Yeni yolların tanıdılmasına ehtiyac var
Təkcə Bakıda deyil, ölkə boyu yol infrastrukturu yenilənir, modernləşdirilir. Son dövrlər bu proses Abşeron yarımadasında daha geniş vüsət alıb. Bakının qəsəbə və kəndlərinin avtomobil yolları müasir tələblər səviyyəsində yenidən qurulur. Bütün layihələr həyata keçirildikdən sonra yarımadada, Bakıda dairəvi hərəkət təmin olunmaqla yanaşı, paralel və perpendikulyar yol şəbəkəsində alternativ marşrut seçmək imkanı xeyli artacaq. Bu da əsas yolların hazırkı yükünü xeyli azaldacaq. Deməli, hərəkət daha təhlükəsiz və intensiv olacaq.
Təəssüf ki, bir çox sürücülər bunlardan - yeni yollardan, onların üstünlüklərindən xəbərsizdir. Bu səbəbdən də bəzi istiqamətlərdə - ənənəvi yollarda hərəkət sıx olsa da, rahatlığına görə əsas yollardan geri qalmayan yenilənmiş yollarda maşın seyrəkdir. Deməli, yeni yolları tanıtmağa, onlardan istifadənin daha sərfəli olduğunu təbliğ etməyə ehtiyac var.
Yəqin çox sürücünün xəbəri yoxdur ki, Sumqayıtdan sahil boyu yolla Coratdan, Novxanıdan, habelə Goradil, Fatmayı və Pirşağıdan keçən yol tamamilə yenidən qurulub, genişləndirilib, asfaltlanıb, bütün texniki elementlərlə, o cümlədən məlumatverici-göstərici nişanlarla təchiz olunub. Bu yol Pirşağıyadək çəkilmiş dairəvi magistral yola birləşir və keyfiyyətinə görə də ondan geri qalmır. Heydər Əliyev prospektindən aeroport istiqamətində gedən magistral iki istiqamətdə uzanır: düzünə Mərdəkana, sola Buzovnaya, Zuğulbaya, Bilgəhə getmək mümkündür və bunu hər kəs bilir. Magistral Pirşağıyadək uzansa da, dar və xarab olduğuna görə Zuğulbadan sonra yoldan əsasən Nardarana və Pirşağıya gedənlər istifadə edirdilər. İndi (yaydan bəri) tamamilə yenidən qurulmuş sahilboyu yol bu magistrala birləşdirilib. Hərəkətin uğurlu təşkili sayəsində Mərdəkandan Sumqayıta qədər qısa və keyfiyyətli yolla rahat maneəsiz gedib-gəlmək mümkündür. Üstəlik, ayrı-ayrılıqda Fatmayıdan və Novxanıdan Binəqədiyədək olan və bir neçə yaşayış məntəqəsini birləşdirən yollar da eyni üslub və keyfiyyətdə yenidən qurulub. Binəqədi şosesi yaxın günlərdə istifadəyə verildikdən sonra bu sahilboyu zolaqla paytaxta çıxış da xeyli rahatlaşacaq.
Qısası, şimal bölgəsindən, eləcə də Şamaxı yolu ilə Bakının adlarını sadaladığımız və onlara yaxın yaşayış məntəqələrinə gedənlər şəhərə girmədən, sıxlığa, tıxaca düşmədən bu yollarla mənzil başına daha tez və rahat çata bilərlər. Yaxud əksinə - eyni marşrutla respublika əhəmiyyətli yollara çıxmaq mümkündür.
Müşahidələr onu göstərir ki, yeni istifadəyə verilmiş, ancaq xəbərsizlikdən az istifadə olunan belə yollarımız çoxdur. Odur ki, KİV-in, xüsusilə televiziyaların əyani şəkildə bu yolları əhaliyə tanıtmasına, vizual sxemlərlə üstünlüklərinin izahına, bu sahədə maarifçilik işini genişləndirməsinə ehtiyac var.
Elxan ELDAROĞLU,
Bakı şəhər sakini
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Prezident İlham Əliyevin COP29 tədbiri ilə bağlı dəvət məktubları BMT-dəki daimi nümayəndələrə çatdı...
04 May
Təhlükəsizlik təmin olunacaqmı?
04 May
Ölkəmizdə ilk dəfə Milli Xalça Festivalı keçiriləcək
04 May
Gənc rəssamın rənglər dünyası
04 May
Ən çox alqışlanan "balaca əsgər"
04 May
"Su axar, çuxurunu tapar"
04 May
BP-dən Azərbaycanda kibertəhlükəsizlik üzrə mütəxəssislərin yetişdirilməsinə dəstək
04 May
Ekoloji problemlər bütün beynəlxalq tədbirlərin əsas mövzularından biri olur
04 May
Azərbaycanın güc strukturları müasir texnologiya əsasında istehsal edilən texnika, silah və döyüş su...
04 May
Azərbaycan Fransa zülmündən xilas olmaq istəyən xalqların himayədarıdır
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!