22 May 2025 10:12
2775
Səhiyyə
A- A+
Yaş artsa da...

Yaş artsa da...


Önəmli olan insanın ruhunun gözəlliyidir


İnsan ömrü doğumla başlayır və zamanla bir çox mərhələdən keçərək davam edir. Yaşlanmaq da bunlardan biridir. Bunu açıq deməsək, bəzən fərqinə varmasaq da istisnasız olaraq hamı qocalmaqdan qorxur. Yaşın artması yalnız fiziki dəyişiklik demək deyil, eyni zamanda insana zəngin təcrübə, həyat bilgisi verir və müdriklik bəxş edir.

Yaşlanmaq bioloji baxımdan qaçılmaz, lakin psixoloji və sosial cəhətdən idarə oluna bilən bir prosesdir. Qocalmaqdan qorxmaq əvəzinə, onu anlayışla, müdrikliklə və minnətdarlıqla qarşılamaq, onun sadəcə bir mərhələdən digərinə keçid olduğunu dərk etmək daha faydalıdır. Aktiv həyat tərzi, davamlı öyrənmə və sosial əlaqələrin qorunması yaşlanmanın mənfi təsirlərini azaldaraq daha uzun və keyfiyyətli ömür təmin edə bilər.

Yaşlanmaq qorxusu, əsasən, bir neçə səbəblə əlaqədardır. Bunun ilki sağlamlıqla bağlı narahatlıqlardır. İnsanlar yaşlandıqca sağlamlıq problemlərinin artacağından ehtiyat edirlər. Digər səbəb isə tənhalıq qorxusudur. Yaşlandıqca sosial çevrənin daralması və yaxınların itirilməsi insanları narahat edə bilər. Cəmiyyətdəki stereotiplər də önəmli faktordur. Belə ki, bəzən yaşlılıq fəaliyyətsizliklə eyniləşdirilir.

Bədəndəki dəyişikliklər, gücün azalması və bəzi imkanların məhdudlaşması insanı psixoloji baxımdan çətinliyə sala bilər. Mütəxəssislər bildirirlər ki, bu qorxular çox zaman real vəziyyətdən daha çox zehni çərçivələrlə bağlıdır. Bəs yaşlanma necə qəbul edilməlidir? İlk olaraq reallığı inkar etmək əvəzinə, bu dəyişiklikləri təbii bir proses kimi qəbul etmək və buna uyğun yaşamaq lazımdır. Bu, insanın daxili rahatlığını artırır. Özümüzə qarşı dürüst olmaq və bədənimizin bizə nə demək istədiyini dinləmək çox vacibdir. Yaşlandıqca görünüşümüz, enerjimiz və imkanlarımız dəyişə bilər. Ancaq özümüzə qarşı mərhəmətli və anlayışlı olmaq, hər yaşın öz gözəlliyini görmək həyat keyfiyyətini yüksəldə bilər. Keçmişə yox, bu günə və gələcəyə fokuslanmaq daxili gücü artırır.

Yaş artdıqca insanın həyatdan gözləntiləri dəyişir. Bu dövrdə daha çox mənəvi dəyərlərə, ailəyə, dostluğa və daxili sakitliyə önəm verilir. Gənclik enerjisindən çox, təcrübə, müdriklik və sabitlik ön plana çıxır. Bu isə yaşlılıq dövrünü zənginləşdirir. 

Sağlam həyat tərzi, düzgün qidalanma, idmanla məşğul olmaq, gəzinti, yeni hobbilər tapmaq, könüllü işlərdə iştirak etmək insanı həyatla daha möhkəm bağlayır, yaşlanma prosesini fiziki və emosional baxımdan ləngidir. Yaxınlarla münasibətləri qorumaq, sosial mühitdən təcrid olunmamaq psixoloji baxımdan olduqca mühümdür.

Mütəmadi fiziki fəaliyyət yaşlılıq dövründə əzələ kütləsinin və sümük sıxlığının qorunmasına kömək edir, ürək-damar xəstəliklərinin qarşısını alır, şəkər və təzyiq kimi xroniki xəstəliklərdən uzaqlaşdırır. Gündə 30 dəqiqə gəzinti, həftədə 2-3 dəfə yüngül gimnastika və ya yoqa, əzələ gücləndirici məşqlər etmək sağlamlıq üçün vacibdir.

