13 Mart 2026 16:56
134
SİYASƏT
A- A+
Bakı Forumu çərçivəsində panel iclas: “Afrika bu gün və sabah” YENİLƏNİB 

Bakı Forumu çərçivəsində panel iclas: “Afrika bu gün və sabah” YENİLƏNİB 


XIII Qlobal Bakı Forumu çərçivəsində “Afrika bu gün və sabah” mövzusunda panel müzakirələri təşkil edilib.

AZƏRTAC xəbər verir ki, iclasa Dünya Bankının Şərqi və Cənubi Afrika üzrə keçmiş regional vitse-prezidenti Hafez Ghanem moderatorluq edib.

Çıxış edən Belçikanın keçmiş Baş naziri Şarl Mişel Afrikanın Avropa İttifaqı üçün strateji tərəfdaş olduğunu deyib. Onun sözlərinə görə, bu çərçivədə illər öncə Avropa və Afrika ölkələri arasında münasibətləri gücləndirmək, Afrikanın iqtisadi potensialını inkişaf etdirmək və qitələrarası inteqrasiyanı artırmaq üçün müxtəlif görüşlər keçirilib. Bu münasibətlərin əsas prinsipi bərabərhüquqlu əməkdaşlıq və tərəflər arasında balansın qorunmasıdır. Bununla belə, qlobal silahlı münaqişələrin və silahlanmanın biznes modelinə çevrildiyi bir dövrdə bu əməkdaşlığın daha da inkişaf etdirilməsinə ehtiyac var.

Maltanın sabiq Baş naziri Cozef Muskatın fikrincə, Afrikada uğur qazanmaq üçün tədbirlərin görülməsinin ən münasib yolunu göstərmək lazımdır. O bildirib ki, Afrika üçün ən böyük imkanlar elə qitənin özündədir. Afrika daxili imkanlar baxımından böyük potensiala malikdir. Burada əsas məsələ kimisə razı salmaq və ya hansısa dövlətlərin gündəliyinə uyğun hərəkət etmək deyil, mövcud imkanlardan istifadə etməkdir.

Miqrasiya, Daxili İşlər və Vətəndaşlıq üzrə keçmiş Avropa Komissarı Dimitris Avramopulos çıxışında vurğulayıb ki, 2026-cı ildə Afrika artıq qlobal proseslərin kənarında qalan deyil, proseslərin mərkəzində dayanan mühüm bir iştirakçıdır. Afrika bərabərhüquqlu və hörmətə əsaslanan tərəfdaş kimi yanaşılmasını tələb edir. Biz bu regionla güclü və hərtərəfli əlaqələr qurmalıyıq. Xüsusilə nəzərə almalıyıq ki, Çin və digər qlobal güclər artıq onlarla əməkdaşlıq edir.

2003-2007-ci illərdə Qərbi Afrika üzrə BMT Baş katibinin xüsusi nümayəndəsi, 2007-2010-cu illərdə BMT-nin Somali üzrə xüsusi elçisi Ahmedou Ould-Abdallah bildirib ki, Afrika Yer kürəsinin quru ərazisinin təxminən 20 faizini təşkil edir. Bu da təxminən 30,5 milyon kvadratkilometr deməkdir. Afrikanın əhalisi təxminən 1,3 milyard nəfərdir və bu göstərici ilə qitə Asiyadan sonra dünyada ikinci yerdədir. Bu, dünya əhalisinin təxminən 17,2 faizinə bərabərdir. Afrika həm də ən az inkişaf etmiş ölkələrin böyük hissəsini özündə birləşdirir. Dünyada mövcud olan 48 ən az inkişaf etmiş ölkədən 34-ü məhz Afrikada yerləşir.

“Liberal İnternasional”ın prezidenti və COP22-nin yüksək səviyyəli iqlim çempionu Hakima El-Haite çıxışında Afrikaya fərqli perspektivdən baxdığını bildirib. O vurğulayıb ki, Afrikada demokratiya və regional tərəfdaşlıqların inkişafı vacibdir. Qitədə mineral ehtiyatların və texnologiyanın düzgün istifadə olunması, bərpaolunan enerji sahəsində əməkdaşlıq və iqlim dəyişikliyinə qarşı atılan addımlar Afrika üçün böyük imkanlar yaradır.

Panel iclas işini mövzu ətrafında müzakirələrlə davam etdirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda ilk dəfə Avropa Kanoe Assosiasiyasının ofisi açılıb

17:04
13 Mart

Pit Heqset: İranın daxilində 15 mindən çox hədəfə zərbə endirilib

16:57
13 Mart

Bakı Forumu çərçivəsində panel iclas: “Afrika bu gün və sabah” YENİLƏNİB 

16:56
13 Mart

Belçika şirkəti Azərbaycanın külək enerjisi potensialını dəyərləndirir  

16:45
13 Mart

İlk dəfə olaraq kosmosda asteroidin istiqamətini dəyişmək mümkün olub

16:33
13 Mart

Azərbaycan Müdafiə Nazirliyi: Qardaş Türkiyənin ərazisinə qarşı növbəti raket buraxılışını qətiyyətlə pisləyirik  

16:32
13 Mart

Azərbaycanla BMT-nin Məskunlaşma Proqramı arasında əməkdaşlıq genişlənir  

16:31
13 Mart

ECOLEAD layihəsi çərçivəsində 200-dən çox ağac əkilib

16:31
13 Mart

Ahmedou Ould-Abdallah: Afrika qlobal iqtisadiyyatda cəmi 2 faiz paya malikdir  

16:28
13 Mart

İqtisadiyyat naziri UNCTAD baş katibi ilə beynəlxalq ticarət əlaqələrinin mövcud vəziyyətini dəyərləndirib  

16:19
13 Mart

Maltanın sabiq Baş naziri: Afrika daxili imkanlar baxımından böyük potensiala malikdir  

16:12
13 Mart

Cenevrədə Hindistanda siqh icmasına və digər etnik qruplara qarşı repressiyalara dair konfrans təşkil olunub  

16:03
13 Mart

Bakı Forumu çərçivəsində Orta Dəhliz və Avrasiya bağlantısı ətrafında müzakirələr aparılıb YENİLƏNİB 

16:01
13 Mart

Süni intellekt proqramlarından istifadə yolu ilə qadınları şantaj edən şəxs saxlanılıb  

15:58
13 Mart

Eka Tkeşelaşvili: Azərbaycan regionun inteqrasiyasında əsas aktor kimi iştirak edir

15:57
13 Mart

Azərbaycanda orta illik inflyasiya açıqlanıb

15:53
13 Mart

İrandan Azərbaycana daha 15 nəfər təxliyə olunub  

15:49
13 Mart

Omana PUA hücumu olub, 2 nəfər ölüb  

15:43
13 Mart

Bakı Forumu çərçivəsində panel iclas: “Afrika bu gün və sabah”  

15:41
13 Mart

Fövqəladə hallar naziri Qəbələdə vətəndaşların müraciətlərini dinləyib  

15:39
13 Mart

Sabah hava əsasən yağmursuz olacaq, bəzi yerlərdə duman müşahidə ediləcək  

15:38
13 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!