11 Sentyabr 2024 08:10
1662
SİYASƏT
A- A+
Zəfər tariximizin başlandığı sentyabr...

Zəfər tariximizin başlandığı sentyabr...

 

 

2020-ci ilə qədər sentyabr ayında üç əlamətdar hadisəni qeyd edirdik. Onlardan biri 15 Sentyabr Bilik Günü, digəri 18 Sentyabr Musiqi Günü, o birisi də 20 Sentyabr "Əsrin müqaviləsi"nin imzalandığı gün. 
Bu günlərin hər üçü xalqımız üçün əlamətdar idi. Çünki bu günlər biliyimizi, musiqi dünyamızı, iqtisadiyyatımızı zənginləşdirirdi. Artıq 4-cü ildir ki, xalqımız sentyabr ayında daha bir neçə möhtəşəm hadisənin sevincini yaşayır. O hadisələri ki, qəhrəmanlıq tariximizə böyük hərflərlə yazılıb. Bu tarixlərlə hamımız fəxr edir və qürur duyuruq.
... 27 sentyabr 2020-ci ildə erməni təxribatı nəticəsində Vətən müharibəsi başladı. 44 gün davam edən uğurlu döyüşlərdə Azərbaycan Ordusunun hərbi qulluqçuları Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında cəsarətlə vuruşaraq erməni qəsbkarlarını məğlub etdilər. 30 ilə yaxın davam edən işğala son qoydular. Əvvəllər sözdə meydan sulayan Ermənistan ordusu bu müharibədə darmadağın olundu. Beş rayonumuz və Qarabağ ətrafındakı kənd və qəsəbələr düşmənlərdən azad edildi. 
27 sentyabr 2020-ci il tariximizə torpaqlarımızın azadlığı uğrunda döyüşlərin başladığı gün - Anım günü kimi yazıldı. 
 Ordumuzun aramsız və güclü əks-hücumları qarşısında aciz qalan Ermənistan hakimiyyəti 10 noyabr 2020-ci ildə kapitulyasiya aktına imza atmağa məcbur oldu. Bundan sonra cəbhədə əməliyyatlar dayandırıldı, atəş səsləri bir az səngidi. Ancaq Qarabağın bəzi ərazilərinə hələ də erməni separatçıları nəzarət edirdilər. Ermənistan imzaladığı üçtərəfli Bəyanata əməl etmir, separatçıları, ordunun tör-töküntülərini Qarabağdan çıxarmırdı. Bu da  növbəti antiterror tədbirlərinin keçirilməsinə zərurət yaradırdı. 
Azərbaycan Ordusundan aldıqları ağır zərbələrdən geri çəkilən ermənilər uğradıqları məğlubiyyətdən düzgün nəticə çıxarıb, silahı yerə qoymurdular. Yenə də tez-tez Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutur, təxribatlar törədirdilər. Separatçılar Laçın rayonunun Zabux, Sus və başqa kəndlərindən çıxmırdılar. Görünür, İkinci Qarabağ müharibəsindəki acı məğlubiyyəti, ağır itkiləri ermənilərə yaxşı dərs olmamışdı. Deməli, yenə də düşmənə layiq olduğu yeri göstərmək lazım idi. Separatçıları məhv etmək, mövqelərimizdən geri oturtmaq üçün 12 sentyabr 2022-ci ildə ordumuz uğurlu "Qisas" əməliyyatını həyata keçirdi. Erməni separatçılarına bir-birinin ardınca güclü zərbələr endirildi. Ağır itkilərə məruz qalan düşmən bir günün içində dayandığı mövqelərdən geri çəkilmək məcburiyyətində qaldı. Əlverişli yüksəkliklər, həmçinin Laçın rayonunun Ermənistanın şərti sərhədlərinə yaxın olan kəndlərimiz separatçılardan azad edildi. 12 sentyabr 2022-ci il tariximizə "Qisas" əməliyyatının keçirildiyi gün kimi yazıldı. 
