30 Noyabr 2023 10:50
1399
Mədəniyyət
A- A+
Zaqatala qalası - keçmişimizin 200 yaşlı şahidi

Zaqatala qalası - keçmişimizin 200 yaşlı şahidi

 

Uzaq keçmişimizdən durula-durula bu günümüzə gəlib çatan bayatılarımızın hikməti, fəlsəfəsi oxuyanları ahənrüba kimi özünə çəkir. Bayatılar poetikliyi ilə ürəyə yatır, ruha sığal çəkir, könüllərdə məskən salır. 
Əzizim bizim qala,
Həmişə bizim qala,
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala.
Bu bayatının hikmət yükü, məna çalarları yaşam fəlsəfəsidir. Qalalar tikilib, tikilən qalalar vəsf edilib. Bu qalalar dünənimizin, keçmişimizin tarixidir. Onlar ötən illərin sirlərini özündə qoruyub saxlayan kitabələrdir, xalqın daş yaddaşıdır, tarixin pozulmayan möhürüdür.
Xalqımızın qədimliyindən, onun tarixi keçmişindən, ululuğundan, mənəvi zənginliyindən soraq verən abidələr, qalalar ölkəmizin ərazisində yüzlərcə, minlərcədir. Bu abidələrin, qalaların daşları, divarları arasında xalqımızın şanlı tarixinin açılmamış, yazılmamış qatları yatmaqdadır. 
Zaqatala qalası qədimliyi və möhtəşəmliyi ilə hamının diqqətini cəlb edir. Qalanın hasarına, daşlarına toxundum - qulaqlarıma tarixin dərinliklərindən səslər gəldi, gözümün önündə döyüş səhnələri canlandı. 
Zaqatala rayonunun ərazisi hərbi-strateji cəhətdən çox əlverişlidir. Belə ki, Azərbaycanın şərqindən Şəkiyə, Şamaxıya, Bakıya və Dağıstana gedən yollar buradan keçir. Olduqca əlverişli mövqeyə malik olan bu yerlər hələ qədim zamanlardan xarici qəsbkarların, o cümlədən rusların da diqqətini  özünə cəlb etmişdi. Bu ərazinin Zaqafqaziya hərbi dairəsinin mərkəzi olan Tiflis şəhərinə yaxın olması, hərbi sursat və ehtiyat qüvvələrinin vaxtlı-vaxtında çatdırılması üçün mühüm mövqe olduğunu nəzərə alan çar burada hərbi baza rolu oynamalı olan möhtəşəm Zaqatala qalasını tikdirmək qərarına gəlir. Qalanı tikdirməkdə çar hökumətinin iki məqsədi vardı: qala Azərbaycanı qərbdən, Dağıstanı isə cənubdan tutan "əl" - platsdarm rolunu oynamalı, yerli xalqların gələcəkdə rus işğalçılarına qarşı qaldıracağı qiyam və üsyanları yatırtmaq üçün istifadə olunmalı idi. 
Beləliklə, 1804-cü ildə Zaqatala şəhərinin yuxarı hissəsində bugünkü möhtəşəm qalanın tikintisinə başlandı və yerli xalqların köməyi  ilə 1830-cu ildə əsasən başa çatdırıldı. Həmin ilin dekabrında, artıq güclü hərbi qüvvələr qarşısında tab gətirə bilən Zaqatala qalasının hündür divarları hazır idi.  Qalanın tikintisi üçün çox əlverişli yer seçilmişdi. Belə ki, üçbucaq şəklində olan qalanın iki tərəfi sıldırımlıqdır. Şimal tərəfi isə yer səviyyəsindədir. Müdafiə məqsədilə hasarın çöl tərəfində eni 10, dərinliyi 5 metr olan xəndək qazılmışdı. Qalanın üç böyük qapısı var. Şərq qapısı məlum olduğuna görə "Zabit qapısı" adlanır. Bu qapıdan çar ordusunun komandir heyəti keçirmiş. İkinci qapı "Əsgər qapısı" adlanırdı. Şəxsi heyət təlim keçmək üçün bu qapıdan qala düzünə çıxırmış. Üçüncü qapı əsasən nəqliyyat üçün nəzərdə tutulmuşdu. Qaladakı qoşun üçün lazım olan ərzaq, silah və hərbi sursat da üçüncü qapıdan daşınırmış.
