05 May 2026 16:46
153
CƏMİYYƏT
A- A+
Ulu Öndər Heydər Əliyevin sosial sahənin inkişafındakı xidmətlərindən danışılıb  

Ulu Öndər Heydər Əliyevin sosial sahənin inkişafındakı xidmətlərindən danışılıb  


Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev sosial inkişaf strategiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, ƏƏSMN və Yeni Azərbaycan Partiyasının (YAP) birgə təşkil etdiyi tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Veteranlar Şurasının üzvü, akademik Misir Mərdanov və başqaları iştirak ediblər. Nazirliyin tabeliyində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən tədbirin iştirakçıları görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolardan, mərkəzin benefisiarlarının Ulu Öndərə həsr edilmiş əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Anar Əliyev çıxış edərək Ümummilli Lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı naminə misilsiz tarixi xidmətlərini diqqətə çatdırıb. Bildirib ki, Ulu Öndər vətəndaş rifahının təminatını dövlət siyasətinin başlıca istiqamətlərindən biri kimi müəyyən edib. 1993-2003-cü illərdə sosial inkişafın təmin olunması üçün Ulu Öndər Heydər Əliyev tərəfindən 60-dan artıq sənəd imzalanıb. Həmin dövrdə pensiya və müavinətlərin orta aylıq məbləği 8 dəfə, orta aylıq əməkhaqqı 6 dəfədən çox artıb. Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam və inkişaf etdirilməsi nəticəsində ölkəmiz böyük nailiyyətlər əldə edib, möhtəşəm tarixi Zəfər qazanıb. Sosial sahədə də mühüm addımlar atılır və dövlətimizin başçısının tapşırıqları ilə son 7 ildə 5 böyük sosial islahat paketi icra olunaraq sosial ödənişlərdə ciddi artımlar edilib.

Ulu Öndərin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının fəaliyyəti də xalqa, dövlətə xidmət məramına söykənir və Prezident İlham Əliyevin Sədri olduğu partiya ölkəmizin dinamik və hərtərəfli inkişafı proseslərində böyük xidmətlər göstərir.

Tahir Budaqov bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ilk növbədə ölkədə dərin sosial-iqtisadi böhranın aradan qaldırılmasına nail olub, iqtisadi sabitliyi təmin etməklə yanaşı, sosial sahədə əsaslı islahatların təməlini qoyub. Ulu Öndərin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyasında Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi təsbit edilib. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə ölkəmizdə sosial siyasətin institusional əsasları yaradılıb, cəmiyyətin bütün təbəqələri dövlət qayğısı ilə əhatə olunub. Dövlətimizin başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının rifahı və mənafeyi dayanır” fikri sosialyönümlü siyasətin əsasını təşkil edir. Ardıcıl olaraq genişmiqyaslı sosial paketlərin icrası da bu siyasətin bariz nümunəsidir.

YAP-ın proqramında da sosialyönümlü siyasətin əsas istiqamətlərdən biri olduğunu qeyd edən Tahir Budaqov partiyanın Ulu Öndərin ideyalarına sadiq qalaraq sosial ədalət, vətəndaş rifahı, güclü dövlət prinsiplərinin həyata keçirilməsində fəal iştirak etdiyini bildirib.

Musa Quliyev müstəqil Azərbaycan dövlətinin sosial inkişaf strategiyasının müəllifi olan Ümummilli Lider Heydər Əliyevin əhalinin sosial müdafiəsinə daim xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. O, Ulu Öndərin tapşırıqları əsasında ölkənin sosial qanunvericilik bazasının yaradılması üçün aparılan işlərdən bəhs edib.

Misir Mərdanov Ümummilli Lider Heydər Əliyevin sosial sahənin, milli təhsil sisteminin inkişafı naminə göstərmiş olduğu xidmətləri diqqətə çatdırıb.

Daha sonra nazirliyin 64 əməkdaşına YAP-ın üzvlük vəsiqələri təqdim edilib. Nazirlik sistemi üzrə YAP üzvləri olan əməkdaşların sayının 5500-ə yaxın olduğu qeyd olunub. Partiyaya yeni üzv qəbul edilən əməkdaşlar göstərilən yüksək inam və etimada görə minnətdarlıqlarını ifadə ediblər.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarlarının ifalarından ibarət inklüziv konsert proqramı təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropanın rəqəmsal gələcəyi enerji böhranı səbəbindən təhlükədədir

17:31
05 May

Samsung ailəsi rekord məbləğdə miras vergisi ödəyib

17:23
05 May

Ağ Ev yaxınlığında atışma

17:21
05 May

Rusiya Qələbə Gününü qeyd etmək üçün 8 və 9 may tarixlərində Ukrayna ilə atəşkəs elan edib

17:16
05 May

Ağ Ev yaxınlığında atışma

17:03
05 May

Beynəlxalq Valyuta Fondu Yaxın Şərqdəki müharibənin uzanmasının nəticələri barədə xəbərdarlıq edib  

16:58
05 May

Ulu Öndər Heydər Əliyevin sosial sahənin inkişafındakı xidmətlərindən danışılıb  

16:46
05 May

Çin Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının İnkişaf Bankına üzvlüyündə maraqlıdır  

16:42
05 May

WUF13-də iştirakla bağlı 170 ölkədən 26 mindən çox insan qeydiyyatdan keçib – proses davam edir

16:32
05 May

Azərbaycan–İtaliya münasibətləri strateji tərəfdaşlığın dərinləşməsi prosesini yaşayır  

16:16
05 May

“Goldman Sachs”: Qlobal neft ehtiyatları 8 ilin minimumundadır

15:59
05 May

Qızılın qiyməti beşhəftəlik minimumdan sonra artıb

15:48
05 May

Ukrayna Prezidenti Rusiyanın müharibədə itkiləri barədə danışıb

15:37
05 May

Prezident İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK  

15:34
05 May

Praqmatik siyasətin və milli maraqlara söykənən strateji kursun təcəssümü

15:30
05 May

Mayda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar

15:28
05 May

Azərbaycan-İtaliya münasibətləri bütün sahələr üzrə yüksələn xətlə inkişaf edir

15:25
05 May

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

15:13
05 May

Rumıniya nəşri: Qlobal enerji bazarında baş verən dəyişikliklər Azərbaycanın iştirak etdiyi layihələrin əhəmiyyətini artırır

15:12
05 May

İstanbulda “SAHA 2026” Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisinin rəsmi açılışı olub  

15:08
05 May

Bəhreyn Silahlı Qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib

14:57
05 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!