26 Oktyabr 2024 08:10
1187
SİYASƏT
A- A+
Tarixi ədalətin bərpası Qərbi Azərbaycana qayıdışsız mümkün deyil

Tarixi ədalətin bərpası Qərbi Azərbaycana qayıdışsız mümkün deyil


Bu əzəli torpaqlarımız ulularımızın bizə əmanətidir


Ölkəmizin ərazi bütövlüyünün bərpasından və dövlət suverenliyinin təmin olunmasından sonra Azərbaycan dövlətinin qarşısındakı əsas milli hədəflərdən biri də müxtəlif illərdə Ermənistanda aparılan etnik təmizləmə siyasəti nəticəsində qədim yurd yerlərindən kütləvi şəkildə deportasiya olunmuş soydaşlarımızın və onların varislərinin hüquqlarının beynəlxalq müstəvidə bərpası məsələsidir. Bundan başqa, həmin doğma torpaqlarda Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliği, bu irsin tam məhvinin qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgə yaşayışa nail olunmasıdır. Bu, hazırda siyasi gündəmimizin başlıca mövzularından biridir. Yaşadığımız reallıqda əzəli türk torpağı olan Qərbi Azərbaycandan bütün azərbaycanlıların qovulması, soydaşlarımızın doğma yurdlarına qayıtmasının qarşısının alınması, beynəlxalq birliyin bu ədalətsizliyə göz yumması qəbuledilməzdir.  

Bu günlərdə Milli Məclisdə soydaşlarımızın doğma yurdumuz olan Qərbi Azərbaycana qayıdışını təşkil etmək məqsədilə təşəbbüs qrupu yaradıldı. Prosesə qanunverici orqan səviyyəsində start verilməsi dövlətimizin tarixən bizə məxsus olan torpaqlarımızdan zorla qovulmuş həmvətənlərimizin hüquqlarının bərpası istiqamətində kompleks hüquqi işlərə başlamaq niyyəti kimi qəbul edilməlidir. 


Ümummilli missiya


Ermənistanın, erməni diasporunun və onların havadarlarının onillərdir Azərbaycana qarşı davam edən çirkin və qərəzli kampaniyası bu "məzlum" xalqın "təqib və məhv edilməsi, deportasiyası və soyqırıma mərzu qalması" kimi uydurma təbliğat üzərində qurulub. Qərb dünyasının erməniləri himayə etməsinin başlıca səbəbi "əzilən ermənilərin məhvinin qarşısının alınması" əməliyyatı kimi təqdim olunub və bu proses hələ də davam edir. Burada əsas niyyət yalnız erməniləri müdafiə etmək deyil, həm də bəzi dövlətlərin və siyasi mərkəzlərin öz günahlarını ört-basdır etmək məqsədi daşımaq cəhdidir. Bu xalqın tarixən başına nə gəlibsə, başqalarının əlində siyasi alət, oyuncaq  olduğu üçün gəlib. Osmanlı dövlətinin tərkibində əmin-amanlıq şəraitində yaşayan ermənilərin "qəflətən soyqırımı"na məruz qalması dünyanı öz xeyirlərinə bölmək istəyənlərin geosiyasi planlarından irəli gələn oyundur. 

XX əsr "erməni faciəsi"nin dünya ictimai rəyinə saxtakarlıqla yeridilməsi prosesi ilə müşayiət olunub. Müxtəlif dövlətlərin parlament kürsüləri, beynəlxalq təşkilatların müzakirə masaları türklərə qarşı hədyanların yağdırılması meydanına çevrilib. Yalanla dolu kitablar dərc edilib, "elmi araşdırmalar" aparılıb və belə demək mümkündürsə, erməni təəssübkeşləri müvəqqəti də olsa, istəklərinə nail olublar. İndi isə həm zəmanə dəyişib, həm də şərtlər. İnternet və informasiya əsrində, hər kəsin məlumat mənbəyinə əlçatanlığı reallığında siyasi cəhətdən ən zəif olan şəxsi belə aldatmaq müşkül məsələyə çevrilib. İndi bir vaxtlar Rusiya imperiyası və sovet hakimiyyətinin tərkibində olan xalqın müstəqil dövləti - Azərbaycan var. Azərbaycan o dövlətdir ki, qarşısına qoyduğu məqsədi - tarixi ədalətin bərpası missiyasını addım-addım reallığa çevirmək əzmindədir və hədəfindən heç vaxt, heç bir halda geri dönməyəcək. Qərbi Azərbaycandakı torpaqlarımıza qovuşmaq, soydaşlarımızın ana vətənə qayıdışını təmin etmək bu dövlətin əsas tarixi və siyasi missiyalarından biridir.