Xislətləri saxtakarlıqdan yoğrulmuş ermənilərə "Qisas"  əməliyyatı da yaxşı dərs olmadı. 30 ilə yaxın Qarabağda məskən salmış separatçılar, Ermənistan ordusunun tör-töküntüləri yenə də Azərbaycanın əbədi-əzəli ərazisi olan bu torpaqlardan çıxmaq istəmirdilər, həm də dinc dayanmırdılar. Mövqelərimiz qarşısında istehkamlar qazır, yeni qurğular quraşdırır, yerlərini daha da möhkəmləndirirdilər. İşğaldan azad olunmuş ərazilərimizə təxribatçı qruplar göndərirdilər. Bu qruplar nə qədər cəhd göstərsələr də, heç nəyə nail ola bilmirdilər. Hərbi qulluqçularımız tərəfindən onlar vaxtında aşkarlanır və zərərsizləşdirilirdilər. 
Həmişəki rəzil məqsəd və niyyətlərindən əl çəkməyən, hələ də şirin xəyallarla yaşayan  separatçılar yenə də gizli yollarla Qarabağa silah-sursat daşıyır, bu gözəl diyarda miskin varlıqlarını uzatmağa çalışırdılar. Separatçıların bu əməlləri getdikcə həddini aşırdı. Bütün bu amillər yeni antiterror əməliyyatların keçirilməsinə yol açırdı.
Nəhayət, separatçıların cinayət və təxribat hərəkətlərinin qarşısının alınması məqsədilə 2023-cü il sentyabrın 19-da yenə də silahlar dilə gəldi. Getdikcə gücünü, qüdrətini  artıran Azərbaycan Ordusu həmin gün Qarabağı qan çanağına döndərmək istəyən erməni separatçılarına qarşı antiterror tədbirləri həyata keçirməyə başladı. İllərdən bəri atəş səslərinin kəsilmədiyi Qarabağa sülh gətirmək üçün hərbi qulluqçularımız torpaqlarımızdan çıxmaq istəməyən separatçıları məhv etmək üçün döyüşə girdilər. Ermənilərin neçə vaxtdan bəri möhkəmləndikləri mövqelərini, çəkdikləri beton sədləri, quraşdırdıqları qurğuları ordumuzun hərbi qulluqçuları qısa müddət ərzində darmadağın etdilər. Separatçılar ağır itki verib geri çəkildilər. Bu itkilər ermənilərin məğlubiyyətindən, ordumuzun zəfərindən xəbər verirdi. 
Əməliyyata başlayandan 23 saat 43 dəqiqə sonra erməni separatçıları məğlubiyyətin rəmzi olan ağ bayraq qaldıraraq təslim oldular. Özlərini məğlubedilməz zənn edən Ermənistan ordusunun tör-töküntüləri Silahlı Qüvvələrimizin gücü, qüdrəti qarşısında yalnız bu qədər müddətə dayana bildilər. Sentyabr ayının 20-də güclü, qüdrətli Azərbaycan Ordusunun qarşısında diz çökən separatçılar bildirdilər ki, mövqelərdən çıxır, döyüşləri dayandırır, silahları yerə qoyurlar. Beləliklə, sentyabrın 19-u tariximizə separatçılara qarşı sonuncu döyüşün başlandığı gün kimi düşdü.
Atəş dayanan kimi Qarabağın dağlarına sakitlik çökdü. Separatçılar silahı yerə qoyub təslim olandan sonra xunta rejiminin nümayəndələri görüşmək üçün ölkəmizə yalvar-yaxar etdilər. Danışıqlar zamanı ermənilər utanmaz-utanmaz daha çox sosial "problemlərindən" söz açdılar. Dedilər ki, bəs tibbi sahədə, kommunal işlərdə çətinlikləri var, yanacaq çatışmazlığından əziyyət çəkirlər. Nümayəndələr bu çətinlikləri dilə gətirəndə yaddaşımız bizi 35 il əvvələ - 1988-ci ilə apardı.  Həmin il fevral ayının 24-də ermənilər mitinq keçirib keçmiş ittifaq rəhbərliyindən guya Azərbaycanın tərkibində Qarabağda iqtisadi, sosial problemlərdən əziyyət çəkdiklərini bildirmiş, Ermənistana birləşmək istədiklərini tələb etmişdilər.
