05 Oktyabr 2026 16:13
71
SİYASƏT
A- A+
VIII Qurultayın siyasi mesajları  

VIII Qurultayın siyasi mesajları  


Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayında çıxışı ölkəmizin keçdiyi tarixi yolun, əldə olunan zəfərin və qarşıda duran vəzifələrin geniş siyasi mənzərəsini ortaya qoydu. Azərbaycan artıq yeni bir mərhələyə qədəm qoyub. Ərazi bütövlüyünün və suverenliyin tam bərpası ilə ölkəmizin qarşısında yeni siyasi, iqtisadi və geosiyasi imkanlar açılıb. İndi əsas məsələ əldə edilmiş nailiyyətləri qorumaq, Azərbaycanın gücünü daha da artırmaq və yeni reallıqlardan milli inkişaf naminə səmərəli istifadə etməkdir.

Milli Məclisin deputatı Pərvin KƏRİMZADƏ qəzetimizə açıqlamasında deyib ki, VIII Qurultayın özünəməxsus tarixi məzmunu da məhz bununla bağlıdır. Bu, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultaydır. VII Qurultay 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi qələbədən az sonra keçirilmişdi. Həmin vaxt Azərbaycan yaratdığı yeni reallıqları dünyaya qəbul etdirmək, zəfərin siyasi və diplomatik nəticələrini möhkəmləndirmək mərhələsində idi. Bu gün isə Azərbaycan artıq həmin reallıqların müəllifi və onların əsas siyasi aktoru kimi çıxış edir. “2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi ilə Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri yazıldı. 2023-cü il sentyabrın 20-də isə ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Bu iki tarixi hadisə bir-birini tamamlayan mərhələlərdir. Bu baxımdan 8 noyabr və 20 sentyabr müasir Azərbaycan tarixinin iki mühüm zəfər tarixi kimi xalqımızın yaddaşında əbədi yaşayacaq. Lakin bu zəfərə aparan yol 44 günlə məhdudlaşmır. Prezident İlham Əliyevin çıxışında xüsusi vurğuladığı kimi, Azərbaycanın qələbəsinin arxasında uzun illər ərzində görülmüş böyük iş dayanır. Güclü ordu quruculuğu, iqtisadi potensialın artırılması, beynəlxalq mövqelərin möhkəmləndirilməsi, diplomatik fəaliyyət və ən başlıcası, xalqın milli həmrəyliyi bu qələbəni mümkün edən əsas amillər oldu”, - deyə o əlavə edib.

Deputat qeyd edib ki, bu mənada Azərbaycanın Zəfər tarixini YAP-ın yaranmasından ayrı təsəvvür etmək mümkün deyil. 1992-ci ilin noyabrında YAP-ın təsis olunması Azərbaycanın dövlətçilik tarixinin ən mürəkkəb dövrlərindən birinə təsadüf edirdi. Ölkədə siyasi qeyri-sabitlik hökm sürür, torpaqlarımız işğal olunur, iqtisadiyyat ağır vəziyyətə düşür, dövlət idarəçiliyi iflic olurdu. Belə bir şəraitdə Ulu Öndər Heydər Əliyevin ətrafında birləşən insanların əsas məqsədi siyasi hakimiyyət uğrunda mübarizədən daha geniş məna daşıyırdı. 1993-cü ildə xalqın tələbi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın taleyində dönüş nöqtəsi oldu. Ölkədə sabitlik bərpa edildi, dövlət institutları möhkəmləndirildi, separatçılıq və parçalanma təhlükələrinin qarşısı alındı. Eyni zamanda, Azərbaycan öz haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmağa başladı. “Əsrin müqaviləsi”nin imzalanması ilə isə iqtisadi inkişafın yeni mərhələsini başlatdı. Bu siyasətin ən mühüm xüsusiyyəti onun ardıcıllığında idi. Ulu Öndərin müəyyən etdiyi dövlətçilik kursu sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən yeni şəraitə uyğun şəkildə davam etdirildi. İqtisadi müstəqilliyin möhkəmləndirilməsi, ordu quruculuğunun sürətləndirilməsi, Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi və milli maraqlara əsaslanan xarici siyasət nəticə etibarilə ölkəmizin zəfərə aparan əsas dayaqlarını formalaşdırdı.