Ermənilərdən fərqli olaraq bizim əlimizdə gerçək tarixi sənədlər var. Onları himayə edənlərdən fərqli olaraq biz yalan dolu kitablar deyil, tarixi ədalətə söykənən elmi əsərlər, araşdırmalar yazırıq. Qanlı erməni diasporundan fərqli olaraq biz saxtalaşdırılmış mənbələr deyil, müasir reallığa əsaslanırıq: indiki Ermənistan ərazisində əsrlər boyu yaşayan insanlarımızın hansı zorakılığa məruz qaldıqlarına dair sənədləşdirilmiş faktlar, videogörüntülər var. Başqa sözlə, Milli Məclisdə qaldırılmış təşəbbüs yetərli hüquqi və tarixi bazaya malikdir və bizim mübarizəmiz dayanmayacaq.


Torpaqlarımızın işğalı Qərbi Azərbaycandan başlayır


2020-ci ilin Vətən müharibəsi və 2023-cü ildəki antiterror tədbirləri nəticəsində azad edilən torpaqlarımızın 30 il əvvəlki işğalı prosesi bundan illər, bəlkə də onillər öncə başladılan zəncirvari proseslərin nəticəsi idi. Bütün dünyada, o cümlədən tərkibində olduğumuz keçmiş Sovet İttifaqında ictimai-siyasi səviyyədə bu işğalın əsaslandırılması və həyata keçirilməsi üçün kompleks işlər həyata keçirilib. Təbliğati mərhələyə toxunmasaq və bilavasitə işğal əməlinə diqqət yetirsək görərik ki, kənd və şəhərlərimizin ardıcıllıqla zəbt edilməsi, insanlarımızın zorla yurdlarından qovulması prosesindən öncə ermənilər Qərbi Azərbaycandakı həmvətənlərimizə qarşı soyqırımı və deportasiya siyasəti həyata keçiriblər. Keçmiş Ermənistan SSR-in bütün ərazisi boyu azərbaycanlıların təqibinə və fiziki məhvinə yönəlmiş hərəkətlər sovetlərin, onların hüquq-mühafizə orqanlarının gözləri qarşısında baş verib. Spitak və Stepanavanda törədilən vəhşiliklər, Hamamlı və Quqark faciələrinin başlıca məqsədi Qarabağın işğalı üçün hərbi-siyasi dayaq nöqtəsinin, istehkamın formalaşdırılması idi. Hədəf Azərbaycan ərazisində baş qaldırmış erməni separatizminin arxa cəbhəsini möhkəmləndirmək idi. Çünki bir tərəfdən Azərbaycan, digər tərəfdən isə Ermənistanın azərbaycanlıların yaşadıqları bölgələrin arasında qalan separatçılar qanlı əməlləri üçün yetərli manevr imkanlarına malik deyildilər. Bu baxımdan, torpaqlarımızın işğalı prosesi ancaq Xankəndidə baş qaldırmış separatizmi nəzərdə turmurdu, eyni zamanda Ermənistanda ata-babalarımıza, analarımıza, qızlarımıza, övladlarımıza qarşı törədilmiş vəhşilik və xalqımızın əzəli Azərbaycan yurdundan zorla qovulması ilə başlayır. Bu tarixi fakt bizim Qərbi Azərbaycan torpaqlarına qayıdışımızın təmin edilməsi yolunda əlimizdə olan tutarlı arqumentdir.