 Aradan 35 il keçmişdi. Amma ermənilərin nə özləri, nə də "problemləri" dəyişmişdi. Bəs bu yalançı, saxtakar ermənilər ötən 35 ildə Qarabağda nə işlə məşğul olublar? Nəyə görə özlərinə şərait qurmayıblar? Nə əcəb indiyə qədər xəstəxanalarına, uşaq bağçalarına, məktəblərinə istilik sistemləri çəkməyiblər. Zod, Vejnəli və başqa yataqlardan çıxardıqları qızılları, gümüşləri, misləri hara xərcləyiblər, kimlərə veriblər? Yoxsa gözləyiblər ki, 35 ildən sonra azərbaycanlılar qayıdıb gəlib onlara istilik sistemləri çəkməlidi, yanacaq verməlidi, sosial şəraitlərini yaxşılaşdırmalıdı? Yerüstü və yeraltı anbarlara sığmayan silah-sursatlara verdikləri pullara özlərinə istilik sistemləri çəkə bilməzdilərmi? 
Danışıqlara gələn ermənilərin bir yalanı da üzə çıxdı. Onlar danışıqlarda ağlaşma qurub deyirdilər ki, yanacaqları tamam tükənib, bizə kömək edin. Danışıqlardan iki-üç gün sonra Xankəndidə 100 tonluq tutumu olan yanacaqdoldurma məntəqəsində partlayış baş verdi. Həmişə humanizmin tərəfində olan dövlətimiz görüşün ertəsi günü Qarabağda yaşayan ermənilərə kömək etmək üçün humanitar yardım göndərdi.
2023-cü il sentyabr ayının 19-da başlayan və 20-də başa çatan antiterror tədbirləri Qarabağa əbədi sülh gətirdi. Erməni faşizminə, erməni separatizminə, erməni vandalizminə, bir sözlə, bütün başqa erməni "izmlərinə" son qoydu. Bir daha Qarabağda atəş səsləri eşidilmədi. Erməni separatçılarından təmizlənəndən sonra Qarabağda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında böyük quruculuq işlərinə başlanıldı. Gündən-günə abadlaşan, gözəlləşən Qarabağ ömrünün ikinci baharını yaşayır. Artıq Xocalı sakinləri doğma ocaqlarına qayıdıblar. Həsrətə, nisgilə son qoyulub. Geriyə qayıdan xocalılılar dövlətimizin onlar üçün tikdikləri hərtərəfli şəraiti olan evlərdə rahatca yaşayırlar. 
Sentyabr ayının 12-si, 19-u və 27-si Qarabağda qələbəmizin, zəfərimizin təntənəsi heç vaxt unudulmayacaq. İllər, əsrlər boyu həmin günləri, döyüşlərdə canlarından keçmiş şəhidlərimizin xatirəsini xalqımız hörmət və ehtiramla xatırlayacaq. 

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan "

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

Şamaxı–Piriqulu–Dəmirçi avtomobil yolu buz bağlayıb  

13:40
15 Dekabr

Sidneydəki hücumdan sonra Nyu-Yorkda təhlükəsizlik tədbirləri gücləndirilib  

13:35
15 Dekabr

Doqquz ayda əmtəə ixracı və idxalı açıqlanıb  

13:33
15 Dekabr

Xalis maliyyə aktivləri 4,5 milyard dollar artıb  

13:31
15 Dekabr

Qar yağacaq, yollar buz bağlayacaq  

13:06
15 Dekabr

Doqquz ayda cari əməliyyatlar balansında 3 milyard dollar həcmində profisit formalaşıb  

13:05
15 Dekabr

Dövlət Komitəsi sədrinin müavini: Dini maarifləndirmədə ən etibarlı mənbə məhz məktəblərdir  

12:40
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!