06 May 2026 11:16
295
CƏMİYYƏT
A- A+
WUF13 proqramı ictimaiyyətə təqdim olunub 

WUF13 proqramı ictimaiyyətə təqdim olunub 

Mayın 17–22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) əsas tədbirlərini əhatə edən proqram artıq ictimaiyyətə təqdim edilib. Sözügedən proqram dünyanın ən aktual çağırışlarından biri olan mənzil təminatı məsələsini müzakirə etmək üçün müxtəlif maraqlı tərəflərin və həmfikir qrupların nümayəndələrini WUF13 çərçivəsində bir araya gətirir.

AZƏRTAC xəbər verir ki, “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dayanıqlı şəhər inkişafı ilə bağlı həllər ətrafında fikir mübadiləsi, siyasi yanaşmaların formalaşdırılması və fəaliyyətlərin sürətləndirilməsi üçün müxtəlif dünya ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları bir arada toplayacaq.

Proqram praktik və həllyönümlü platformalar, eləcə də interaktiv görüş formatları vasitəsilə yüksəksəviyyəli müzakirələr aparılmasına imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə söykənməsini təmin edir.

Hər bir kateqoriya haqqında daha ətraflı məlumat əldə etmək və WUF13 tədbirinin tam proqramı ilə tanış olmaq üçün bu linkə keçid edə bilərsiniz.


Dialoqlar: qlobal mənzil gündəliyinin formalaşdırılması

Qlobal müzakirələrin istiqamətini müəyyən edən yüksəksəviyyəli dialoqlar WUF13 proqramının əsasını təşkil edir. Bu dialoqlar çərçivəsində mənzil təminatının inklüzivlik, davamlılıq və şəhər sistemləri ilə əlaqəsi araşdırılacaq. Bununla yanaşı, dialoqların hər biri mənzil təminatının bir mühüm aspektini müzakirəyə çıxaracaq:

• Qlobal mənzil böhranı: Çıxış yolu nədir?;

• Qeyri-rəsmi yaşayış məntəqələri və gecəqonduların transformasiyası;

• Böhran sonrası şəhərlərin bərpası və yenidən qurulmasında mənzil təminatı;

• İqlim və mənzil siyasəti arasındakı əlaqə;

• Mənzil təminatının sosial və iqtisadi təsiri;

• Mənzil təminatının maliyyələşdirilməsi üzrə yeni yanaşmalar.

Bu müzakirələrin məqsədi qlobal problemləri praktiki həll variantları və müştərək öhdəliklərlə əlaqələndirməkdir.

Xüsusi sessiyalar: Mühüm əhəmiyyət kəsb edən şəhərsalma məsələlərinin ətraflı müzakirəsi

Xüsusi sessiyalar çərçivəsində iqlimə uyğunlaşma, mənzil təminatı, qeyri-rəsmi yaşayış əraziləri, şəhərlərin yenilənməsi, rəqəmsallaşma, maliyyələşdirmə mexanizmləri və inklüziv şəhər inkişafı kimi mövzular diqqət mərkəzindədir.

Bu sessiyalar daha spesifik müzakirələr üçün platforma yaratmaqla müxtəlif regionların təcrübə, tərəfdaşlıq əlaqələri və innovativ yanaşmalarını nümayiş etdirir.

• Mənzil təminatı qlobal koalisiyaların diqqət mərkəzində;

• WUF13 ev sahibi ölkənin xüsusi sessiyası;

• Sağlam evlərin nəbzi;

• Afrikada əlçatan mənzil təminatı (investorlar üçün kompakt sövdələşmə otağı formatında xüsusi sessiya);

• Şəhərlər oyun məkanı kimi;

• Mədəni irs və inklüziv urbanistik regenerasiya - Yeni baxış;

• Tullantıların idarəedilməsindən dairəvi iqtisadiyyata doğru;

• “Təmas xətlərindən” hekayələr: Şəhər iqlim irsinin inkişafı;

• Kiçik inkişaf etməkdə olan ada dövlətlərində inklüziv urbanistik davamlılıq, “mavi” iqtisadiyyat və dayanıqlı turizm;

• WUF13 xüsusi yekun sessiyası.


Assambleyalar: Kollektiv səslərin gücü

Assambleyalar müxtəlif həmfikir qrupların bir araya gəlməsi və öz rolları barədə fikir bildirməsi, eləcə də qlobal şəhərsalma gündəliyi çərçivəsində ortaq prioritetləri ifadə etməsi üçün xüsusi platformalar yaradır. Assambleyalar əsas şəhərsalma məsələləri ətrafında fikir mübadiləsi aparmaq üçün yerli və regional hökumətlərin, yerli səviyyədə fəaliyyət göstərən və icma əsaslı təşkilatların, habelə qadınlar, gənclər, biznes dairələri və sənaye sahələrinin təmsilçilərini, o cümlədən parlament nümayəndələrini bir araya gətirəcək.

