ÜMİDLƏR BAKIYA QALDI
Nəhayət, futbol azarkeşlərinin həyəcanla gözlədiyi gün gəlib yetişdi. Romada “Avro-2020”nin açılış matçında A qrupunda yer alan İtaliya və Türkiyə yığmaları üz-üzə gəldilər.
Türkiyə milli komandasına Romada inam böyük idi. “Ay-ulduzlular”ın ən azından İtaliya ilə qarşılaşmada heç-heçə oynayaraq Bakıya bir xalla qayıdacağına ümid edilirdi.
Matçdan öncə görüşün nəticəsi ilə bağlı ünvalanan suallara cavabımızda baş məşqçi Şenol Günəşin oyunun gedişinə kənardan edəcəyi dəyişikliklərin çox vacib olduğunu vurğulamışdıq. Təəssüflər olsun ki, Şenol Günəş bizi haqlı çıxardı. Başqa sözlə, İtaliya millisinin baş məqşçisi Roberto Mançiniyə elə ilk dəqiqələrdən təslim olduğunun mesajını verdi.
Türkiyənin hazırkı heyəti daha çox hücum futbolu oynamağa imkan verir. Türkiyəli çalışdırıcı isə matçın ilk dəqiqələrindən müdafiə olunacağını göstərərək İtaliyaya daha rahat futbol oynamağa imkan verdi. Elə matça da italyanlar daha fəal başladılar. İlk dəqiqələrdən təşəbbüsü ələ alaraq oyunu meydançanın Türkiyəyə aid hissəsinə keçirdilər.
Türkiyə yığması isə topu rəqibə verərək müdafiə olunmaqla, yaranan ani əks-hücumlarda qol epizodları yaratmağa çalışırdı. Lakin bundan da istifadə edə bilmirdi. Çünki İtaliya futbolçuları meydançada elə düzgün yerləşmişdilər ki, rəqibə boş zona qoymurdular. Meydan sahibləri itirilən hər topu tez bir zamanda qazanmağı bacarırdılar. Bir sözlə, Türkiyə yığmasını italiyalı həmkarları topun dalınca daha çox qaçmağa məcbur edirdilər. Amma ilk hissədə qapıçı Uğurcan Çakırın mükəmməl oyunu da fasilədən sonra Türkiyə milisinə kömək edə bilmədi. Bu yerdə qeyd edək ki, türklərin bu cür oyun anlayışı ilə qapısında qol görməməsi futbol möcüzəsi olardı. 52-ci dəqiqədə qurulan hücumlardan birində Merih Demiral avtoqolla komandasını hesabda geri saldı. Qoldan sonra edilən dəyişikliklər belə Türkiyə millisinin hücumda top saxlamasında kömək olmadı. Meydançanın Türkiyəyə aid hissəsində tətbiq edilən pressinq Şenol Günəşin komandasının topu özlərində saxlamağına imkan vermədi. Okay Yokuşlu-Ozan Tufan tandemi müdafiədən topu hücuma çıxartmada ciddi çətinliklərlə üzləşirdilər. Bu isə Türkiyə milli komandasında xətlər arasında əlaqənin itməsinə, oyun planından qopmasına səbəb olurdu. Nəticədə müdafiəçilər də çaş-baş qalaraq mövqe seçimlərində ciddi səhvlərə yol verirdilər. Çiro İmmobile və Lorenzo İnsinyenin məhz bu səhvlərdən yararlanaraq vurduqları qollar İtaliyanın turnirə 3 xalla başlamasına səbəb oldu.
Ancaq qarşıda Uels və İsveçrə ilə Bakıda çox vacib iki qarşılaşma var. Odur ki, qardaş ölkə millisinin bütün ümidləri Bakıya qalıb.
Uğurlar, Türkiyə!
Elçin CƏFƏROV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!