23 İyun 2026 18:51
128
DÜNYA
A- A+
Süni intellektə keçid edən texnologiya nəhəngi “Oracle” 21 min işçisini ixtisar edib

Süni intellektə keçid edən texnologiya nəhəngi “Oracle” 21 min işçisini ixtisar edib

ABŞ-nin proqram təminatı və bulud hesablamaları üzrə qabaqcıl şirkəti “Oracle” biznes fəaliyyətini süni intellekt (Aİ) ətrafında yenidən formalaşdırdığı üçün son bir ildə qlobal miqyasda təxminən 21 min iş yerini ixtisar edib.

“BBC” xəbər verir ki, şirkətin son illik hesabatına görə, 2026-cı il mayın 31-nə “Oracle”ın tamştatlı işçilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 162 mindən 141 minə düşüb. Bu, ümumi işçi qüvvəsinin təxminən 13 faizinin ixtisar edilməsi deməkdir. Hesabatda qeyd olunur ki, fəaliyyət sahələrində süni intellekt texnologiyalarının tətbiqi işçi sayının azalmasına səbəb olub və bu tendensiya gələcəkdə də davam edə bilər.

“Oracle” bu ixtisarlar və yenidənqurma prosesi çərçivəsində son bir ildə işdən çıxarılma müavinətləri və digər xərclər üçün təxminən 1.8 milyard dollar xərcləyib. Bu məbləğ əvvəlki maliyyə ilindəki 374 milyon dollarlıq göstəricidən xeyli yüksəkdir. Şirkət xəbərdarlıq edib ki, bu cür yenidənqurma addımları müəyyən sahələrdə ixtisaslı kadr çatışmazlığına və məhsuldarlıq itkisinə yol açaraq gəlirlərə təsir edə bilər.

Milyarder Larri Ellisonun həmtəsisçisi olduğu “Oracle” hazırda “OpenAI” və “Meta” kimi süni intellekt nəhəngləri üçün məlumat mərkəzləri qurmaq yarışındadır və bu il infrastruktur layihələrinə ən azı 50 milyard dollar xərcləməyi planlaşdırır. İşçi qüvvəsinin azaldılması sadəcə “Oracle” ilə məhdudlaşmır. Bir çox texnologiya nəhəngi süni intellekt infrastrukturuna yüz milyardlarla dollar investisiya qoyduğu bir vaxtda ən böyük xərc maddəsi olan işçi qüvvəsinə qənaət etməyə çalışır. “Google”, “Amazon” və “Meta” bu il süni intellekt texnologiyalarına ümumilikdə təxminən 650 milyard dollar yönəltməyi planlaşdırır. “Amazon” gələn il süni intellekt investisiyalarına 200 milyard dollar xərcləyəcəyini və müxtəlif mərhələlərdə təxminən 30 min iş yerini ixtisar edəcəyini açıqlayıb. 

Məşğulluq üzrə monitorinq şirkətlərinin təxminlərinə görə, son bir ildə qlobal texnologiya sektorunda ümumilikdə 100 mindən çox işçi ixtisara salınıb. Şirkət rəhbərləri süni intellektin biznes proseslərini daha da sürətləndirdiyini və bu səbəbdən daha çevik komandalarla işləməyə ehtiyac duyulduğunu bildirirlər.

Təhminə VERDİYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çin günəş paneli sektorunda liderdir

19:39
23 İyun

Enerji böhranında dövlət yardımları iqlimə zərər verir

19:27
23 İyun

Türk dövlətləri arasında rəqəmsal ticarətdə yeni dövr başlayır

19:08
23 İyun

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

18:52
23 İyun

Süni intellektə keçid edən texnologiya nəhəngi “Oracle” 21 min işçisini ixtisar edib

18:51
23 İyun

Milli Məclisin komitələri geniş qanunvericilik paketini nəzərdən keçirib

18:50
23 İyun

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclasında insan hüquqları üzrə müvəkkilin sorğusuna baxılıb  

18:49
23 İyun

Azərbaycan nümayəndə heyəti Özbəkistanda beynəlxalq mədəniyyət tədbirlərində iştirak edəcək

18:47
23 İyun

“Aqroservis” ASC-nin rəhbəri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib, təsərrüfatlara baş çəkib  

18:47
23 İyun

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ

18:45
23 İyun

Avropa isti hava dalğası ilə mübarizə aparır

18:37
23 İyun

ADY Çindən yeni sərnişin lokomotivləri alır

18:23
23 İyun

Donald Tramp finala qədər Dünya Kuboku oyunlarını izləməyəcək 

18:20
23 İyun

Seul Ukraynada əsir götürülmüş şimali koreyalıları qəbul etməyə hazırdır

18:15
23 İyun

AMB uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayacaq

18:06
23 İyun

Nazirlər Kabineti “Qaz təchizatı sisteminə dair Qaydalar”da dəyişiklik edib

18:03
23 İyun

İslamabadda İran Prezidentinin səfəri ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib

17:55
23 İyun

Son 5 gündə Hörmüz boğazından 172 gəmi keçib

17:47
23 İyun

Bu gün Vaşinqtonda Livan-İsrail danışıqlarının növbəti mərhələsi təşkil olunacaq

17:47
23 İyun

Beynəlxalq Enerji Agentliyi: Mayda bazara gündəlik 2,5 milyon barel əlavə neft çıxarılıb

17:31
23 İyun

Azərbaycandan Türkmənistana ixracın dəyəri 37 faizədək artıb

17:23
23 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!