29 İyun 2026 16:44
164
Mədəniyyət
A- A+
Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə xatirə döş nişanları təqdim olunub

Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə xatirə döş nişanları təqdim olunub


İyunun 29-da Heydər Əliyev Mərkəzində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” çərçivəsində əvvəlcə süni intellekt texnologiyası əsasında hazırlanmış “Ailəmiz – Türk dünyası” qısametrajlı filmi nümayiş etdirilib.

AZƏRTAC xəbər verir ki, daha sonra “Türk dünyası bir ailə kimi, ortaq məqsədlər naminə beynəlxalq türk əməkdaşlıq təşkilatlarının fəaliyyətləri” mövzusunda panel sessiya keçirilib.

Panel sessiyada çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, Prezident İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunması ilə bağlı imzaladığı Sərəncam Azərbaycanda türkoloji irsə və Türk dünyasının ortaq dəyərlərinə verilən yüksək dövlət qayğısının təzahürüdür. Onun sözlərinə görə, bu Sərəncam həm 1926-cı ildə Bakıda keçirilmiş tarixi qurultayın iştirakçılarının xidmətlərinə verilən yüksək qiymətin ifadəsidir, həm də müasir türkologiyanın inkişafına göstərilən diqqəti əks etdirir.

Akademik vurğulayıb ki, Birinci Türkoloji Qurultayın ideyalarının XXI əsrin çağırışlarına uyğun inkişaf etdirilməsi mühüm vəzifələrdəndir. Bu baxımdan rəqəmsal türkologiyanın inkişafı, ortaq elmi layihələrin həyata keçirilməsi və türkoloji tədqiqatların müasir texnologiyalar əsasında aparılması xüsusi əhəmiyyət kəsb edir. O əlavə edib ki, AMEA Türk Akademiyası və qardaş ölkələrin elmi müəssisələri ilə ortaq tədqiqatlar, birgə nəşrlər və klassik irsin öyrənilməsi istiqamətində əməkdaşlığı genişləndirir.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Sultan Raev çıxışında bildirib ki, bu gün Türk dünyası elm, mədəniyyət və düşüncə sahəsində ortaq məqsədlər naminə bir ailə kimi fəaliyyətini gücləndirir.

“Bizim dilimiz, tariximiz və coğrafiyamız fərqli ola bilər. Lakin bu fərqlər bizi ayırmır, əksinə ortaq sivilizasiyamızın zənginliyini təşkil edir”, – deyə Baş katib vurğulayıb.

Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev qeyd edib ki, türk əməkdaşlıq təşkilatları indiyədək türk dövlətləri arasında inteqrasiyanın möhkəmləndirilməsində mühüm rol oynayıb. Onun sözlərinə görə, mövcud geosiyasi şərait əməkdaşlığın yeni mexanizmlərlə inkişaf etdirilməsini tələb edir.

“Əsas vəzifələrdən biri təşkilatlar arasında koordinasiyanın daha da təkmilləşdirilməsi və mövcud resurslardan daha səmərəli istifadə edilməsidir. Eyni zamanda, əməkdaşlıq mexanizmləri dövlətlərimizin inkişaf dinamikasına və yeni geosiyasi reallıqlara uyğunlaşdırılmalıdır”, – deyə Ş.Mustafayev bildirib.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova isə çıxışında qeyd edib ki, yüz il əvvəl olduğu kimi, bu gün də Türk dünyasının alimləri, ziyalıları, dövlət xadimləri və beynəlxalq təşkilatların nümayəndələri ortaq gələcəyin müzakirəsi üçün Bakıda bir araya gəliblər.

Onun sözlərinə görə, Birinci Türkoloji Qurultay yalnız dil və əlifba məsələlərinin müzakirə olunduğu tədbir olmayıb, eyni zamanda ortaq mədəni yaddaşın qorunması, tarixi irsin öyrənilməsi və türk xalqları arasında elmi-mədəni əməkdaşlığın inkişafına xidmət edən mühüm platforma kimi tarixə düşüb.

Panel sessiyanın sonunda Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə təsis edilmiş xatirə döş nişanları təqdim olunub.

Döş nişanlarını TÜRKSOY-un Baş katibi Sultan Raev akademiklər Rafael Hüseynova və Nizami Cəfərova təqdim edib. Daha sonra Qırğızıstan, Türkiyə, Özbəkistan və Türkmənistan nümayəndələri də xatirə döş nişanları ilə təltif olunublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cənubi Koreyadan süni intellekt və çip sahəsinə nəhəng investisiya

17:53
29 İyun

“Amazon”dan Hindistana böyük sərmayə

17:47
29 İyun

Venesuela zəlzələsi ölkədə həm də siyasi böhran yarada bilərmi?

17:32
29 İyun

Yaponiya iqtisadiyyatında yeni dövr

17:06
29 İyun

Almaniyada silahlı insident nəticəsində beş nəfər həlak olub

17:05
29 İyun

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

16:52
29 İyun

Nazir müavini: Birinci Türkoloji Qurultay ortaq elmi düşüncənin formalaşmasına mühüm zəmin yaradıb  

16:47
29 İyun

İyulun ikinci və üçüncü ongünlüyünün bəzi günlərində paytaxtda 36-40 dərəcə isti olacağı proqnozlaşdırılır

16:44
29 İyun

Birinci Türkoloji Qurultayın 100 illik yubileyi münasibətilə xatirə döş nişanları təqdim olunub

16:44
29 İyun

Türkiyə Prezidenti NATO-nun təhlükəsizliyə yanaşmasını yenidən nəzərdən keçirməyə çağırır

16:32
29 İyun

Rektor: Birinci Türkoloji Qurultay Türk dünyasının intellektual tarixində yeni mərhələnin başlanğıcı olub  

16:19
29 İyun

Azərbaycanda tikinti sahəsinə dair yeni dövlət standartları qəbul edilib  

16:18
29 İyun

Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının 28-ci İllik Toplantısı və Biznes-Forumu keçiriləcək

16:16
29 İyun

Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd edib  

16:06
29 İyun

“Türk Dünyası Həftəsi” türk xalqlarının mənəvi birliyinin önəmini bir daha təsdiqləyir 

16:01
29 İyun

Beynəlxalq konqresin iştirakçıları Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər  

15:56
29 İyun

Beynəlxalq Türk Akademiyasının prezidenti: Türk əməkdaşlıq təşkilatlarının mexanizmləri yenilənməlidir  

15:53
29 İyun

Gürcüstan və Qazaxıstan XİN başçılarının görüşündə Orta Dəhlizin perspektivləri nəzərdən keçirilib  

15:43
29 İyun

AMEA-nın prezidenti: Ortaq əlifbanın tətbiqi türk xalqları arasında inteqrasiyanın daha da dərinləşməsi üçün mühüm zəmin yaradacaq  

15:39
29 İyun

Şahin Mustafayev: Birinci Türkoloji Qurultay Türk dünyasının elmi fikir tarixində dönüş nöqtəsidir  

15:36
29 İyun

Kremlin sözçüsü: Lukaşenko Putinə Zelenskinin mesajını çatdırmayıb

15:29
29 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!