
Bizə qələbə sevincləri bəxş edən Silahlı Qüvvələrimizə eşq olsun!
***
Düşmənə gözdağı verib, dosta sevinc bəxş edən Xankəndi paradı!
Arzularımızın pik nöqtəsi!
On illərin ən ülvi arzusunun reallaşdığının nümayişi!

Düşmənin canına vic-vicə salan xüsusi təyinatlılarımız haqlı qürur və iftixarla, nizami addımlarla tribunanın önündən vüqarla keçirlər!
Onları bu zəfərin memarı və baş müəllifi, "dəmir yumruq" sahibi Müzəffər Ali Baş Komandanımız İlham Əliyev fəxrlə salamlayır!
Xalqımız bu gözəl mənzərəyə doymaq bilmədən, göz dolusu tamaşa edir!
Sevinc seli bütün Qarabağı, Şərqi Zəngəzuru, Azərbaycan torpağını qoynuna alır!
Bu sevincdən dünyanın hər bucağında yaşayan azərbaycanlılara, Azərbaycansevərlərə də şirin pay düşür!
***
Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidəki Zəfər paradında sevinc və qürurla bəyan etdi:
* Mən bu 20 il ərzində heç vaxt şübhə etmirdim ki, bu gün gələcək və Xankəndi şəhərində Azərbaycan Bayrağı altında hərbi parad keçiriləcək.
* Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə mən Azərbaycan Bayrağını qaldırdım. Bundan böyük xoşbəxtlik ola bilməz - həm mənim üçün, həm sizin üçün, həm Azərbaycan xalqı üçün, həm də bütün dünya azərbaycanlıları üçün.
* Biz göstərdik ki, Qarabağ Azərbaycandır, döyüşərək, vuruşaraq, heç nəyə baxmayaraq və bu gün hər kəs bilməlidir ki, bizimlə bundan sonra heç kim zarafat etməsin.
* XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin.
* Biz istədiyimizə nail olduq, beynəlxalq hüququ bərpa etdik, tarixi ədaləti bərpa etdik, milli ləyaqətimizi bərpa etdik, düşmənə onun yerini göstərdik. Düşmən bizim qabağımızda diz çökdü və bu gün mən burada müzəffər Silahlı Qüvvələrin qarşısında çıxış edirəm. 

Bu da son!
* Alçaq niyyətlilərin sonu!
* Şərəfsiz separatçıların sonu!
* Bayquş xislətlilərin sonu!
* Barbar, dağıdıcı əməl sahiblərinin sonu!
* Yersizlərin, vətənsizlərin çirkin xülyalarının sonu!
Amma bu sona qədər zillət çəkdik, ağır köçkün həyatı sürməyə məcbur olduq.
Bu sona qədər 30 il məğlub xalq adını daşımalı olduq.

Bütün bunlara İlham Əliyev son qoydu!
* Separatizmə Müzəffər Ali Baş Komandan İlham Əliyev "dəmir yumruğ"u ilə son qoydu!
* Uzaqgörən, qətiyyətli, ardıcıl siyasəti ilə son qoydu!
* Dəyişməz, prinsipial mövqeyi, çevik diplomatiyası ilə son qoydu!
* Yaratdığı möhtəşəm ordu, tətbiq etdiyi yeni strategiya və taktika ilə son qoydu!
* Xalqın milli birliyini yaradaraq, ölkənin bütün imkanlarını səfərbərliyə alaraq son qoydu!
Ən nəhayət, Xankəndidə Zəfərin ən yüksək zirvəsi sayılan hərbi paradla son qoydu!
Yaşasın Müzəffər Ali Baş Komandan!
Yaşasın azad, bütöv, suveren Azərbaycan!
Qarabağ Azərbaycandır!

 

Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video