23 İyun 2026 12:25
174
Mədəniyyət
A- A+
Bakıda AQEM ölkələrinin dairəvi yaşıl turizm imkanları müzakirə edilir-YENİLƏNİB

Bakıda AQEM ölkələrinin dairəvi yaşıl turizm imkanları müzakirə edilir-YENİLƏNİB


Bakıda Dövlət Turizm Agentliyi və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin birgə təşkilatçılığı ilə “AQEM ölkələrində dairəvi yaşıl turizm” (“Circular Green Tourism in the CICA Countries”) mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, konfransda AQEM Katibliyi ilə yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Rusiya, Monqolustan, Hindistan, Kamboca, Şri-Lanka, Tailand, Vyetnam, İran, Misir, İordaniya, İsrail, Fələstin daxil olmaqla üzv dövlətlərin nümayəndə heyətləri iştirak ediblər.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, “dairəvi yaşıl turizm” turizm sahəsinin gələcək inkişaf istiqamətini müəyyən edən aktual yanaşmalardan biri kimi çıxış edir. O qeyd edib ki, indiyədək Azərbaycanda turizmin dayanıqlı inkişafı istiqamətində ekoturizm və aqroturizm istiqamətlərinin formalaşdırılması, təbiət əsaslı turizm marşrutlarının inkişafı istiqamətində mühüm addımlar atılıb.

Fuad Nağıyev, həmçinin konfransın AQEM ölkələri arasında əməkdaşlığın möhkəmlənməsinə və yeni tərəfdaşlıqların qurulmasına töhfə verəcəyini vurğulayıb.

AQEM-in Baş katibi Kayrat Sarıbay çıxışında “AQEM ölkələrində dairəvi yaşıl turizm” təşəbbüsünün regionda dayanıqlı və ekoloji məsuliyyətli turizmin inkişafına töhfə verdiyini vurğulayıb. Baş katib turizmin iqtisadi sahə olmaqla yanaşı, mədəni dialoq və etimadın möhkəmləndirilməsi üçün vacib platforma olduğunu vurğulayıb. O, bu konfransın layihənin yekun mərhələsi kimi nəticələrin təqdimatı və qabaqcıl təcrübələrin paylaşılması baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb.

Şri-Lankanın Xarici İşlər, Xaricdə Məşğulluq və Turizm Nazirliyinin katibi Suleima Lebbe Naseer bildirib ki, turizm yalnız iqtisadi fəaliyyət sahəsi deyil. Turizm mədəniyyətlər arasında körpü rolunu oynayaraq xalqlar arasında qarşılıqlı anlaşmanı, dostluğu və əməkdaşlığı təşviq edir. Bu gün artan ekoloji və dayanıqlılıq çağırışları fonunda turizm sektoru daha məsuliyyətli və firavan gələcəyin formalaşdırılmasında mühüm rol oynayır.

Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahmon isə qeyd edib ki, dünya iqlim dəyişikliyi, ətraf mühitin deqradasiyası və təbii resurslardan dayanıqlı istifadə ilə bağlı ciddi çağırışlarla üzləşdiyi bir dövrdə turizm öz ənənəvi iqtisadi funksiyasını aşmalıdır. Onun fikrincə, bu sahə ətraf mühitin qorunması, mədəni irsin saxlanılması, sosial inklüzivliyin təşviqi və regional əməkdaşlığın gücləndirilməsi üçün güclü alətə çevrilə bilər.

Tədbir panel müzakirələri ilə davam edib.

Paneldə çıxış edən Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Əliyev dayanıqlı turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, bu sahədə institusional yanaşmalar və gələcək prioritetlər barədə fikirlərini bölüşüb.

Panel çərçivəsində, həmçinin turizm kəndlərinin yaradılması, yerli təşəbbüslərə dəstək mexanizmləri, qrant proqramları, təlim fəaliyyətləri və təbiət əsaslı turizm məhsullarına investisiyalar vasitəsilə yerli icmalar üçün yeni imkanların formalaşdırılması məsələləri müzakirə olunub.

Konfrans iyunun 24-dək davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sabah bəzi yerlərdə yağış yağacaq

13:13
23 İyun

ADSEA: Kənd təsərrüfatının dayanıqlı inkişafı üçün yeni su mənbələrinin yaradılması həyati əhəmiyyət kəsb edir  

13:08
23 İyun

Nazir müavini: Əgər otlaq sahələri deqradasiyaya uğrayırsa, heyvanların məhsuldarlığı azalır, yem xərcləri artır və təsərrüfatların gəlirliliyi aşağı düşür  

13:01
23 İyun

Zakir Quliyev: Mil-Muğanda 240 min hektardan çox suvarılan sahə var

12:55
23 İyun

Moskva vilayətində raket təhlükəsi elan edilib

12:43
23 İyun

Nazir müavini: İntensiv bağların genişləndirilməsinə görə fermerlərə ilkin investisiya dəstəyinin göstərilməsi nəzərdə tutulur  

12:37
23 İyun

Azərbaycanda damazlıq heyvan subsidiyasının və heyvandarlıqda məhsul subsidiyasının tətbiqi nəzərdə tutulur  

12:36
23 İyun

Xidmət sədri: Mil-Muğan ölkənin əsas pambıqçılıq regionlarından biridir

12:35
23 İyun

Litva hökuməti istefa verib

12:30
23 İyun

Bakıda İslam mədəni irsinin və dini təsisatların mühafizəsi, islamofobiya ilə mübarizə məsələləri müzakirə olunub  

12:28
23 İyun

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

12:27
23 İyun

Mariela Modeva: Bolqarıstan ilə dost Azərbaycan arasında turist axınını artacağına ümid edirik

12:26
23 İyun

Bakıda AQEM ölkələrinin dairəvi yaşıl turizm imkanları müzakirə edilir-YENİLƏNİB

12:25
23 İyun

Azərbaycanda pambıq istehsalı üzrə orta məhsuldarlığın 50 sentnerə çatdırılması əsas hədəflərdəndir  

12:23
23 İyun

GUAM-a üzv ölkələr korrupsiya və çirkli pulların yuyulması istiqamətində səyləri artıracaq

12:22
23 İyun

Alüminium qiymətləri 3 ayın minimumuna enib

12:21
23 İyun

Natiq Əmirov: Aqrar sahədə əldə olunan nailiyyətlərlə yanaşı, son illərdə müşahidə edilən durğunluq yeni yanaşmaların tətbiqini zəruri edib  

12:20
23 İyun

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib  

12:19
23 İyun

Tehran və Vaşinqton arasında yüksəksəviyyəli danışıqların növbəti mərhələsi hazırlanıb  

12:16
23 İyun

Ali Məclisin komitə iclasında iki qanun layihəsi müzakirəyə çıxarılıb

12:15
23 İyun

Zaur Əliyev: Rəqəmsallaşma fermer üçün də, dövlət üçün də vacib alətə çevrilir

12:07
23 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!