18 Aprel 2025 16:39
697
DÜNYA
A- A+
Yaponiya Ukraynaya təqribən 3 milyard dollar kredit verəcək  

Yaponiya Ukraynaya təqribən 3 milyard dollar kredit verəcək  


Yaponiya Ukraynaya təxminən 3 milyard dollar kredit verəcək.

AZƏRTAC bu barədə Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidmətinə istinadla məlumat yayıb.

Notalar mübadiləsi formasında kredit Sazişini Ukraynanın maliyyə naziri Sergey Marçenko və Yaponiyanın bu ölkədəki səfiri Masaşi Nakaqome imzalayıblar.

Kreditə xidmət göstəriləcək və immobilizasiya edilmiş Rusiyanın suveren aktivlərindən gələcək gəlirlər hesabına ödəniləcək.

Maliyyələşdirmə 30 il müddətinə verilir. Toplanan vəsaitlər prioritet büdcə ehtiyaclarını dəstəkləmək, habelə Ukraynanın bərpası və inkişafına kömək etmək üçün istifadə olunacaq.

“Yaponiya bizim azadlıq və ləyaqət uğrunda mübarizəmiz zamanı Ukraynanın aparıcı tərəfdaşlarından birinə çevrilərək beynəlxalq həmrəyliyin parlaq nümunəsi olub”, -deyə Ukrayna Maliyyə Nazirliyinin rəhbəri bildirib.

Vəsaitlər təxminən 50 milyard dollar olan G7 ERA mexanizminin bir hissəsidir. ABŞ-dan 20 milyard, Aİ-dən 20 milyard, Böyük Britaniyadan 3 milyard, Kanadadan isə 3,7 milyard dollar alınması planlaşdırılır.

Nazir əlavə edib ki, son üç ildə Tokio artıq Kiyevə 8,5 milyard dollardan çox büdcə dəstəyi verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

14:53
16 Aprel

Kənd Təsərrüfatı Nazirliyi və Asiya İnkişaf Bankı arasında əməkdaşlıq genişləndirilir  

14:40
16 Aprel

Avarçəkmə üzrə “Prezident Kuboku” ilk dəfə Sərsəngdən başlayacaq

14:36
16 Aprel

Ukrayna ordusunun Rusiyanın Krasnodar vilayətinə dron hücumu nəticəsində azı 2 nəfər ölüb  

14:26
16 Aprel

“Prezident İlham Əliyevin sülh gündəliyi: yeni geosiyasi reallıqlar və perspektivlər” mövzusunda tədbir keçirilib

12:53
16 Aprel

İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturunun qurulması sürətlə davam edir

12:42
16 Aprel

İstanbulda Parlamentlərarası İttifaqının 152-ci Assambleyasının açılış mərasimi olub

12:40
16 Aprel

Azərbaycandan təbii qaz ixracı 6 faizdən çox artıb

12:37
16 Aprel

Sabaha olan hava proqnozu açıqlanıb

12:33
16 Aprel

Milli Məclisin sədri İstanbulda Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb

12:01
16 Aprel

Ötən gün 37 cinayətin açılması təmin olunub

11:41
16 Aprel

Azərbaycan nefti 113 dollara satılıb

11:36
16 Aprel

ABŞ Senatı İranla müharibənin dayandırılmasına dair qətnaməni qəbul etməyib 

11:29
16 Aprel

Hörmüz boğazının blokadası dünya iqtisadiyyatına təhdid yaradıb

11:21
16 Aprel

Şəhərsalma və Arxitektura Komitəsinin sədri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib 

11:16
16 Aprel

Çindən İrana mesaj: Hörmüz boğazından sərbəst və təhlükəsiz keçid təmin edilməlidir  

11:08
16 Aprel

Türkiyə ordusu BMT-nin Kiprdəki bufer zonasının genişləndirilməsinə imkan verməyib  

11:01
16 Aprel

Birinci rübdə ixrac edilən xam neft və neft məhsullarının həcmi 5 milyon tonu ötüb

10:58
16 Aprel

İran XİN: ABŞ-nin Hörmüz boğazını blokadaya alması atəşkəsin pozulmasına səbəb ola bilər  

10:50
16 Aprel

Dünyanın aparıcı dövlətlərinin mərkəzi bankları qızıl satışına başlayıblar

10:50
16 Aprel

Kahramanmaraşdakı liseydə silahlı hücumla bağlı terror aktı versiyası istisna edilib  

10:48
16 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!