16 May 2024 09:50
245
SİYASƏT
A- A+
Uğursuz erməni keşişin hədəfi indi də parlamentdir 

Uğursuz erməni keşişin hədəfi indi də parlamentdir 

 

Keçmiş hərbi xunta din xadimlərindən vasitə kimi istifadə etməyə başlayıb

 

Hayastanda keçmiş hərbi xunta təmsilçilərinin təşkilatçılığı ilə baş nazir Nikol Paşinyanın əleyhinə keçirilən etiraz aksiyaları davam edir.  
Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya prosesinin bu ölkənin müəyyən bir qismi tərəfindən etirazla qarşılanması, bununla yanaşı, aksiyalarda daha çox erməni din adamlarının adının hallanması əslində, iki ölkə arasında aparılan danışıqları hərbi-siyasi, diplomatik kontekstdən çıxarıb dini aspektlərə yönəltmək cəhdidir. 
Göründüyü kimi xalq arasında nüfuzunu itirən keçmiş hərbi xunta təmsilçilərinin din xadimlərindən vasitə kimi istifadə etmələri açıq-aydın ortadadır. Burada əsas məqam da bu yürüşə erməni keşişin başçılıq etməsidir. 
Hayastan hakimiyyəti bəyan edib ki, sərhədlərin delimitasiyası ölkənin təhlükəsizliyinin təmin edilməsinin yeganə çıxış yoludur. Buna qarşı çıxan erməni radikallar isə hazırda Ermənistanı növbəti dağıdıcı müharibə təhlükəsi ilə üzləşdirməyə cəhd göstərirlər. Çünki sərhədlərin delimitasiyasından imtina məhz növbəti müharibəyə legitim səbəblər yaratmaq deməkdir. Onlar kütləvi etiraz aksiyaları ilə Paşinyan hakimiyyətinə təzyiq göstərərək, sərhədlərin delimitasiya prosesinin dayandırılmasını tələb ediblər. Halbuki, indiki situasiyada kütləvi etiraz aksiyaları heç nəyi dəyişə bilməz. Erməni radikallar hələ ötən əsrin 90-cı illərində olduğu kimi, kütləvi etiraz aksiyaları ilə öz hədəflərinə çata biləcəklərinə ümid bəsləyirlər. 
"Hraparak" nəşri yazıb ki,  siyasi meydan diskomfort vəziyyətdədir, bu ana qədər Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının primatı, arxiyepiskop Baqrat Srbazan (Qalstanyan) müxtəlif siyasi qüvvələrə öz dəstək və təkliflərini təqdim etməyə çalışsa da, öz oyununu oynayır. Nəşr qeyd edib ki, o, sadəcə dinləyir və hərəkatın təşəbbüskarları ilə müzakirə edəcəyi məsələləri çatdırır: "Keşiş "Vətən naminə Tavuş" fəalı ilə yanaşı, Abraham Qasparyana, Avetik Çalabyana da müəyyən yer verir, titul sahibi müxalifətçiləri kölgədə saxlayır. Yeri gəlmişkən, onlar da zərər verməmək prinsipi ilə müdaxilə etməməyə çalışırlar. Məsələn, Ermənistanın ikinci və üçüncü prezidentləri prosesə müdaxilə etməməyə çalışırlar. Yeri gəlmişkən, Serj Sarkisyan bir həftədən artıqdır ki, ölkədə deyil, Almaniyadadır, sabah qayıdacaq". 
Mayın 21-dən Ermənistan parlamentində növbəti sessiya başlayacaq. Hayastan parlamentinin hakim "Vətəndaş Müqaviləsi" fraksiyasının deputatları sessiyalar başlamadan öncə hərəkatın sönməsi üçün dua edirlər. "4rd.am" nəşri yazır ki, hakim fraksiyada narahatdırlar ki, keşiş həmin günlərdə xalqı parlament binasını mühasirəyə almağa çağıra bilər və əgər böyük izdihamı təmin etmək mümkün olsa, o zaman xalqın tələbinə qarşı çıxmaq onlar üçün çətin olacaq: "Yeri gəlmişkən, ötən gün "Hayastan" fraksiyasının deputatları Artur Sarkisyan və Qarnik Danielyan keşişi parlamentə dəvət etmək qərarına gəliblər və gəliş sənədini verəndə, parlamentdə olan hakim fraksiya deputatları arasında əsl çaşqınlıq və ajiotaj başlayıb. Fikirləşiblər ki, keşiş binanı gəzəcək, onunla qarşılaşmamaq üçün nə etmək lazımdır?". 
Göründüyü kimi, revanşistlər kilsənin imkanlarından istifadə etməyə çalışırlar. Nəzərə alaq ki, Ermənistan kilsəsi kifayət qədər nüfuza və gücə sahibdir. Bu, həm də o anlama gəlir ki, keçmiş hərbi xunta və onların xarici havadarları sonuncu kartdan - kilsə faktorundan yararlanmaq istəyirlər.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında

00:55
01 Noyabr

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan FMV-nin (geyimlərin) satın alınması məqsədilə müsabiqə elan edir

00:54
01 Noyabr

Bakıda türkiyəli rəssamların “Müasir incəsənətdə Göbəklitəpə” adlı sərgisi açılıb  

22:54
31 Oktyabr

Almaniya İranın Hamburq, Frankfurt və Münxendəki baş konsulluqlarını bağlayıb

22:52
31 Oktyabr

Azərbaycanda akkreditə olunmuş diplomatik missiyaların Bakı Stadionuna məlumat səfəri təşkil olunub

22:50
31 Oktyabr

Brüsseldə keçirilən seminarda Ermənistanın müharibə cinayətləri barədə məlumat verilib

22:49
31 Oktyabr

Noyabrın 1-dən COP29 zolaqlarına daxil olmaq qadağandır

22:48
31 Oktyabr

Türkiyə COP29-da Uzunmüddətli İqlim Strategiyasını açıqlayacaq

22:46
31 Oktyabr

Azərbaycanda demokratiya və parlamentarizmin inkişafında siyasi partiyaların rolu mövzusunda dəyirmi masa keçirilib  

22:31
31 Oktyabr

Dayanıqlı İnkişaf Məqsədləri və iqlim fəaliyyətinə dair tədbirlər müzakirə olunub

22:28
31 Oktyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Talassemiya Mərkəzində olub

21:42
31 Oktyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan Dövlət Pantomim Teatrında olub

21:09
31 Oktyabr

Milan Sedlaçek: COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcək  

20:19
31 Oktyabr

Səfir: Pakistan COP29-da yüksək səviyyədə təmsil olunacaq

20:13
31 Oktyabr

İspaniya Hökumətinin Sədri Zati-aliləri cənab Pedro Sançezə

20:03
31 Oktyabr

Bakının Xətai rayonunda Alim Məmmədov adına körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub

19:57
31 Oktyabr

XİN: Fransa bölgədə dayanıqlı və həqiqi sülh quruculuğunda maraqlı olmadığını bir daha nümayiş etdirdi  

19:57
31 Oktyabr

“COP29 və mədəniyyət: iqlim dəyişikliyinin mədəni ölçüləri” - konfrans

19:37
31 Oktyabr

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin səkkizinci iclası keçirilib

19:17
31 Oktyabr

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında 5 məsələ müzakirə edilib

19:12
31 Oktyabr

Ankarada keçirilən görüşlərdə sosial sahədə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

18:59
31 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!