13 Mart 2026 15:01
101
SİYASƏT
A- A+
YAP Sədrinin müavini: Azərbaycanda şəhərsalma siyasəti davamlı sosial-iqtisadi inkişafa xidmət edir  

YAP Sədrinin müavini: Azərbaycanda şəhərsalma siyasəti davamlı sosial-iqtisadi inkişafa xidmət edir  


“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) birgə təşkilatçılığı ilə “Şəhərsalma və memarlıqda dövlətçilik prinsipləri” mövzusunda tədbir keçirilib.

Partiyadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunaraq önünə gül dəstələri düzülüb. Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

QSC-nin İdarə Heyətinin sədri Vüsal Aslanov çıxış edərək bildirib ki, müasir şəhərin inkişafı yalnız yeni binalarla ölçülmür. Şəhərin planlaşdırılması, nəqliyyat sistemi və insanların gündəlik həyatının təşkili də əsas göstəricilərdir. Bu baxımdan metropoliten sistemi və Bakı metrosu şəhərsalmanın vacib hissəsidir.

Bakı metrosunun inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna rolunun olduğunu vurğulayan V.Aslanov əlavə edib ki, Ulu Öndər paytaxtın inkişafını nəzərə alaraq metropolitenin genişləndirilməsini strateji məsələ kimi qiymətləndirirdi, Bakı Metropolitenini Azərbaycan xalqının milli sərvəti adlandırırdı. Bu strateji xətt hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Bakı Metropolitenində geniş modernləşmə işləri həyata keçirilir.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, müasir dünyada şəhərsalma siyasəti ölkələrin inkişaf strategiyasının önəmli komponentlərindən birini təşkil edir. Qlobal urbanizasiya, texnoloji tərəqqi və ekoloji çağırışlar bu sahədə yeni yanaşmaların formalaşmasını şərtləndirir. Azərbaycanda ənənə və müasirliyin vəhdətinə əsaslanan şəhərsalma siyasəti davamlı sosial-iqtisadi inkişafa xidmət edir.

O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev dövründə şəhərsalma siyasəti strateji prioritet kimi müəyyənləşdirilib, o cümlədən Bakı Metropoliteni şəbəkəsinin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Bu siyasət hazırda Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və paytaxtın modernləşməsinə töhfə verir.

Sonra “Bakı Metropoliteni” QSC-nin mütəxəssisi, Vətən müharibəsi qəhrəmanı şəhid polkovnik-leytenant Əfqan Abdurahmanovun qızı Hilalə Əfqan və “Bakı Metropoliteni” QSC-nin qatar maşinisti, Vətən müharibəsi iştirakçısı Səlim Rüstəmov çıxış ediblər. YAP-ın üzvü olduqları üçün qürur duyduqlarını bildirən çıxışçılar Partiyanın fəaliyyətinin ölkənin inkişafına və dövlətçiliyin möhkəmlənməsinə xidmət etdiyini vurğulayıblar. Çıxışlarda, həmçinin Vətən müharibəsində qazanılan Qələbənin xalqımız üçün böyük qürur mənbəyi olduğu qeyd olunub, gənclərin bundan sonra da müxtəlif sahələrdə ölkənin inkişafına töhfə verməsinin vacibliyi bildirilib.

Sonra YAP sıralarına yeni qəbul olunan bir qrup şəxsə üzvlük vəsiqələri təqdim olunub.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Sonda xatirə şəkli çəkdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda ilk dəfə Avropa Kanoe Assosiasiyasının ofisi açılıb

17:04
13 Mart

Pit Heqset: İranın daxilində 15 mindən çox hədəfə zərbə endirilib

16:57
13 Mart

Bakı Forumu çərçivəsində panel iclas: “Afrika bu gün və sabah” YENİLƏNİB 

16:56
13 Mart

Belçika şirkəti Azərbaycanın külək enerjisi potensialını dəyərləndirir  

16:45
13 Mart

İlk dəfə olaraq kosmosda asteroidin istiqamətini dəyişmək mümkün olub

16:33
13 Mart

Azərbaycan Müdafiə Nazirliyi: Qardaş Türkiyənin ərazisinə qarşı növbəti raket buraxılışını qətiyyətlə pisləyirik  

16:32
13 Mart

Azərbaycanla BMT-nin Məskunlaşma Proqramı arasında əməkdaşlıq genişlənir  

16:31
13 Mart

ECOLEAD layihəsi çərçivəsində 200-dən çox ağac əkilib

16:31
13 Mart

Ahmedou Ould-Abdallah: Afrika qlobal iqtisadiyyatda cəmi 2 faiz paya malikdir  

16:28
13 Mart

İqtisadiyyat naziri UNCTAD baş katibi ilə beynəlxalq ticarət əlaqələrinin mövcud vəziyyətini dəyərləndirib  

16:19
13 Mart

Maltanın sabiq Baş naziri: Afrika daxili imkanlar baxımından böyük potensiala malikdir  

16:12
13 Mart

Cenevrədə Hindistanda siqh icmasına və digər etnik qruplara qarşı repressiyalara dair konfrans təşkil olunub  

16:03
13 Mart

Bakı Forumu çərçivəsində Orta Dəhliz və Avrasiya bağlantısı ətrafında müzakirələr aparılıb YENİLƏNİB 

16:01
13 Mart

Süni intellekt proqramlarından istifadə yolu ilə qadınları şantaj edən şəxs saxlanılıb  

15:58
13 Mart

Eka Tkeşelaşvili: Azərbaycan regionun inteqrasiyasında əsas aktor kimi iştirak edir

15:57
13 Mart

Azərbaycanda orta illik inflyasiya açıqlanıb

15:53
13 Mart

İrandan Azərbaycana daha 15 nəfər təxliyə olunub  

15:49
13 Mart

Omana PUA hücumu olub, 2 nəfər ölüb  

15:43
13 Mart

Bakı Forumu çərçivəsində panel iclas: “Afrika bu gün və sabah”  

15:41
13 Mart

Fövqəladə hallar naziri Qəbələdə vətəndaşların müraciətlərini dinləyib  

15:39
13 Mart

Sabah hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə duman müşahidə ediləcək  

15:38
13 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!