Zaqatala qalasının sahəsi 9 hektardır. Qalanın ərazisində 30-dan çox bina var. Bunlara keçmiş dairə rəisinin birmərtəbəli evi, qarnizon rəisinin mənzili, hərbi xəstəxana, müqəddəs Troitsa kilsəsi, zabitlər üçün ikimərtəbəli fliqel, silah-sursat anbarı, kazarmalar, məişət otaqları və s. aiddir.
O vaxtalar çar hökuməti qalada müntəzəm olaraq 2500 nəfər əsgər saxlayırdı. Vəziyyət pisləşəndə əsgərlərin  sayı 8-10 min nəfərə qədər artırılırdı. Sonrakı tarixi hadisələr göstərdi ki, çar hökuməti Zaqatala qalasını tikdirməkdə yanılmamışdı.
1830-cu il Zaqatala üsyanına kömək etmək məqsədilə Dağıstanın gələcək imamı Həmzət bəy 2000 nəfərlik qoşunla Zaqatalanı tutduqdan sonra dərhal qala üzərinə hücuma keçir. Məğlubiyyətə uğrayan qoşun hissələri qala divarları arxasında müdafiə olunaraq kömək üçün yeni qüvvələr gözləyirdilər. Qalanı hücumla ala bilməyəcəyini görən Həmzət bəy onu mühasirədə saxlamalı olur. Ancaq tezliklə 4500 nəfərlik çar qoşunu mühasirədə qalanların köməyinə gəlir. Böyük üstünlüyə malik olan çar qüvvələri üsyanı amansızcasına yatırır. Artıq çar Rusiyası Dağıstanı cənubdan işğal etmək üçün Zaqatala qalasından platsdarm kimi istifadə edirdi. Şeyx Şamillə  aparılan müharibə zamanı (1834-1859) Zaqatala qalası ordunun əsas düşərgəsi və başlıca hərbi məntəqəsi idi. 1859-cu ildə  Şeyx Şamil 15 minlik qoşunla qala üzərinə hücuma keçir. Onun məqsədi qalanı tutub vilayətdəki rus qoşunlarını tamamilə məhv etmək idi. Amma qalanı tutmaq bu məşhur, qorxmaz, əvəzolunmaz sərkərdəyə nəsib olmur.
1864-cü ildə Rusiya Qafqazı bütövlükdə işğal etdikdən sonra Zaqatala qalası əvvəlki hərbi əhəmiyyətini itirir. Lakin strateji əhəmiyyətli belə bir qalanı imperiya yaddan çıxarmırdı. 1905-1907-ci illər inqilabından sonra II Nikolay inqilab ruhunu Rusiyanın mərkəzindən ucqarlara uzaqlaşdırmaq üçün bu qalanı əsgər və matrosların sürgün yeri üçün münasib bilir. İnqilabçı matrosların buraya sürgün edilməsi faktı qalanın adını bir daha tarixin pozulmaz səhifələrinə yazır. Bu illərdə qalada komandiri podpolkovnik Dobrovolski olan 201-ci alayın 2-ci  taboru yerləşdirilmişdi. Tabor Xarkov şəhərində təşkil edilmişdi. Qalaya sürgün edilənləri daimi nəzarət altında saxlayırdılar. Buna baxmayaraq, taborda inqilabi əhvali-ruhiyyə hökm sürürdü. 
Böyük Oktyabr inqilabından sonra çar qoşunları Zaqatala qalasını tərk edib Rusiyaya qayıtdılar. Sovet hakimiyyətinin ilk günlərində Qəza İnqilab Komitəsi qalada özünə yer eləmişdi. Sonralar tütün kombinatı və rayon xəstəxanası da burada yerləşdirilmişdi. "Yenilməz batalyon"  bədii filmi də bu qalada çəkilib.
Azərbaycan SSR Nazirlər Sovetinin 7 may 1984-cü il tarixli qərarı ilə Zaqatala qalasının ərazisi Tarix-mədəniyyət qoruğu elan edilib. Hazırda qala rayona gələn qonaqların və turistlərin ən çox baş çəkdikləri yerlərdəndir. İllər keçsə də, qala tarixiliyi və möhtəşəmliyi ilə gələnlərin diqqətini özünə çəkir.

V.MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!