27 Dekabr 2022 01:40
440
İQTİSADİYYAT
A- A+
Üzümçülük və Şərabçılıq ETİ ilə emal müəssisələri arasında əməkdaşlıq genişlənir

Üzümçülük və Şərabçılıq ETİ ilə emal müəssisələri arasında əməkdaşlıq genişlənir

 

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun (ÜŞETİ)  əməkdaşları Şamaxı rayonu Meysəri kəndindəki üzümçülük və şərabçılıq kompleksində olublar. 
İlk öncə kompleksin üzüm bağlarında yetişdirilən Mədrəsə, Şirvanşahı, Xindoqnı, Arna-qrna, Bayanşirə və Saperavi üzüm sortlarından alınmış yüksəkkeyfiyyətli şərabların istehsalı ilə tanış olublar. Yerli torpaq-iqlim şəraitinə uyğun olaraq tənəklərə məqsədəuyğun yükün verilməsi, onların inkişaf qanunauyğunluqları, səciyyəvi əlamətləri, becərilmə texnologiyalarındakı xarakterik xüsusiyyətləri, biokimyəvi və texnoloji potensialları ilə bağlı fikir mübadiləsi aparılıb.
Kompleksin mütəxəssisləri Azərbaycanın yerli texniki üzüm sortlarının yüksəkkeyfiyyətli milli brendlərin istehsalına imkan verən biokimyəvi və texnoloji potensiala malik olduğunu qeyd ediblər. Bildirilib ki, artıq müəssisədə qiymətli, milli brendlərin istehsalı üçün əvəzsiz xammal mənbəyi olan Bayanşirə (19,22 ha),  Mədrəsə (17,43 ha), Xındoqnı (1,0 ha), Şirvanşahı (7,36 ha), Arna-qrna (3,64 ha) sortlarından ibarət üzüm bağları mövcuddur. Bu milli brendlərin istehsalının artırılması və ixrac potensialının yüksəldilməsi ilə yanaşı, milli üzüm genofondunun qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi baxımından da əvəzsiz töhfədir.
Görüşdə iqlim dəyişiklikləri fonunda Şamaxı rayonunda da hava şəraitində baş verən tərəddüdlərin üzümün keyfiyyətinə təsirinin optimallaşdırılmasına yönəldilmiş becərmə texnologiyasının müəyyən edilməsi ən vacib məsələ kimi qarşıya qoyulub. Qeyd olunub ki, budama texnologiyası üzümdən yüksəkkeyfiyyətli məhsulun alınmasını təmin etməklə yanaşı, hazırda dünyada geniş yayılan üzüm tənəyinin gövdə xəstəliklərindən (gav yaxud eskarioz, qara ayaq, ölü kol, qanqren və s.) mühafizəsinə yönəldilməlidir. Eyni zamanda bildirilib ki, müəssisədə becərmə texnologiyaları üzümün bioloji potensialından istifadə edilərək torpaq-iqlim şəraitinin ehtiyatlarından səmərəli istifadəsinə kökləndiyindən yüksəkkeyfiyyətli (mineral maddələrlə, o cümlədən makro və mikroelementlərlə zəngin və s.) şərabların alınmasına şərait yaradır.
Daha sonra tarla şəraitində qeyd olunan texniki üzüm sortlarının tənəkləri üzərində yerli torpaq-iqlim şəraitinə uyğun olaraq budama, formavermə qaydaları praktiki olaraq nümayiş etdirilib.

“Azərbaycan”
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

TDT ölkələri arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

08:35
04 Aprel

TDT mühüm əməkdaşlıq platformasına çevrilib

08:30
04 Aprel

Türk Dövlətləri Təşkilatı sağlam təməl üzərində qurulur

08:25
04 Aprel

TDT-nin Bakı görüşü gələcəyin strategiyasını müəyyən etdi

08:20
04 Aprel

Türk dünyasının geosiyasi özünüdərki və yeni güc mərkəzinə çevrilməsi

08:15
04 Aprel

Azərbaycanın humanitar diplomatiyası sərhəd tanımır

08:10
04 Aprel

"Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur"

08:05
04 Aprel

Ölkəmizin öndərliyi ilə TDT qlobal güc mərkəzinə çevrilir

08:00
04 Aprel

"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:48
04 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında

02:40
04 Aprel

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında

02:38
04 Aprel

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

23:01
03 Aprel

İranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb  

22:44
03 Aprel

Türkiyə və Azərbaycan hərbçiləri sarsılmaz dostluq və qardaşlıq əlaməti olaraq bayraqları dəyişiblər  

22:31
03 Aprel

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə edib  

22:08
03 Aprel

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!