Ötən il rəşadətli ordumuz tərəfindən zərgər dəqiqliyi ilə həyata keçirilmiş antiterror əməliyyatından sonra separatçı əhalinin öz xoşu ilə, könüllü şəkildə, heç bir zorakılıq görmədən ərazilərimizi tərk edib Ermənistana üz tutmasını indi "zorakı deportasiya" kimi  qələmə vermək cəhdləri gülünc doğurur. Axı hər şey canlı yayım şəraitində, televiziyalar və internet vasitəsilə dünya ictimaiyyətinin gözləri qarşısında baş verib. Onlarla kadr var ki, Azərbaycan polisi və media nümayəndələri ermənilərdən niyə yaşadıqları yerdə qalmadıqlarını soruşur, onlara Azərbaycan vətəndaşlığını qəbul etmələrini təklif edir. Əgər bu, "deportasiya"dırsa, onda Qərbi Azərbaycan ərazisindən ölüm təhdidi ilə qovulan azərbaycanlıların başına gətirilən faciələr nə idi? 

Qərbi Azərbaycan bizim üçün sadəcə coğrafiya, torpaq və ərazi deyil. Qərbi Azərbaycan tarixdir, qədim türk yurdudur. Xalqımızın folkloru, mədəniyyəti, incəsənəti və ədəbiyyatının formalaşdığı vətən parçasıdır, dədə-baba yurduna sevgi və bağlılığımızı bildirən mənəviyyat ölçüsüdür. Prezident İlham Əliyevin əslən Qərbi Azərbaycandan olan, aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında söylədiyi sözlər xalqımızın qədim yurdumuza bağlılığının təcəssümüdür: "Xalqımız XX əsrdə üç deportasiya dalğasına məruz qalmışdır - 1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bunu deməyə əsas verən bir çox amillər var. Əlbəttə ki, Vətən sevgisi, o torpaqlar unudulmayıb və unudulmayacaq, o torpaqları görməyən qərbi azərbaycanlıların sonrakı nəsilləri Vətən həsrəti ilə yaşayırlar. Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər. Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar. Mən əminəm ki, biz eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik... Qərbi Azərbaycandan olan soydaşlarımız da əminəm ki, eyni hissləri yaşayacaqlar. Hər şey bizim əlimizdədir".


XX əsrin qanlı deportasiyası


Azərbaycanlıların hazırkı Ermənistan ərazisindən zorla qanlı deportasiyası sistemli şəkildə həyata keçirilib. Gülüstan və Türkmənçay müqavilələrindən sonra ermənilərin Cənubi Qafqaza köçürülməsinin başlıca məqsədi burada, türk və müsəlman coğrafiyasında hərbi və geosiyasi planların reallaşdırılması üçün ermənilərin simasında öz güvənc, dayaq yerlərinin təşkil edilməsinə nail olmaq idi. Bu əsas məqsəd iki əsr ərzində bu xalqın törətdiyi bütün saxtakarlıq, cinayət və vəhşətə göz yummaq üçün əsas olub. Ermənilər isə bu "əlahiddəlik"lərindən yararlanaraq bizə məxsus torpaqları ardıcıl və davamlı şəkildə qəsb ediblər. 

XX əsrdə bu siyasət üç mərhələdə həyata keçirilib və nə qədər maraqlı olsa da, həm ermənilərin, həm də bizim tərkibində olduğumuz imperiyaların adları və tarixi məramları dəyişsə də, bu siyasətləri heç bir deformasiyaya uğramayaraq davam edib. Azərbaycanlılar Ermənistan ərazisindən müxtəlif bəhanələrlə 1918-1920, 1948-1953 və 1988-1990-ci illərdə deportasiya olunublar. Göründüyü kimi, bu təsadüfi tarixi proses deyil, xalqımıza qarşı ən azı bir əsr davam edən ədalətsiz siyasətin nəticəsidir. 

