20 May 2025 16:26
485
CƏMİYYƏT
A- A+
YAP sədrinin müavini ilə Çinin Azərbaycandakı səfiri arasında görüş keçirilib  

YAP sədrinin müavini ilə Çinin Azərbaycandakı səfiri arasında görüş keçirilib  


Mayın 20-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfiri Lu Mey arasında görüş keçirilib.

Partiyadan AZƏRTAC-a verilən məlumata görə, Tahir Budaqov Lu Meyi Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edib, onun ölkələrimiz arasındakı konstruktiv əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib.

Səfir Lu Mey Çinin etibarlı strateji tərəfdaşı olan Azərbaycanda fəaliyyət göstərməkdən məmnunluğunu ifadə edib.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının Baş katibi Si Cinpinin iki ölkə arasında əlaqələrin inkişafına böyük önəm verdikləri, dövlət başçılarının iradələri sayəsində hərtərəfli əməkdaşlığın dərinləşdirilməsi istiqamətində məqsədyönlü fəaliyyətin həyata keçirildiyi qeyd olunub. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin cari ilin aprel ayında Çinə dövlət səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalanması çoxşaxəli işbirliyinin inkişafına əlavə təkan verərək dövlətlərarası münasibətlərin yeni mərhələyə yüksəlməsini şərtləndirib.

Qeyd olunub ki, bir-birinin ərazi bütövlüyünə və suverenliyinə birmənalı dəstək verən Azərbaycan ilə Çin dost və tərəfdaş dövlətlər kimi beynəlxalq müstəvidə əməkdaşlığı xüsusi diqqət mərkəzində saxlayır. Vurğulanıb ki, Avrasiyada təhlükəsizliyin və qarşılıqlı faydalı işbirliyinin gücləndirilməsinin tərəfdarı kimi çıxış edən hər iki ölkə müxtəlif istiqamətlərdə, o cümlədən ticari-iqtisadi, nəqliyyat-logistika, mədəni, humanitar, yaşıl enerji və digər sahələrdə əlaqələri genişləndirməkdə maraqlıdır.

Görüşdə Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası (ÇKP) arasında fəal siyasi dialoq şəraitində sıx təmasların, o cümlədən qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edilib, bu xüsusda 2024-cü ilin noyabr ayında YAP nümayəndə heyətinin Çinə səfəri zamanı ÇKP ilə əməkdaşlıq memorandumunun imzalanmasının ölkələrarası münasibətlərin daha da möhkəmlənməsinə önəmli töhfə olduğu bildirilib. Memorandumdan irəli gələn vəzifələrin bu günədək uğurla yerinə yetirildiyi, partiyalar arasında qarşılıqlı hörmətə və etimada əsaslanan səmərəli işbirliyinin inamla davam etdirildiyi qeyd olunub.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Liviya Enerji və İqtisadiyyat Sammiti çərçivəsində xarici şirkətlərlə müqavilələr imzalanıb  

23:11
24 Yanvar

İraq Suriya ilə sərhəd boyunca beton divarın tikintisini yekunlaşdırır  

22:08
24 Yanvar

Laçının sağlamlıq keşikçiləri: doğma yurda qayıdışla başlayan məsuliyyətli xidmət  

20:00
24 Yanvar

Zelenski Əbu-Dabi danışıqlarını konstruktiv adlandırıb  

19:23
24 Yanvar

Misli Premyer Liqası: "Kəpəz" "Qarabağ"ı məğlub edib

18:56
24 Yanvar

“Həm evimiz var, həm işimiz” - Kəlbəcər sakininin qayıdış sevinci 

18:47
24 Yanvar

NATO Baş katibinin müavini: Azərbaycanla qarşılıqlı faydalı olan sahələrdə əməkdaşlığı davam etdirməyi planlaşdırırıq

18:09
24 Yanvar

Ötən il DOST mərkəzlərində 887 min vətəndaşa xidmət göstərilib  

17:57
24 Yanvar

Danimarkanın Baş naziri Trampın NATO-nun Əfqanıstan missiyası barədə sözlərini pisləyib  

17:32
24 Yanvar

Misli Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib

16:10
24 Yanvar

Ali Məhkəmə Plenumunun 2025-ci ilin yekunlarına həsr olunmuş iclası keçirilib

16:01
24 Yanvar

İraq İŞİD-dən olan əcnəbi məhbusları ölkələrinə təhvil verməyə başlayır

15:53
24 Yanvar

Braziliya Çin vətəndaşları üçün vizanı ləğv edir

15:39
24 Yanvar

Əbu-Dabidə Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə danışıqlar davam edir

14:52
24 Yanvar

Astanada Konstitusiya islahatları komissiyasının ilk iclası keçirilir

13:49
24 Yanvar

Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə arabir duman olacaq

13:09
24 Yanvar

Hərbi attaşe: Azərbaycan və Türkiyə şəhidləri cəsarət və fədakarlıq mücəssəməsidir

12:01
24 Yanvar

Baş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq edib: Yolların buz bağlama ehtimalı var!

10:56
24 Yanvar

Nazir: Zəngəzur dəhlizi Orta Dəhlizin buraxılış qabiliyyətini artıracaq

10:38
24 Yanvar

Kiyevə çoxkombinasiyalı hava hücumu edilib, ölən və xəsarət alanlar var

10:36
24 Yanvar

Tramp: Azərbaycanla strateji tərəfdaşlığımızı möhkəmləndirəcəyik

10:34
24 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!