28 Yanvar 2026 15:43
192
SİYASƏT
A- A+
YAP Sədrinin müavini: Fəal siyasi dialoq Azərbaycan-Vyetnam əməkdaşlığının genişlənməsini şərtləndirir  

YAP Sədrinin müavini: Fəal siyasi dialoq Azərbaycan-Vyetnam əməkdaşlığının genişlənməsini şərtləndirir  


Azərbaycanın Vyetnamdakı səfirliyinin təşkilatçılığı ilə Hanoyda "Strateji tərəfdaşlıq - siyasi partiyaların aparıcı rolu" mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Vyetnamın dövlət və hökumət rəsmiləri, diplomatik missiya təmsilçiləri, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri, Azərbaycanda təhsil almış vyetnamlı məzunlar, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycanın Vyetnamdakı səfiri Şövqi Mehdizadə iki ölkə arasında tarixi köklərə əsaslanan səmimi dostluq münasibətlərinin mövcud olduğunu diqqətə çatdırıb. O, 1959-cu ildə Vyetnam xalqının öndəri Ho Şi Minin Azərbaycana, 1983-cü ildə isə Ümummilli Lider Heydər Əliyevin SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi Vyetnama səfərlərinin xalqlarımız arasında münasibətlərin və ölkələrarası əməkdaşlıq əlaqələrinin qurulmasında müstəsna rol oynadığını deyib. Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın ötən ilin mayında Azərbaycana səfərini xatırladan səfir iki ölkə arasında münasibətlərin uğurla inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini deyib.

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun Vyetnam Kommunist Partiyasının (VKP) 14-cü qurultayının uğurla baş tutması münasibətilə təbriklərini çatdırıb.

Tahir Budaqov qeyd edib ki, müdrik dövlət xadimi Heydər Əliyev istər SSRİ dövründə, istərsə də Azərbaycanın müstəqilliyinin bərpasından sonra ölkəmizə rəhbərlik etdiyi zaman Vyetnam ilə münasibətlərin inkişafına böyük önəm verib. Onun sözlərinə görə, Heydər Əliyev siyasətini müasir çağırışlara uyğun zənginləşdirərək uğurla davam etdirən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Vyetnamla əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetirir. "İki ölkənin fəal siyasi dialoqu tərəflər arasında çoxşaxəli işbirliyinin genişlənməsini şərtləndirir. Bu gün etibarlı strateji tərəfdaşlar olan Azərbaycan ilə Vyetnam qlobal müstəvidə bir-birinin maraqlarının müdafiəsinə böyük əhəmiyyət verirlər”, - deyə T.Budaqov bildirib.

YAP Sədrinin müavini strateji tərəfdaşlıq münasibətlərinin irəliyə aparılması üçün ayrı-ayrı qurumların üzərinə mühüm vəzifələrin düşdüyünü, bu kontekstdə sıx əməkdaşlığın vacibliyini vurğulayıb, daimi təmasların istər ölkələr, istərsə də siyasi partiyalar arasında münasibətlərin inkişafına mühüm töhfələr verdiyini söyləyib.

Qarşılıqlı səfərlərin önəminə diqqəti cəlb edən YAP Sədrinin müavini Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasındakı əlaqələrin genişləndirilməsi istiqamətində ardıcıl fəaliyyətin həyata keçirildiyini deyib. "2023-cü ildə YAP ilə VKP arasında imzalanmış Əməkdaşlıq Sazişindən irəli gələn vəzifələrin icrası istər partiyalarımız, istərsə də ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyətə malikdir", - deyən Tahir Budaqov milli maraqlara əsaslanan birgə fəaliyyət nəticəsində yeni nailiyyətlərin əldə olunacağına əminliyini ifadə edib.