Əgər 1905-1920-ci illərdə olanlar Birinci Dünya müharibəsi ərəfəsi və gedişindəki geosiyasi boşluq şəraitində baş vermişdisə, XX əsr ərzində törədilmiş digər deportasiya və soyqırımı aktları mövcud dövlətin tərkibində, totalitar quruluşlu mərkəzi hakimiyyətin təşəbbüsü, dəstəyi və gözləri önündə icra olunmuşdu. Məsələn, 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti "Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərar qəbul edir. Həmin qərarda göstərilirdi ki, 1948-1950-ci illərdə könüllülük prinsipi əsasında Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün. Qərarın 1-ci bəndində 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min və 1950-ci ildə 50 min nəfərin köçürülməsi nəzərdə tutulurdu. Həmin qərarın 11-ci bəndində göstərilirdi ki, Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar onların boşaltdıqları tikililəri və yaşayış evlərini xaricdən Ermənistana gələn ermənilərin yerləşdirilməsi üçün istifadə etsinlər. Qərarların həyata keçirilməsi nəticəsində 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı, əslində, Ermənistan ərazisindəki dədə-baba torpaqlarından kütləvi və zorakılıqla sürgün olunmuşlar. İnsan hüquqularına zidd olan bu qərarların, xüsusilə azərbaycanlıların Ermənistandan Kür-Araz ovalığına köçürülmə qərarı misli-bərabəri olmayan qəddarlıqla yerinə yetirilmişdir. O zaman deportasiya olunanların 50 minə yaxını iqlim şəraitinə dözməyərək həlak olmuşlar.

Ermənistanda azərbaycanlılara qarşı 1918-1920-ci illərdə soyqırımı və 1930-1938-ci illərdə kütləvi repressiya və sürgün aksiyaları həyata keçirilməsinə baxmayaraq, Ermənistanın Türkiyə və İran, eləcə də Azərbaycan və Gürcüstan sərhədləri boyunca yenə də əsasən azərbaycanlılar yaşayırdılar. İrəvan şəhərinin ətraf rayonları ən münbit torpaqlar hesab olunurdu və həmin rayonlarda da azərbaycanlılar əksəriyyət təşkil edirdilər. 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası isə ermənilərin və onların havadarlarının İkinci Dünya müharibəsinin sonunda Sovet İttifaqının üstün mövqeyə çıxması ilə yaranan şəraitdən bəhrələnmək siyasətinin növbəti mərhələsi idi. Bu yolla imperiya indiki Ermənistanın Türkiyə və İranla sərhədboyu məskunlaşmış azərbaycanlıların tikanlı məftillərin o tayında olan soydaşları ilə əlaqəsini kəsmək niyyətində idi və bu planı qanlı yolla, ermənilərin vasitəsilə həyata keçirdi. 

Artıq ötən əsrin 80-90-cı illərində baş verən sonuncu mərhələ soyqırımı və deportasiya əməlləri isə bir əsr ərzində edilənlərin məntiqi nəticəsi idi, əsas etibarilə Azərbaycanın böyük bir qisminin hərbi təcavüz yolu ilə qoparılmasına hesablanmışdı. Qarabağın və Şərqi Zəngəzurun işğalı XX əsrdə reallaşdırılan planın yekun mərhələsi idi. 


Azərbaycan ədaləti bərpa edəcək


Bütün tarixi sənədlər və xəritələr hazırkı Ermənistanın bizim dədə-baba torpaqlarımızda təşəkkül tapdığını göstərir. Bu gün Ermənistanı himayə edən dövlətlərin özlərinin arxivlərində bu faktı təsdiq edəcək yüzlərlə sənəd var. Bu arqument bizim zorla qovulduğumuz o torpaqlara yenidən qayıdışımızı labüd edir. Bu, tək siyasi və tarixi məsələ deyil, həm də mənəvi və insan faktoruna əsaslanan problemdir. 

Prezident İlham Əliyevin bu məsələni mütəmadi olaraq qaldırması və yetərli dəlil-sübutlarla əsaslandırması Azərbaycan dövlətinin bu tarixi ədalətsizliyi aradan qaldırmaq əzminin və yolundan dönmək niyyətində olmadığının göstəricisidir: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var... XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır... Xalqımız əsrlər boyu öz hüquqlarını qorumaq üçün, öz tarixi torpaqlarında yaşamaq üçün böyük fədakarlıq göstərmişdir. Ancaq buna baxmayaraq, tarixin müxtəlif vaxtlarında bizim xalqımız öz doğma torpaqlarından məhrum edilmişdir. XX əsr bu baxımdan xalqımız üçün çox böyük faciələr gətirmişdir".

