16 Oktyabr 2024 11:55
429
CƏMİYYƏT
A- A+
Yaşıl enerji sektoru həvəsli insanlar üçün cəlbedici karyera seçimidir - AÇIQLAMA

Yaşıl enerji sektoru həvəsli insanlar üçün cəlbedici karyera seçimidir - AÇIQLAMA

İqlim dəyişmələri bu gün dünyanı narahat edən ən mühüm qlobal problemlərdən biridir. Planetimizin üz-üzə qaldığı qlobal istiləşmənin qarşısı yalnız dünya dövlətlərinin həmrəyliyi nəticəsində alına bilər.

Bunu AZƏRTAC-a açıqlamasında COP29-un Təşkilat Komitəsinin üzvü, Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

Onun sözlərinə görə, 1997-ci ildə qəbul edilən beynəlxalq iqlim sazişi - Kyoto Protokolunda karbonun qiymətləndirilməsi üsulunun geniş tətbiqi təklif olunub. Hər ölkə özünün karbon istehsalı üzrə tənzimləməsini qurmalıdır. Paris Sazişinin 6-cı maddəsi ölkələrə karbon emissiyalarının azaldılması ilə bağlı ticarətin uçotunu aparmağa imkan verir, eləcə də etibarlı özəl sektor karbon bazarlarının yaradılmasını təşviq edir. Bu məsələ COP29 müzakirələrinin də mərkəzindədir. Bu bazarlar emissiyaların azaldılmasının maliyyələşdirilməsi və dayanıqlılıq, adaptasiya, təbiətin qorunmasına investisiyalar üçün istifadə edilə bilər. Bu sistem sənayeləri karbon emissiyasını azaltmağa vadar edir və təmiz iqtisadiyyata keçidi stimullaşdırır.

O qeyd edib ki, karbon emissiyasına məsul bizneslər öz mənfəətlərini ətraf mühit proqramlarının inkişafına və yaşıl enerjiyə keçid üçün fəaliyyətlərə sərf etsələr, dayanıqlı istehsala nail ola bilərlər: “Yaşıl enerjidən istifadə iqlim dəyişikliyini azaltmağa və qlobal istiləşməni məhdudlaşdırmağa kömək edir. Hazırda dünya dövlətləri Paris Sazişinin tələblərini yerinə yetirərək qlobal istiləşməni 1,5 dərəcəyədək məhdudlaşdırmaq üçün bütün səyləri səfərbər edirlər. Bu razılaşmanın öhdəliyini yerinə yetirməyin əsas yolu enerji istehsalında alternativ və bərpaolunan enerji resurslarından istifadə edərək, qazıntı yanacağı yandırmağı tədricən azaltmaq və yaşıl iqtisadiyyata keçməkdir. Yaşıl enerji sənayesinin inkişafı nəticəsində yeni iş yerləri yaranır”.

P.Vəliyeva 2050-ci ilə qədər Paris Sazişinin “net zero” (xalis sıfır) hədəflərə çatmağının nəticəsi olaraq, yaşıl enerjiyə keçid bazarı üzrə iş yerlərinin və mütəxəssislərin bu sahəyə axınının gözləndiyinə diqqət çəkib: “Təmiz enerjiyə ədalətli keçid və karbonsuzlaşdırma səyləri bütün dünyanın gündəmindədir. Bu günədək əksər ölkələr 2050-ci ilə qədər buna nail olmaq məqsədi ilə xalis sıfır emissiya öhdəliyi götürüblər. Təxmin edilir ki, bu məqsədə çatmaq 14 milyon yeni iş yerinin açılmasını tələb edir və eyni zamanda, təxminən 5 milyon işçini də qazıntı yanacağı sektorlarından uzaqlaşdıracaq. Təbii ki, bu iddialı hədəflərə çatmaq üçün müəssisələr daha hazırlıqlı və bacarıqlı şəxsləri işə götürməlidir”.

