18 Aprel 2024 14:54
123
DÜNYA
A- A+

“WhatsApp”da yeniliklər

“WhatsApp” tərtibatçıları sosial şəbəkədə yeni funksiyanın istifadəyə verildiyini bildiriblər. Söhbət çatlar üçün nəzərdə tutulmuş filtrlərdən gedir. Bu filtrlər lazımi mesajların sürətli tapılmasına istiqamətlənib. Beləliklə, platformadakı çatlar üçün 3 filtr əlavə edilib. “All” adlı birinci filtr bütün çatları əks etdirir. “Unread” filtri istifadəçi tərəfindən oxunmamış çatları əks etdirir. Üçüncü filtr isə “Groups” adlanır və o, qrup çatlarını əks etdirir. Yeni funksiya “WhatsApp” istifadəçiləri arasında tədricən istifadəyə verilir.
Digər bir yenilik isə “WhatsApp Web”lə bağlıdır. Belə ki, “WhatsApp Web”in beta versiyası yeni interfeysi əldə edib. Təqdim edilən fotodan da görmək olar ki, patforma tərtibatçıları bu dəfə diqqətlərini yan panelə ayırıblar. Belə ki, yeni interfeys çərçivəsində messencerin bütün funksionallığı yan paneldə yığılıb. Bu isə oz növbəsində sosial şəbəkənin imkanları arasında sürətli və rahat keçidi təmin edir. “WhatsApp Web”in yeni interfeysinin bütün istifadəçilər üçün nə zaman istifadəyə veriləcəyi isə hələlik bilinmir.

Ülkər XASPOLADOVA,
“Azərbaycan”


 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video