P.Kərimzadə bildirib ki, bu gün Azərbaycanın ərazi bütövlüyünün bərpası həmin siyasətin ən böyük nəticəsidir: “2003-cü ildə prezident seçilərkən qarşıya qoyulan əsas strateji məqsədlərdən biri məhz ərazi bütövlüyünün bərpası idi. Bu məqsəd illər ərzində dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq qaldı və nəhayət, 2020-2023-cü illərdə tarixi reallığa çevrildi. Azərbaycanın əldə etdiyi zəfərin əhəmiyyəti yalnız milli çərçivə ilə məhdudlaşmır. Ölkəmiz uzun illər davam edən işğala son qoymaqla beynəlxalq münasibətlər sistemində yeni reallıq yaratdı. Azərbaycan bunu böyük dövlətlərin müxtəlif təzyiqləri və Ermənistanı müdafiə edən siyasi dairələrin mövqeyi fonunda həyata keçirdi. Buna görə də Prezidentin çıxışında milli birliyin və xalqın vahid mövqeyinin xüsusi qeyd olunması mühüm siyasi mesajdır. Azərbaycan xalqının “yumruq kimi” birləşməsi ölkənin ən mürəkkəb məqamlarda öz milli maraqlarını müdafiə etmək gücünü göstərdi. Bu gün isə Azərbaycanın qarşısında başqa xarakterli vəzifələr dayanır. Zəfəri qorumaq və onun nəticələrini möhkəmləndirmək üçün hərbi gücün daha da artırılması prioritetlərdən biri kimi müəyyən edilir. Dünyada gedən proseslər, yeni münaqişə ocaqlarının yaranması və beynəlxalq təhlükəsizlik mexanizmlərinin zəifləməsi göstərir ki, hər bir dövlət ilk növbədə öz təhlükəsizliyinə özü təminat verməlidir. Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsi də məhz bu reallıqdan irəli gəlir. Bu gün ölkəmiz Ermənistanla sülh prosesini davam etdirir, sərhədlərdə vəziyyət sabitdir və iqtisadi əlaqələrin qurulması istiqamətində də addımlar atılır. Lakin sülhün dayanıqlı olması üçün Azərbaycanın öz təhlükəsizliyini təmin edəcək gücə malik olması vacibdir. Güclü dövlət həm öz suverenliyini qoruyur, həm də sülhün şərtlərini daha etibarlı şəkildə təmin edə bilir”. 

Deputat qeyd edib ki, müasir dövrdə təhlükəsizlik anlayışı yalnız ordu və sərhədlərlə məhdudlaşmır. İnformasiya texnologiyalarının sürətli inkişafı ideoloji təhlükəsizliyi də dövlət siyasətinin mühüm istiqamətinə çevirib. Sosial şəbəkələr, süni intellekt və müxtəlif informasiya platformaları vasitəsilə cəmiyyətlərə təsir imkanları əvvəlkindən daha genişdir. Buna görə də Azərbaycan cəmiyyətinin informasiya manipulyasiyalarından qorunması, xüsusilə gənclərin düzgün və obyektiv informasiya ilə təmin edilməsi mühüm vəzifədir. Prezidentin bu məsələdə təhsilə və vətənpərvərliyə xüsusi əhəmiyyət verməsi təsadüfi deyil. Təhsilli, dünyagörüşlü və milli dəyərlərinə bağlı cəmiyyət müxtəlif ideoloji təxribatlara qarşı daha dayanıqlı olur. Bu baxımdan müasir ideoloji siyasətin əsas vəzifəsi yalnız görülən işləri təbliğ etmək deyil, həm də vətəndaşa həmin işlərin mahiyyətini, dövlət siyasətinin məqsədini və Azərbaycanın milli maraqlarını düzgün izah etməkdir. Müasir dünyanın siyasi mənzərəsi göstərir ki, təhlükəsizlik və sabitlik hər bir dövlət üçün ən mühüm strateji dəyərlərdəndir. Münaqişələrin, geosiyasi qarşıdurmaların və yeni risklərin artdığı bir vaxtda insanların sakit və təhlükəsiz şəraitdə yaşaması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın bugünkü sabitliyi də təsadüfi deyil. Bu sabitlik ardıcıl dövlət siyasətinin, güclü müdafiə imkanlarının, dayanıqlı institutların və milli həmrəyliyin nəticəsidir. 