Vyetnam Milli Statistika İdarəsinin baş direktoru xanım Nquyen Thi Honq inkişaf yolunda əmin addımlarla irəliləyən hər iki ölkənin dostluq və tərəfdaşlıq münasibətlərini birgə səylərlə daha da gücləndirmək əzmində olduqlarını vurğulayıb. O, Azərbaycan ilə Vyetnamın müxtəlif sahələrdə işbirliyini genişləndirməsinin vacibliyinə toxunaraq statistika qurumları arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində görülən işlərdən bəhs edib.

Nquyen Thi Honq 2024-cü ilin dekabrında Bakıda imzalanan iki ölkə arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumundan irəli gələn sistemli fəaliyyətin həyata keçirildiyini söyləyib.

Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının sədri Danq Te Vin Azərbaycan-Vyetnam münasibətlərinin yüksələn xətt üzrə inkişafının məmnunluq doğurduğunu söyləyib. O, vaxtilə Azərbaycanda təhsil almış vyetnamlıların bir çoxunun Vyetnamın ictimai-siyasi həyatında fəal rol oynadıqlarını, iki xalq arasında əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfələr verdiklərini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İsveç hökuməti cinayət məsuliyyəti yaşını 13-ə endirir  

22:21
28 Yanvar

“Zəfər Akademiyası - İlham Əliyev Məktəbi” layihəsi uğurla yekunlaşıb  

22:15
28 Yanvar

VK: “Vəkil” sözündən və onun tərcüməsindən qanunsuz istifadə məsuliyyətə səbəb olur  

20:27
28 Yanvar

İspaniya miqrantların sadələşdirilmiş nizamnamə proqramını təsdiqləyib  

20:17
28 Yanvar

İsveç məktəblərində mobil telefonlara qadağa tətbiq olunacaq  

19:59
28 Yanvar

Azərbaycan və Türkiyənin Sülh Şurasında iştirakı iki dövlətin qlobal siyasətdəki rolunu daha da artıracaq - AÇIQLAMA  

19:42
28 Yanvar

Dünya Neft Şurası ilə əməkdaşlığın inkişafı müzakirə edilib  

19:37
28 Yanvar

Pərviz Şahbazov Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru ilə görüşüb  

19:27
28 Yanvar

Çexiyada 17 nəfər soyuqdan ölüb  

19:23
28 Yanvar

Azərbaycanlı azarkeşlər Liverpulda

19:21
28 Yanvar

Türk ekspert: Davos İlham Əliyevin diplomatik gücünü bir daha açıq şəkildə ortaya qoydu  

19:15
28 Yanvar

Tədqiqatçı-alim: Tarix boyu Xəzər dənizinin səviyyəsinin qalxma və enmə mərhələləri olub  

18:53
28 Yanvar

Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək SƏRƏNCAM  

18:47
28 Yanvar

Azərbaycanın və Gürcüstanın Daxili İşlər nazirlikləri arasında əməkdaşlığı nəzərdə tutan Saziş təsdiqlənib FƏRMAN  

18:39
28 Yanvar

Böyük Qayıdış prosesinin icrası Dövlət Komitəsinin kollegiya iclasında müzakirə olunub  

18:31
28 Yanvar

Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası olub  

18:27
28 Yanvar

Azərbaycanın investisiya imkanları Alanyada tanıdılıb  

18:23
28 Yanvar

Diplomat: Trans-Xəzər Qaz Boru Kəmərinin Türkmənistan ilə Azərbaycanın əməkdaşlığı nəticəsində reallaşacağına inanırıq  

18:19
28 Yanvar

Kreml Ukrayna Prezidentinin Moskvaya səfər edəcəyi halda təhlükəsizliyinin təmin olunmasına hazır olduğunu bildirib  

17:58
28 Yanvar

"AzerGold” cari ildə ilk ixrac əməliyyatını həyata keçirib  

17:53
28 Yanvar

Azərbaycan ilə Çin siyasi, iqtisadi və təhlükəsizlik əməkdaşlığını genişləndirir

17:47
28 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!