21 Sentyabr 2023 01:45
6383
Səhiyyə
A- A+
Yüksək qan təzyiqi: necə qorunaq, necə sağalaq?

Yüksək qan təzyiqi: necə qorunaq, necə sağalaq?

 

Yüksək qan təzyiqi və ya hipertoniya xəstəliyi 40 yaşdan yuxarı olan hər üç nəfərdən birində müşahidə olunur. Yaş artdıqca xəstəliyin rastgəlmə tezliyi daha da artır. İldə 9,4 milyon insanın ölümünə səbəb olan xəstəliyin cavanlaşması ilə əlaqədar son dövrlərdə ciddi narahatlıqlar var. Xəstəliyin cavanlaşmasına əsasən artıq çəki, tərkibində ciddi xörək duzu yükü olan "fast food" qidaları, eyni zamanda kofein və taurinilə zəngin olan enerji içkiləri, nikotin və alkoqol istifadəsi səbəb olur. Bu xəstələrin yalnız 3-5 faizi tamamilə müalicə oluna bilir.

Qan ürək vasitəsilə bədəndə dövr edir. Hər ürək vurğusu zamanı qan damarlara atılır və özünəməxsus təzyiq yaradır. Yəni qanın vurğu həcmi və onu qarşılayan damar elastikliyi qan təzyiqini yaradır. Normalda qan təzyiqi 120/80 mm.c.süt (millimetr civə sütunu) olmalıdır. Lakin 140/90 mm.c.süt olması artıq müalicəyə göstəriş sayılır. Bu halda mütəxəssisə müraciət edilərək əvvəlcə yüksək təzyiqin səbəbi araşdırılmalı, sonra isə müalicə taktikası seçilməlidir.

 

Yüksək qan təzyiqi üçün risk faktorları hansılardır?

* 40 yaşdan yuxarı insanlar;

* Qadınlar;

* İrsiyyətində yüksək qan təzyiqi olanlar;

* Qidalanma tərzi;

* Oturaq həyat tərzi;

* Artıq çəkinin olması;

* Stresli həyat tərzi;

* Siqaret;

* Alkoqol;

* Şəkərli diabet;

* Qanda xolesterinin yüksəkliyi;

* Bəzi dərmanlar və qida əlavələri.

 

Qan təzyiqinin yüksək olması digər bir əlamətin yaranmasına səbəb ola bilərmi?

Qan təzyiqi 180/110 mm.c.süt olmayınca ciddi bir əlamət verməz. Bilməliyik ki, 10 ildən çox davam edən hipertoniya xəstəliyi göz, ürək və böyrəklərdə ciddi dəyişikliyə səbəb olur. Həkim müayinəsi zamanı xəstəliyin müddətini təyin etmək üçün göz dibi, ürək müayinəsi, o cümlədən böyrəklər əvvəlcə yoxlanılmalıdır. Əgər bu orqanlarda dəyişiklik varsa, deməli, pasiyent ən azından beş ildir ki, bu xəstəlikdən əziyyət çəkir. O zaman pasiyentə məlumat verilir və tədbirlərin daha ciddi olması tövsiyə olunur. Əgər qan təzyiqiniz daim yüksəkdirsə, aşağıdakı əlamətlər müşahidə edilə bilər.

*Tez-tez sidiyə getmə;

* Bulanıq və ya ikigörmə;

* Ayaqlarda şişkinlik;

* Təngnəfəslik;

* Halsızlıq, yorğunluq, həvəssizlik;

* Qulaqlarda səs-küy;

* Burun qanaması;

* Ürək ritmində dəyişiklik;

* Baş hərlənməsi və başağrısı.

 

Yüksək qan təzyiqi ilə müşayiət olunan xəstəliklər hansılardır?