Zehni sağlamlıq da fiziki sağlamlıq qədər vacibdir. Yaddaş, diqqət və öyrənmə qabiliyyəti zamanla zəifləyə bilər, lakin kitab oxumaq, dil öyrənmək, krossvord və məntiq tapmacaları həll etmək kimi beyin məşqləri bu prosesi ləngidir.  Altsheymer və demensiya kimi xəstəliklərin qarşısının alınmasında da zehni aktivliyin rolu sübut olunub. 

Yaş artdıqca orqanizmin qida ehtiyacları dəyişir. Daha az kalori, amma daha çox vitamin, lif və zülal ehtiyacı yaranır. Antioksidantlarla zəngin tərəvəz və meyvələrin, keyfiyyətli zülal mənbəyi olan balıq və toyuq ətinin,  sümük sağlamlığı üçün süd məhsullarının gündəlik rasiona daxil edilməsi vacibdir. Xüsusilə işlənməmiş qidaların istehlakı tövsiyə edilir. Çünki qida nə qədər çox işlənmişdirsə, bağırsaqlar tərəfindən bir o qədər tez sovrulur və qana bir o qədər tez qarışır. Yaşlandıqca susuzluq hissi azalır, odur ki, gündəlik 1.5-2 litr su içilməlidir.

Əslində, sağlam yaşlanmaq üçün tək bir formul yoxdur. Bu, fiziki, zehni, emosional və sosial baxımdan balanslı bir həyat tərzi qurmaqla mümkündür. Həyatı hər mərhələsində sevmək və dəyərləndirmək lazımdır. Unutmamalıyıq ki, yaş, sadəcə, bir rəqəmdir, önəmli olan ruhun yaşı, gözəlliyidir.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2026-cı ildə növbəti "Yüksəliş"müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər və "Yüksəliş" müsabiqəsinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

03:34
11 Dekabr

R.R.İsmayılovun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin edilməsi haqqında

03:33
11 Dekabr

Ş.M.Əliyevin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilməsi haqqında

03:33
11 Dekabr

“Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında

03:31
11 Dekabr

“Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxsin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

03:29
11 Dekabr

“Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın Vahid Forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 242 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

03:28
11 Dekabr

“Elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 

03:27
11 Dekabr

“Keyfiyyət informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

03:25
11 Dekabr

Çempionlar Liqası: Bakıda “Qarabağ” “Ayaks”a məğlub olub

23:50
10 Dekabr

Qərbi Azərbaycan İcması ilə İrəvan Qazılığı arasında görüş olub  

22:45
10 Dekabr

İsveçrənin yeni prezidenti seçilib  

22:18
10 Dekabr

Stokholmda Nobel mükafatlarının təntənəli təqdimetmə mərasimi keçirilib  

21:58
10 Dekabr

Kənan Quluzadə: İstanbul nümayəndəliyimizin əsas məqsədi Azərbaycanın turizmini Türkiyə vətəndaşlarına daha yaxından tanıtmaqdır  

21:30
10 Dekabr

UEFA Çempionlar Liqası: “Qarabağ” və “Ayaks”ın start heyətləri açıqlanıb  

20:43
10 Dekabr

Müdafiə Nazirliyinin hərbi mütəxəssisləri ilə NATO-nun nümayəndələri görüşüblər  

20:15
10 Dekabr

Çin civə termometrlərinin istehsalını qadağan edəcək  

20:07
10 Dekabr

Azərbaycan Prezidentinin Slovakiyaya səfəri beynəlxalq medianın diqqət mərkəzində olub 

19:53
10 Dekabr

Doğma yurda qayıdacaq keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

19:41
10 Dekabr

Milli Məclisin sədri Britaniya ticarət elçisi ilə parlamentlərarası əlaqələri müzakirə edib  

19:32
10 Dekabr

Əmək qanunvericiliyinə genişmiqyaslı dəyişikliklər birinci oxunuşda komitədə dəstəklənib  

19:29
10 Dekabr

ABŞ Konqresində Azərbaycana qarşı yardım məhdudiyyətlərinin ləğvi ilə bağlı qanun layihəsi təqdim edilib  

19:23
10 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!