Azərbaycan Prezidenti haqlı olaraq vurğulayır ki, Qərbi Azərbaycan problemi təkcə dövlətin deyil, hamımızın amalı və məqsədi olmalıdır: "Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Mən bunu deyəndə təxmin edirəm, yenə də Ermənistanda növbəti dəfə isterika başlayacaq ki, Azərbaycan gəldi bizi işğal etdi və sair. Yox. Biz bunu sülh yolu ilə etmək istəyirik. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq". 

Xalqımızın Vətən mücadiləsi, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımız uğrunda qələbə ilə bitən savaşımız bütün dünyaya əyilməz əzmimizi, mətin iradəmizi nümayiş etdirdi. Şübhə yoxdur ki, Qərbi Azərbaycanda da vətəndaşlarımıza qarşı törədilmiş cinayətlər öz hüquqi qiymətini alacaq və biz müqəddəs yurdumuza qayıdışımızı təmin edəcəyik. Bunun üçün bütün imkanlarımız, ən əsası isə güclü dövlətimiz var!


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Prezidenti TDT Dövlət Başçıları Şurasının iclasında üzv ölkələr arasındakı hərbi əməkdaşlıqdan danışıb

12:41
06 Noyabr

Prezident İlham Əliyev: Azərbaycan TDT-nin möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək

12:33
06 Noyabr

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

12:18
06 Noyabr

Prezident İlham Əliyev: Orta Dəhlizin rəqəmsallaşdırılması istiqamətində bir sıra layihələr icra olunur  

12:00
06 Noyabr

Nəbil Həddad: İqlim dəyişikliyinə qarşı mübarizədə din öz rolunu açıq şəkildə göstərir  

11:55
06 Noyabr

Fox News: Tramp 277 seçici səsini qazanıb

11:52
06 Noyabr

COP29 ərəfəsində ictimai iaşə obyektlərinin ekoloji dayanıqlılığının qiymətləndirilməsi yekunlaşıb

11:41
06 Noyabr

Prezident İlham Əliyev Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak edir YENİLƏNİB  

11:25
06 Noyabr

Tramp Seçicilər Kollegiyasının 230 səsini, Harris isə 205 səsini qazanıb

11:20
06 Noyabr

Azərbaycanın daha bir veteran cüdoçusu dünya çempionu olub  

11:18
06 Noyabr

AMEA-da “Vətən sevgisindən Zəfər marşına” adlı tədbir təşkil edilib  

11:13
06 Noyabr

Opera və Balet Teatrının təqdimatında ilk dəfə "Nəsimi" operası tamaşaya qoyulacaq  

11:03
06 Noyabr

Bu gün Bakı metrosu işçilərinin peşə bayramıdır  

10:58
06 Noyabr

Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub YENİLƏNİB-2

10:53
06 Noyabr

Azərbaycanın xarici işlər naziri TDT XİN Şurasının iclasında COP29-a hazırlıq işlərindən danışıb  

10:48
06 Noyabr

Azərbaycan diplomatı Bəhreyn qəzetində COP29 haqqında məqalə ilə çıxış edib  

10:43
06 Noyabr

Milli Kitabxanada Zəfər Günü münasibətilə virtual sərgilər təqdim olunub  

10:38
06 Noyabr

Bakıda yollardan birində svetoforların iş rejimi dəyişdirilib  

10:32
06 Noyabr

Dünya birjalarında neft ucuzlaşıb  

10:26
06 Noyabr

İqlim dəyişikliyi və insan hüquqları ilə bağlı müsabiqələr elan edilib  

10:20
06 Noyabr

Azərbaycan neftinin qiyməti 77 dolları ötüb  

10:15
06 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!