18 Aprel 2024 19:39
163
SİYASƏT
A- A+

Zahid Oruc: Rusiya sülhməramlılarının Qarabağdan çıxması nəinki Fransanı, ABŞ-ı da narahat edir

 

Azərbaycan və Yeni Kaledoniya parlamentləri arasında əməkdaşlığa dair memorandum xüsusi əhəmiyyətə malikdir və gələcək birgə fəaliyyətin yol xəritəsidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfransda səsləndirib.

Z.Oruc bildirib ki, Azərbaycan Zəfəri ilə Qarabağda son 200 ildə qurulan geosiyasi monopoliyanı, məğlubiyyət status-kvosunu iflasa uğradıb.

“Tarixi müstəmləkəçilikdən ibarət olan Fransanın müxtəlif diplomatik-siyasi pərdələrlə örtülən son 30 illik siyasəti indi açıq-aşkar ortaya çıxıb.

Fransanın Avropa Parlamenti, Avropa Şurası, Avropa İnsan Hüquqları Məhkəməsi, Beynəlxalq Ədalət Məhkəməsi, Lemkin İnstitutu, beynəlxalq media və digər mexanizmlər vasitəsilə Cənubi Qafqazda yenidən yerləşmək cəhdləri Ermənistandan alət kimi faydalanmaq planıdır və təəssüf ki, tarixi İrəvan şəhəri onun müstəmləkə siyasətinə tabe etdirilib, Fransa “böyük Ermənistan”a çevrilib. Parisə Qafqazda sülh gərək deyil”, - deyə komitə sədri diqqətə çatdırıb.

Onun sözlərinə görə, bu günlərdə Rusiya sülhməramlı qüvvələrinin iki dövlətin rəhbərləri arasında razılaşma əsasında Qarabağdan çıxması nəinki Fransanı, o cümlədən ABŞ-ı narahat edib. Onlar qanlı toqquşmalar gözləyirdilər, lakin buna nail ola bilmədilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video