Artıq karbonsuz elektrik istehsalına keçid enerji sənayesinin yönünü dəyişdirir. Bu keçid nəinki dünyaya iqlim dəyişikliyi məqsədlərinə nail olmağa kömək edəcək, həm də enerji sənayesində yeni və dinamik iş bazarı və karyera imkanları yaradır və yaratmaqda davam edir. P.Vəliyeva bildirib ki, yaşıl enerjiyə keçid dünyada mövcud qlobal işsizlik böhranına da töhfə verəcək. Elə buna görə də COP29-un kçeiriləcək günlərdən biri - noyabrın 18-i İnsan Kapitalı Günü olaraq seçilib. Həmin gün bu mövzuda müxtəlif tədbirlərin keçirilməsi ilə insan resurslarına investisiyanın əhəmiyyəti diqqətə çatdırılacaq.

Onun sözlərinə görə, ölkəmizdə yaşıl iqtisadiyyata keçid üçün münbit şərait və imkanlar var. Belə ki, Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 QVt, dənizdə 157 QVt-dır. Bərpa olunan enerji mənbələrinin iqtisadi potensialı 27 QVt, o cümlədən külək enerjisi üzrə 3000 MVt, günəş enerjisi üzrə 23000 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Azərbaycanın bərpaolunan enerji istehsalı siyasətinin strateji əsasını Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən və 2021-ci ilin fevralında qəbul edilən “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri” təşkil edir. 5 Milli Prioritetdən biri olan Təmiz ətraf mühit və yaşıl artım ölkəsi prioriteti qarşıya yeni hədəflər qoyur. Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payının 2026-cı ilədək 24 faiz, 2030-cu ilədək isə 30 faizə çatdırılması “Azərbaycan Respublikasının 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası”nda nəzərdə tutulub. Bu da ölkəmizdə yaşıl gündəliyinin irəli aparılması və yeni karyera imkanlarına, iş yerlərinin açılmasına təkan verir.

“Ümumiyyətlə, COP29-un insan kapitalı gündəliyi həm ekoloji, həm də sosial-iqtisadi proseslərin bir-birini tamamlaması baxımından çox əhəmiyyətlidir. İnsan resurslarının düzgün idarə edilməsi, təşkilatların iqlim dəyişmələrinə uyğunlaşmasını təmin etməklə yanaşı, sosial ədaləti və bərabərliyi də qorumağa imkan yaradır. Bu, yalnız ekoloji məqsədlərə nail olmaq üçün deyil, həm də davamlı və dayanıqlı gələcək üçün çox vacibdir”, - deyə o əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifdən

12:58
29 May

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

12:31
29 May

Dövlət Məşğulluq Agentliyi əlilliyi olan 1500 nəfəri işlə təmin edib

12:08
29 May

Rusiyadan Ermənistana Azərbaycan üzərindən yeni tranzit yük göndərildi

11:53
29 May

Azərbaycan neftinin qiyməti 100 dollar olub

11:34
29 May

Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Litvaya səfər edib

11:17
29 May

Madridin məşhur “Cibeles” fəvvarəsi yenidən Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

11:09
29 May

Dəmiryol stansiyalarında sərhəd və gömrük nəzarətinin təşkili yoxlanılıb

10:47
29 May

Volqoqrad vilayətindəki kimya zavoduna dron hücumu: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

10:24
29 May

Rusiyaya məxsus PUA Rumıniyada yaşayış binasına çırpılıb, iki nəfər xəsarət alıb

10:09
29 May

ABŞ-nin İrana qarşı əməliyyat xərcləri 92,5 milyard dolları ötüb

09:58
29 May

Tramp Ukrayna Prezidentinin məktubunu cavabsız qoyub

09:41
29 May

Peru Respublikasının Prezidenti Xose Mariya Balkasar Seladadan

21:57
28 May

Dubayın “Bürc-Xəlifə” qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb

21:40
28 May

Cevdet Yılmaz: Azərbaycan və Türkiyənin qardaşlığı sülhə, sabitliyə və regionun gələcəyinə töhfə verir

20:33
28 May

Azərbaycan Ordusunda Qurban bayramı və Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub

20:28
28 May

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

19:56
28 May

ABŞ-ın müxtəlif ştat və şəhərləri 28 May Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıblar

19:24
28 May

Mer Muriyel Bauzer 28 mayı Vaşinqton şəhərində Azərbaycanın Müstəqillik Günü elan edib

19:23
28 May

Ukrayna XİN: Sadiq dostumuz və strateji tərəfdaşımız olan Azərbaycanı təbrik edirik

19:21
28 May

“Axios”: ABŞ və İran 60 günlük Anlaşma Memorandumu barədə razılığa gəliblər

19:19
28 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!