Deputat xatırladıb ki, Prezident çıxışında təhlükəsizliyi dövlət siyasətinin əsas prioritetlərindən biri kimi önə çəkib: “Dövlət başçısı ölkədə əldə olunmuş sabitliyin qorunmasının daim diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğuladı. Bu yanaşma göstərir ki, təhlükəsizlik anlayışı yalnız hərbi müdafiə ilə məhdudlaşmır. İnformasiya və kibertəhlükəsizlik, ideoloji təsirlər, dezinformasiya, eləcə də cəmiyyətdə qarşıdurma yaratmağa yönəlmiş cəhdlər də milli təhlükəsizliyin mühüm tərkib hissələridir. Azərbaycanın kibertəhlükəsizlik sahəsində idarəetmə mexanizmlərini gücləndirməsi də yeni çağırışlara uyğun siyasətin zəruriliyini təsdiqləyir. Təhlükəsizliyin əsas şərtlərindən biri dövlətin milli maraqlarını müstəqil şəkildə müəyyənləşdirmək və qorumaq imkanına malik olmasıdır. Azərbaycanın son illərdə formalaşdırdığı çoxşaxəli imkanlar ölkənin xarici təsirlərə qarşı dayanıqlılığını artırıb. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan gücləndikcə və daha fəal müstəqil siyasət apardıqca ona qarşı təzyiqlərin artması mümkündür. Buna görə də dövlət yalnız mövcud təhlükələrə reaksiya verməklə kifayətlənməməli, potensial riskləri əvvəlcədən müəyyənləşdirərək onların qarşısını almağa hazır olmalıdır. Güclü dövlət anlayışını yalnız hərbi qüdrətlə izah etmək düzgün olmazdı. Güclü dövlət, eyni zamanda, cəmiyyətdə sabitliyi qoruyan, iqtisadi dayanıqlılığı təmin edən, informasiya məkanında öz mövqeyini müdafiə edən və milli maraqlarını beynəlxalq münasibətlər sistemində ardıcıl şəkildə ifadə edən dövlətdir. Müasir təhlükəsizlik isə əməkdaşlığı da zəruri edir. Azərbaycanın bugünkü sabitliyi ölkənin keçdiyi mürəkkəb tarixi yol fonunda daha aydın görünür. Vaxtilə təhlükəsizliyi və ərazi bütövlüyü ciddi təhdidlərlə üzləşən Azərbaycan bu gün suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş, regionda təsir imkanlarını genişləndirmiş dövlət kimi çıxış edir. Bu nailiyyətlər təhlükəsizlik siyasətinin davamlı və uzunmüddətli olmasını tələb edir”.

P.Kərimadə vurğulayıb ki, əldə olunmuş sabitliyin qorunması bütün cəmiyyətin məsuliyyətidir. Milli həmrəylik, dövlətçilik düşüncəsi, vətəndaş məsuliyyəti və informasiya savadlılığı milli dayanıqlılığın əsas dayaqlarıdır. Xüsusilə rəqəmsal mühitdə vətəndaşların dezinformasiyanı və təxribat xarakterli çağırışları düzgün qiymətləndirməsi böyük əhəmiyyət daşıyır. Təhlükəsizlik və sabitlik, eyni zamanda, davamlı inkişaf üçün möhkəm zəmin yaradır. Təhlükəsiz ölkədə iqtisadiyyat inkişaf edir, investisiya imkanları genişlənir, sosial layihələr həyata keçirilir və insanlar gələcəyə daha böyük inamla baxırlar. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri də məhz belə sabit mühitin nəticəsidir. Prezidentin çıxışında təhlükəsizliklə yanaşı, bu ərazilərin bərpası və əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasının dövlət büdcəsinin prioritetləri sırasında qeyd edilməsi də bunu təsdiqləyir. Beləliklə, Azərbaycanın bugünkü reallığında təhlükəsizlik yalnız dövlət siyasətinin istiqamətlərindən biri deyil, ölkənin gələcək inkişafının əsas şərtidir. 

Deputat bildirib ki, Azərbaycanın xarici siyasətində də yeni mərhələnin mühüm xüsusiyyətləri görünür: “Ölkəmiz müxtəlif siyasi və iqtisadi mərkəzlərlə əlaqələrini inkişaf etdirir, eyni zamanda, heç bir geosiyasi düşərgənin tərkib hissəsinə çevrilmədən müstəqil siyasət yürüdür. Azərbaycan üçün əsas meyar hansısa qütbə yaxınlıq deyil, milli maraqların qorunmasıdır. Məhz bu yanaşma ölkəmizin beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul olunmasına imkan verir. Son illərdə Azərbaycanın beynəlxalq nüfuzunun artması da bu siyasətin nəticəsidir. Dünyada enerji təhlükəsizliyi məsələsinin daha da aktuallaşdığı bir vaxtda Azərbaycan etibarlı enerji tərəfdaşı kimi əhəmiyyətini artırır. Neft və qazla yanaşı, elektrik enerjisi və digər enerji resurslarının istehsalı və ixracı ölkəmizin iqtisadi və geosiyasi imkanlarını genişləndirir”.