Ümumiyyətlə, ürək vurğusunun artmasına, damarların daralmasına, böyrəklərdən xörək duzunun atılmasına səbəb olan bütün xəstəlikləri yüksək təzyiq yaradır. Məsələn, zob xəstəliyində ürək vurğularının sayı artır, bu isə yüksək təzyiq yaradır. Belə hallarda əsas xəstəliyi müalicə etməklə yanaşı, ürək vurğularını azaldan dərman preparatı verilməsi yüksək təzyiqi müalicə edir. Başqa bir misal: böyrəküstü vəzi şişlərində artıq miqdarda istehsal olunan aldosteron hormonu böyrəklərdən duzun atılmasının qarşısını alır və yüksək təzyiq yaradır. Bu hormonun bloklayıcı dərmanını verməklə yüksək təzyiqi müalicə etmək olur. Bundan başqa, ən çox rast gəlinən təzyiq səbəbləri aşağıdakılardır:

* Ürəkdən çıxan damarlarda darlıq olanda;

* Böyrəküstü vəzi xəstəliklərində;

* Böyrək şişlərində;

* Böyrəyin kəskin və xroniki çatışmazlığında;

* Böyrək damarlarının darlığında;

* Tiroid (Zob) xəstəliklərində;

* Şəkər xəstəliyində

 

Yüksək qan təzyiqini necə nizamlamaq olar?

Əgər sizdə qan təzyiqinin səbəbi bilinmirsə, deməli, dünya əhalisinin 90-95 faizini əhatə edən essensial hipertoniyadan əziyyət çəkirsiniz. Belə hallarda xörək duzu istifadəsini azaltmaqla asanlıqla təzyqinizi nizamlaya bilərsiniz.  Bəzən xörək duzu dedikdə süfrəyə qoyulan duzun bişirilmiş xörəyə əlavə edilməsi başa düşülür. Lakin nəzərdən qaçan bəzi qidalar da ciddi duz mənbəyi sayılır. Pendir, kolbasa, sosiska, səhərlər soyutma yumurtanın üzərinə əlavə edilən duz, pomidor, xiyar salatına əlavə edilən duz, turşular və sairə. Ümumiyyətlə, tərkibində duz olan təbii və ya yarımfabrikat bütün qidalardan istifadə etməmək əsas şərtlərdən biridir.

Əgər artıq çəkiniz varsa, yəni qarın çevrəniz normadan artıqdırsa, deməli, təcili olaraq çəki itirməyə səy göstərməlisiniz. 10 kq çəkini azaltmaq 10-20 mm.c.süt təzyiqinizi aşağı salmağa səbəb olar.

Həftədə 90-150 dəqiqəyə (günlük 30 dəqiqə) gəzmək qan təzyqinizi üç gün müddətində nizamda saxlaya bilər.

Siqaret və alkoqolun minimallaşıdrılması, bir müddət sonra isə ümumiyyətlə, dayandırılması qan təzyiqinizi 20-40 mm.c.süt qədər azalda bilər.

 

Yüksək qan təzyiqini azaldan təbii vasitələr

ABŞ-nin Mayo Clinic həkimlərinin tərtib etdiyi DASH (Dietary Approaches to Stop Hypertension) pəhrizi hazırda bütün dünyada tətbiq edilir. Bu pəhrizə duzsuz və heyvani yağların az olduğu, eyni zamanda meyvə və tərəvəzlərlə zəngin olan qidalanma aiddir. Bəs hansı qidalar təzyiqi aşağı salmağa kömək edir:

n Limonlu su, sarımsaq, banan, kakao, qovun, çuğundur suyu kimi qidalar təzyiqi aşağı salır.

n Dandelion, kəklikotu, lavanda, kərəviz və qatırquyruğu ilə hazırlanan çaylar qan təzyiqini aşağı salaraq tarazlaşdırır.

 

Elgün HƏziyev,

Milli Onkologiya Mərkəzinin Nefroloji Kabinetinin və Tədris

Terapevtik Klinikanın Efferent Terapiya Mərkəzinin rəhbəri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!