Bu qruplar arasında dialoqu təşviq etməklə, assambleyalar müxtəlif rəylərin tədbirin nəticələrində əks olunmasına töhfə verəcək və dayanıqlı şəhər inkişafı üzrə kollektiv təşviqatı gücləndirəcək.


Dəyirmi masalar: Dialoqdan fəaliyyətə keçid

Forumda, həmçinin dəyirmi masalar - tərəfdaş və həmkarları əsas şəhərsalma məsələləri ilə bağlı fikir mübadiləsi aparmaq üçün bir araya gətirən fəaliyyətyönümlü sessiyalar təşkil olunacaq. Bu müzakirələr ortaq mövqelərin müəyyənləşdirilməsi və formalaşan yeni çağırışlar ilə mübarizə aparmaq məqsədi ilə mümkün variantların araşdırılması üçün platforma funksiyasını yerinə yetirməklə yanaşı, inklüzivliyin və bərabər səviyyədə qarşılıqlı öyrənmənin dəyərini nümayiş etdirən layihə, təşəbbüs və elmi tədqiqat fəaliyyətlərini təqdim edəcək.

Dəyirmi masalar konkret həmfikir qrup və ya tematik sahəyə həsr olunan 12 sessiyadan ibarətdir:

• Vahid BMT;

• Yerli və regional hökumətlər;

• Biznes təşkilatları;

• Qadınlar;

• Əlilliyi olan şəxslər;

• Parlament nümayəndələri;

• Akademik dairələr;

• Uşaqlar və gənclər;

• Peşəkarlar;

• Yerli səviyyədə fəaliyyət göstərən və vətəndaş cəmiyyəti təşkilatları;

• Yerli xalqların hüquqları;

• Yaşlı şəxslərin hüquqları.

WUF13-ün tam proqramı ilə tanış olun və qlobal mənzil təminatı mövzusunun təşviqinə töhfə vermək üçün tədbirdə iştirak edin.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İnsan təbiətə qarşı müharibə apararsa, dayanıqlı şəhərlərdən danışmaq mümkün olmaz - panel iclas  

21:39
17 May

Serbiya Prezidenti: WUF13 Prezident İlham Əliyevin ideya və həll yollarını dinləmək üçün yaxşı imkandır 

21:12
17 May

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana səfərə gəlib

20:49
17 May

Aleksandar Vuçiç: Azərbaycan şirkətlərinin Serbiya bazarında fəaliyyəti gələcək iqtisadi tərəfdaşlıq üçün mühüm imkanlar yaradır  

20:48
17 May

İnsan olmadan şəhər olmaz: WUF13-də icma və QHT-lərin səsi

20:47
17 May

Slovakiyalı nazir: Şəhərlərin keyfiyyətli su ilə təmin olunmasına dair təcrübəmizi bölüşməyi prioritet müəyyən etmişik 

20:46
17 May

Bosniya və Herseqovinanın Nazirlər Şurasının sədr müavini Azərbaycana səfərə gəlib

20:45
17 May

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana səfərə gəlib

20:44
17 May

Birləşmiş Ərəb Əmirlikləri PUA hücumlarına məruz qalıb

20:43
17 May

WUF13 çərçivəsində İcma birliklərinin və vətəndaş cəmiyyəti təşkilatlarının Assambleyasının yekun iclası olub - YENİLƏNİB

20:43
17 May

Yeni Şəhər Gündəliyi üzrə Nazirlər Görüşünün yekun seqmenti keçirilib  

20:40
17 May

Prezident İlham Əliyev Bolqarıstan Prezidenti ilə görüşüb

19:07
17 May

Azərbaycan şirkətlərinin Serbiyaya biznes missiyası təşkil olunacaq

19:06
17 May

WUF13 çərçivəsində Biznes Assambleyasının sessiyası keçirilib - YENİLƏNİB  

19:04
17 May

Prezident İlham Əliyev Serbiya Prezidenti ilə görüşüb YENİLƏNİB

19:02
17 May

Braziliya səfiri: Azərbaycanın təcrübələrini öyrənəcəyik 

18:48
17 May

Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Azərbaycana səfərə gəlib

18:29
17 May

Serbiya Prezidenti: Azərbaycanla ticarət dövriyyəmiz bugünkü səviyyədən beş dəfə çox olmalıdır

18:13
17 May

"Ekoloji cəhətdən dayanıqlı və davamlı şəhər inkişafı üçün mənzil" mövzusunda panel iclas keçirilir  

18:09
17 May

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur nazirini qəbul edib YENİLƏNİB 

18:01
17 May

Aleksandar Vuçiç: Serbiya Azərbaycanı həqiqi dost ölkə hesab edir

17:58
17 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!