19 Aprel 2024 11:59
202
DÜNYA
A- A+

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

 

Türkiyə Müdafiə Sənayesi Nazirliyi “Türk Havaçılıq və Kosmik Sənaye” şirkətinə (TUSAŞ) daha 40 ədəd yeni nəsil Hürkuş-B tipli təlim təyyarəsi sifariş edildiyini açıqlayıb.

AZƏRTAC nazirliyə istinadla xəbər verir ki, Türkiyə ordusunda hərbi pilotlara tələbatın artdığını nəzərə alan dövlət qurumları ümumilikdə 55 ədəd Hürküş-B təlim təyyarəsinin alınmasına dair qərar qəbul etmişdi. İlk mərhələdə 15 təyyarənin tədarükü üçün müqavilə imzalanmışdı.

Yerli istehsal olan hərbi təlim təyyarələrinin ilk partiyası Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına 2025-ci ilin may ayında, sonuncusu isə 2027-ci ilin iyununda təhvil veriləcək.

Qeyd edək ki, NATO standartlarına cavab verən və öncəki modifikasiyalı Hürküş-A-dan bir sıra üstün xüsusiyyətlərə malik Hürküş-B təyyarəsi ilk uçuşunu 2013-cü il avqustun 29-da həyata keçirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video