O qeyd edib ki, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi də Azərbaycanın qarşıdakı illərdə artan rolunun əsas istiqamətlərindən biri olacaq. Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişafı ölkəmizin əlverişli coğrafi mövqeyini real iqtisadi üstünlüyə çevirir. Tranzit yüklərinin həcminin artırılması yalnız əlavə gəlir və yeni iş yerləri demək deyil. Bu, həmçinin Azərbaycanın regional və qlobal nəqliyyat xəritəsində mövqeyinin daha da möhkəmlənməsi deməkdir. Bütün bunlarla yanaşı, Azərbaycanın qarşısında duran ən böyük quruculuq layihələrindən biri Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Burada aparılan quruculuq işləri Azərbaycanın yalnız dağıdılmış əraziləri bərpa etməsi deyil, həm də həmin bölgələr üçün yeni inkişaf modeli formalaşdırması baxımından əhəmiyyətlidir. “Prezident İlham Əliyevin qurultaydakı çıxışında gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağını bildirməsi də dövlət siyasətində sosial məsələlərin xüsusi yer tutduğunu göstərir. Güclü dövlətin əsas göstəricilərindən biri onun əldə etdiyi iqtisadi nəticələri vətəndaşın gündəlik həyatında hiss olunan dəyişikliklərə çevirə bilməsidir. Beləliklə, VIII Qurultay Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcını ifadə edən mühüm hadisədir. Azərbaycanın qarşısında duran əsas məsələ zəfəri qorumaq, sülhü möhkəmləndirmək, iqtisadi gücü artırmaq, hərbi və informasiya təhlükəsizliyini təmin etmək, Qarabağ və Şərqi Zəngəzurda Böyük Qayıdışı sürətləndirmək və Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirməkdir. Prezident İlham Əliyevin çıxışının başlıca siyasi mahiyyəti də məhz bundan ibarətdir: Azərbaycanın qarşısında artıq yeni hədəflər dayanır. Bu hədəflərin həyata keçirilməsi üçün isə əvvəlki mərhələdə olduğu kimi, siyasi sabitlik, milli birlik, güclü dövlətçilik və ardıcıl siyasət əsas dayaqlar olaraq qalmalıdır”, - deyə deputat əlavə edib.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

VIII Qurultayın siyasi mesajları  

16:13
05 Oktyabr

Azərbaycanın xarici siyasət modeli  

15:57
05 Oktyabr

Bakıda Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın iclası olacaq

15:50
05 Oktyabr

Azərbaycan ilə Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir  

15:49
05 Oktyabr

Emin Hüseynov: Ağdam rayonunda 2000-dən çox ailə məskunlaşıb

15:47
05 Oktyabr

ANAMA: Ötən həftə 1144,9 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib

15:37
05 Oktyabr

Böyük qayıdış daha da sürətlənəcək  

15:34
05 Oktyabr

Güclü dövlət, müstəqil siyasət, sarsılmaz iradə  

15:26
05 Oktyabr

Yeni geosiyasi reallıqlar və Azərbaycanın xarici siyasət strategiyası  

15:01
05 Oktyabr

Masallıda “Vətəndaş müraciətlərinə həssas yanaşma” mövzusunda tədbir  

14:54
05 Oktyabr

Azərbaycan öz taleyinin sahibidir  

14:46
05 Oktyabr

Nazir: Azad edilmiş ərazilərdə ilk istixana sənaye zonası Cəbrayılda qurulur

14:40
05 Oktyabr

Məcnun Məmmədov: İndiyədək keçirilən Aqrar Biznes Festivallarında 85 mindən çox fermer iştirak edib  

14:39
05 Oktyabr

Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstana səfər edəcək

14:37
05 Oktyabr

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

14:36
05 Oktyabr

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB

14:33
05 Oktyabr

Emin Hüseynov: Ağdam şəhəri və üç kənddə yaşayanların sayı 8 mindən çoxdur  

13:26
05 Oktyabr

Sabah yağış yağacaq

13:24
05 Oktyabr

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib  

13:23
05 Oktyabr

“EU Reporter” Prezident İlham Əliyevin nitqinə həsr olunmuş analitik məqalə dərc edib  

12:33
05 Oktyabr

Yaxın Şərqdən neft ixracının həcmi müharibədən əvvəlki səviyyəni ötüb  

12:33
05 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!