11 May 2025 09:35
1070
Mədəniyyət
A- A+
Vüqarlı, əzəmətli dağlar

Vüqarlı, əzəmətli dağlar


Dünyada elə bir şair varmı ki, dağlara şeir yazmasın, onun vüqarını, əzəmətini vəsf etməsin, qələminin, sözünün, düşüncəsinin gücünü bu mövzuda sınaqdan keçirməsin?! 

Elə bir bəstəkar varmı ki, dağların gözəlliyini nəzmə çəkən misraları oxuyanda qəlbi coşmasın və həmin coşqunu nəğməyə çevirməsin?! Elə bir müğənni varmı ki, bu nəğməni şövqlə, böyük sevgi və məhəbbətlə oxumasın?! Təbii ki, nə belə şair, nə belə bəstəkar, nə də belə müğənni var. Çünki yaradıcı insanlar gözəllik aşiqidirlər, gözəlliyin heyranı, bənzərsizliyin vurğunudurlar. Elə şeirlər də, mahnılar da bu vurğunluqdan,  heyranlıqdan yaranır. Sözlər, nəğmələr  ürəkləri cuşa gətirən aşiqlikdən doğur. 

Yaşıllığa bürünmüş dağlara şeir yazmaq, onların gözəlliyini nəzmə çəkmək, sözün sığal-tumarına yatırtmaq sanki şairlərin yaradıcılıq zirvəsidir. Onlar ömrü boyu bu əlçatmaz zirvəyə qalxmağa can atırlar. Həm dağın, həm də yaradıcılıqlarının zirvəsinə çatmağa çalışırlar. Məqsədlərinə yetmək üçün şairlər sözlərlə mehribancasına pıçıldaşır, fikirlərlə danışırlar. İsti, ilıq pıçıltılardan, fikirlərdən güc alaraq bulaq kimi qaynayıb, sellər kimi daşırlar. Sanki yorulmaq bilmədən bir-biri ilə yarışırlar.  

Dağlara ülfət bağlayıb şeir yazanlar, ona mehr salıb vəsf edənlər elə dağlar kimi vüqarlı, düz ilqarlı olurlar. Ucadan-uca, qocadan-qoca dağlardan yazdıqca ondan güc alırlar. Dağların bənzərsiz əzəmətindən ilhama gəlib yazdıqca yazırlar. Beyinlərində dolaşan işıqlı fikirləri, isti düşüncələri ilə yeni-yeni əsərlərin bünövrəsini qazırlar.

Başı dumanlı, zirvəsi qarlı dağlardan necə yazmayasan, onları necə nəzmə çəkməyəsən?! Bu gözəllik qarşısında necə fikrə gedib düşünməyəsən, necə səcdə etməyəsən?! Adları eyni olsa da, özləri fərqlidir, bənzərsiz, qənirsizdir dağlar. Biri o birindən uca, biri o birindən bir az qocadır. Birinin zirvəsi o birindən dikdir, amma sinəsi genişdir, biri o birindən xeyli enişdir. Amma hamısı həmişə yaşıllığa bürünür, daim zirvələrində duman sürünür. Bax, bu gözəllikləri necə nəzmə çəkməyəsən, sözləri toxum kimi ağ vərəqlər üzərinə necə səpməyəsən?!      

Zaman-zaman insanların əlləri hər yerdən üzüləndə, ümidləri tükənəndə yaşamaq, daldalanmaq, qorunmaq üçün dağlara üz tutub, onlara pənah aparıblar. Dağları özlərinə arxa biliblər, onlara sığınıb, onlara güvənib, həyatlarını onlara etibar ediblər. Ucadan-uca olan dağlara sığınanda dərdlərini unudublar, həyatın güvənliyini dadıblar. Hərdən də ağrı-acılarını, həyatda gördükləri ədalətsizlikləri, narazılıqları, qarşılaşdıqları haqsızlıqları dağlara söyləyib, onlara şikayətlənib, dərd-sərlərini onlarla bölüşüblər. Ümidlə dağlardan kömək gözləyiblər. Dağlar da nə qədər zirvəsi qarlı, şaxtalı olsa da, heç vaxt insanlardan soyumayıb sanki.       

Vəsfinə qoşulan şeirlərdən, nəğmələrdən dağlar neçə illərdir insanlarla dostluq, qardaşlıq edir. Qoynundakı bulaqların suyunu insanlarla bölüşür, çiçəkləri ilə insana dərd-səri unutdurur. Gəlin biz də başı buludlara söykənən, Ayla, ulduzlarla salamlaşan, pıçıldaşan dağlara şeirlər yazaq, mahnılar bəstələyək ki, onlar kimi hər zaman qüdrətli, qürurlu, vüqarlı, əzəmətli və bir də ədalətli olaq. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident Ərdoğan: İranın qardaş ölkələrimizi hədəf almasını dəstəkləmirik  

22:48
09 Mart

Misli Premyer Liqası: "Neftçi" "Turan Tovuz"a məğlub olub

22:47
09 Mart

Komitə sədri: Qadın və qızların hüquqları insan hüquqları və fundamental azadlıqların ayrılmaz hissəsidir  

22:47
09 Mart

Qətər Silahlı Qüvvələri İranın 17 raket və 6 pilotsuz uçuş aparatını ələ keçirib

22:45
09 Mart

Bahar Muradova: TDT-yə üzv ölkələr əsas insan hüquqlarına sadiq olduqlarını bir daha təsdiqləyirlər  

22:36
09 Mart

Putin neftin qiymətləri və Hörmüz boğazındakı risklər barədə danışıb

22:34
09 Mart

BƏƏ-də helikopterin qəzaya uğraması nəticəsində ölənlər var

22:21
09 Mart

Ukrayna-Rusiya-ABŞ üçtərəfli görüşü növbəti dəfə təxirə salınıb

22:19
09 Mart

Qafqaz Müsəlmanları İdarəsinin sədri Vatikan Apostol Kitabxanası ilə tanış olub

22:16
09 Mart

JIVA-nın “Avroviziya 2026” üçün “Just Go” mahnısı təqdim olunub 

22:01
09 Mart

İran səfiri Türkiyə XİN-ə çağırılıb

21:53
09 Mart

Dünya bazarında neft 25 faiz bahalaşdı - "Böyük yeddilik" təcili toplanır

21:37
09 Mart

Naxçıvana səfər edən sərnişin: Muxtar respublikaya hava yolu Prezidentimizin sayəsində açıldı

21:08
09 Mart

Misli Premyer Liqası: "Kəpəz" "Zirə"dən xal alıb

20:59
09 Mart

“JP Morgan”: ABŞ və İsrail Xarq adasını ələ keçirsə, neft böhranı dərinləşəcək

20:56
09 Mart

Bakı-Naxçıvan aviareysinin sərnişini: Prezidentimizə Naxçıvana göstərdiyi diqqət və qayğıya görə sonsuz minnətdarıq

20:33
09 Mart

Prezident Ərdoğan: Qardaş ölkələrlə, xüsusən də Azərbaycanla həmrəyik  

20:25
09 Mart

Nazirlərdən ortaq mesaj: Qonşu ölkələrin suverenliyinə yönəlmiş hücumlar qəbuledilməzdir  

20:07
09 Mart

Bakı-Naxçıvan aviareysi üzrə təyyarə Naxçıvan Beynəlxalq Hava Limanına eniş edib 

19:53
09 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:50
09 Mart

Meksikanın İrandakı səfiri təxliyə olunub 

19:43
09 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!