10 Fevral 2025 15:16
1004
Təhsil
A- A+
“Yüksəliş” müsabiqəsinin tələbə mentorluq proqramının açılış mərasimi keçirilib  

“Yüksəliş” müsabiqəsinin tələbə mentorluq proqramının açılış mərasimi keçirilib  

Bakı Ali Neft Məktəbində (BANM) “Yüksəliş” müsabiqəsinin tələbə mentorluq proqramının rəsmi açılış mərasimi baş tutub.

Müsabiqənin Təşkilat Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə BANM-in rektoru Elmar Qasımov tələbələrin karyeralarında uğur qazanacaqlarına əminliyini ifadə edib. O, tələbə mentorluq proqramının gənclərin inkişafında mühüm rol oynadığını vurğulayaraq iştirakçılara fəal olmağı və əldə edilən biliklərdən maksimum faydalanmağı tövsiyə edib. Görüş zamanı mentorluq proqramının məqsədləri, tələbələr üçün yaradılan imkanlar istiqamətində müzakirələr aparılıb. Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev karyera inkişafında mentorluğun əhəmiyyətini qeyd edib və uğur qazanmağın əsas prinsipləri haqqında danışıb. O bildirib ki, akademik biliklərlə yanaşı, praktiki bacarıqların və peşəkar əlaqələrin qurulması da karyera yolunda mühüm rol oynayır.

Tədbir çərçivəsində mentorluq proqramında iştirak edəcək tələbələr və mentorları olacaq “Yüksəliş” müsabiqəsinin qalibləri arasında bölgülər elan edilib. Qaliblər tələbələrlə fərdi və qrup formatında işləyəcək, onların peşəkar və şəxsi inkişafına dəstək göstərəcəklər. Mentorlar tələbələrə karyera planlaması, liderlik bacarıqlarının inkişafı, effektiv ünsiyyət və problem həlletmə qabiliyyətlərinin formalaşması istiqamətində yol göstərəcəklər. Eyni zamanda, tələbələrin potensialını üzə çıxarmaq və onların gələcəkdə uğurlu karyera qurmasına dəstək olmaq məqsədilə mütəmadi görüşlər və təlimlər təşkil edəcəklər.

Daha sonra tələbələri maraqlandıran suallar cavablandırılıb və mentorluq proqramında iştirak perspektivləri müzakirə olunub.

Qeyd edək ki, ikinci dəfə keçirilən tələbə mentorluq proqramının ilk mərhələsi 2023-2024-cü illərdə müvəffəqiyyətlə tamamlanıb.

“Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Xatırladaq ki, Azərbaycan Prezidenti beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı 2024-cü il dekabr 18-də Sərəncam imzalayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:51
13 Mart

Azərbaycan neftinin qiyməti 105 dolları ötüb 

10:40
13 Mart

Mikayıl Cabbarov: Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirir

10:39
13 Mart

XIII Qlobal Bakı Forumunun ikinci günü: “Çin və Qlobal İdarəetmə Təşəbbüsü”  

10:38
13 Mart

BMT Baş katibinin müavini ilə ətraf mühitin mühafizəsi sahəsində perspektivlər müzakirə olunub  

10:37
13 Mart

Ceyhun Bayramovla Pakistanın xarici işlər naziri arasında telefon danışığı olub

10:25
13 Mart

İrandan atılan üçüncü raket Türkiyənin hava məkanında məhv edilib

10:24
13 Mart

Bahar Muradova: Azərbaycanda gender bərabərliyinin təşviqi üçün Milli Fəaliyyət Planı qəbul edilib  

10:21
13 Mart

Britaniya qoşunları İraqdakı bazaya yönələn İran dronlarını vurub  

10:05
13 Mart

UEFA Avropa Liqası: 1/8 finalın ilk oyunlarında qapılara 13 qol vurulub  

09:58
13 Mart

İraqın Ərbil şəhərindəki hərbi bazaya hücum olub, 6 fransız hərbçisi yaralanıb  

09:56
13 Mart

Türkiyə Jandarm Qüvvələri Komandanlığı Daxili Qoşunlar Günü münasibətilə Azərbaycanı təbrik edib  

09:42
13 Mart

Azərbaycan- Aİ tərəfdaşlığı bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir

09:39
13 Mart

Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır  

09:36
13 Mart

Qoca qitə lider böhranı yaşayır

09:15
13 Mart

Məsafədən cərrahiyyə

09:10
13 Mart

Müəllimin acı taleyi

09:05
13 Mart

Uçurum

09:05
13 Mart

Yel baba 

09:00
13 Mart

Qubanın Novruz adətləri

08:55
13 Mart

"Cıdır tamaşaları"

08:50
13 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!