29 İyun 2026 17:32
140
DÜNYA
A- A+
Venesuela zəlzələsi ölkədə həm də siyasi böhran yarada bilərmi?

Venesuela zəlzələsi ölkədə həm də siyasi böhran yarada bilərmi?


Venesuelada minlərlə insanın həyatını itirdiyi şiddətli zəlzələlər ölkənin müvəqqəti lideri Delsi Rodriqesin siyasi mövqeyini sarsıda bilər. Dağıntılar altındakı insanların xilas edilməsi, yaralıların müalicəsi və dağılmış infrastrukturun bərpası D.Rodriqes üçün öz liderliyini sübut etmək sınağıdır.

“The İndependent” nəşrinin yaydığı məlumata görə, hakimiyyətə gələn D.Rodriqes üçün böhranın idarə olunmasında yaranacaq hər hansı bir uğursuzluq ciddi siyasi nəticələrə yol aça bilər.

Uzun illərdir davam edən iqtisadi böhran və zəifləyən dövlət xidmətləri səbəbindən ölkənin bərpa prosesi olduqca çətin keçəcək. Siyasi təhlilçilərin fikrincə, hökumət beynəlxalq yardımları səmərəli idarə edə bilsə, fəlakət ətrafında milli birlik duyğusu yarada bilər. D.Rodriqes zəlzələdən sonra etdiyi müraciətdə xalqı həmrəyliyə çağırıb. 

Bu prosesdə ABŞ-nin humanitar yardımları da həlledici rol oynayacaq. ABŞ Dövlət Katibi Marko Rubio Karakas administrasiyasına 150 milyon dollarlıq yardım vəd edib. 

Xatırladaq ki, Latın Amerikası tarixində böyük zəlzələlər əvvəllər də siyasi xəritəni dəyişib. 1972-ci ildə Nikaraquada baş verən zəlzələdən sonrakı korrupsiya hadisələri Somoza rejiminin çöküşünü sürətləndirmiş, 1985-ci il Meksika zəlzələsindəki uğursuz böhran idarəçiliyi isə mövcud hakimiyyətin sonunu hazırlamışdı.

ABŞ Geoloji Araşdırmalar Mərkəzinin məlumatına görə, iyunun 25-də Venesuelada 39 saniyə fərqlə 7,2 və 7,5 ballıq iki dağıdıcı zəlzələ baş verib. Rəsmi rəqəmlərə görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 1430-a, yaralıların sayı isə 3238-ə yüksəlib.


Təhminə VERDİYEVA,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

 “Amazon”un robotaksisi kütləvi istehsala hazırdır  

18:23
29 İyun

Avropanı cənginə alan isti hava səbəbindən insanlar həyatını itirir

18:10
29 İyun

Cənubi Koreyadan süni intellekt və çip sahəsinə nəhəng investisiya

17:53
29 İyun

“Amazon”dan Hindistana böyük sərmayə

17:47
29 İyun

Venesuela zəlzələsi ölkədə həm də siyasi böhran yarada bilərmi?

17:32
29 İyun

Yaponiya iqtisadiyyatında yeni dövr

17:06
29 İyun

Almaniyada silahlı insident nəticəsində beş nəfər həlak olub

17:05
29 İyun

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

16:52
29 İyun

Nazir müavini: Birinci Türkoloji Qurultay ortaq elmi düşüncənin formalaşmasına mühüm zəmin yaradıb  

16:47
29 İyun

İyulun ikinci və üçüncü ongünlüyünün bəzi günlərində paytaxtda 36-40 dərəcə isti olacağı proqnozlaşdırılır

16:44
29 İyun

Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə xatirə döş nişanları təqdim olunub

16:44
29 İyun

Türkiyə Prezidenti NATO-nun təhlükəsizliyə yanaşmasını yenidən nəzərdən keçirməyə çağırır

16:32
29 İyun

Rektor: Birinci Türkoloji Qurultay Türk dünyasının intellektual tarixində yeni mərhələnin başlanğıcı olub  

16:19
29 İyun

Azərbaycanda tikinti sahəsinə dair yeni dövlət standartları qəbul edilib  

16:18
29 İyun

Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının 28-ci İllik Toplantısı və Biznes-Forumu keçiriləcək

16:16
29 İyun

Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd edib  

16:06
29 İyun

“Türk Dünyası Həftəsi” türk xalqlarının mənəvi birliyinin önəmini bir daha təsdiqləyir 

16:01
29 İyun

Beynəlxalq konqresin iştirakçıları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər  

15:56
29 İyun

Beynəlxalq Türk Akademiyasının prezidenti: Türk əməkdaşlıq təşkilatlarının mexanizmləri yenilənməlidir  

15:53
29 İyun

Gürcüstan və Qazaxıstan XİN başçılarının görüşündə Orta Dəhlizin perspektivləri nəzərdən keçirilib  

15:43
29 İyun

AMEA-nın prezidenti: Ortaq əlifbanın tətbiqi türk xalqları arasında inteqrasiyanın daha da dərinləşməsi üçün mühüm zəmin yaradacaq  

15:39
29 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!