03 Oktyabr 2025 08:30
963
SİYASƏT
A- A+
Türk dünyasının qlobal gücə çevrilməsi zamanın çağırışıdır

Türk dünyasının qlobal gücə çevrilməsi zamanın çağırışıdır


Özü də bu ailənin vacib üzvü olaraq Azərbaycan türk ölkələrinin həmrəyliyi və daha da güclənməsi üçün hər zaman tədbirlər həyata keçirir. Məhz Azərbaycanın təşəbbüsləri, enerji və nəqliyyat layihələri son illərdə türk dövlətlərinin əməkdaşlığını daha da genişləndirib.

18 oktyabr 1994-cü ildə Prezident Heydər Əliyev Türk Dövlətləri Başçılarının 2-ci Zirvə toplantısının açılışındakı nitqində deyirdi: "Şübhəsiz ki, bizim toplantı xalqlarımızın, ölkələrimizin tarixi kökləri, əsrlər boyu toplanmış adət-ənənələrin birliyi, dil birliyi və fəaliyyət birliyi əsasında qurulub. Bu, çox böyük əsasdır". 

Ulu Öndər əlavə edirdi ki, ona görə də bu əsasda bizim ölkələr arasında bütün sahələrdə əməkdaşlığı inkişaf etdirməyə, genişləndirməyə böyük imkanlarımız var: "Azərbaycan Respublikası belə qərara gəlib ki, bundan sonra da bu imkanlardan istifadə etsin və əməkdaşlığı genişləndirsin".

Böyük türk dünyasının birgəliyinin vacibliyi daim Prezident İlham Əliyevin də gündəliyində duran əsas məsələ olub. Buna görə də türk dövlətlərinin institusional strukturunun formalaşması təşəbbüsünün müəllifinin Azərbaycan Prezidenti İlham Əliyev olması da təəccüblü deyil. 

2009-cu ildə Türkdilli Ölkələrin Dövlət Başçılarının 9-cu Zirvə görüşü qədim türk yurdu Naxçıvanda keçirildi. Həmin zaman "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan sazişi"nin imzalanması ilə türk dünyası adına mühüm tarixi-siyasi əhəmiyyəti olan addım atıldı. 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasını nəzərdə tutan Naxçıvan Sazişinin (3 oktyabr 2009-cu il) imzalanmasından etibarən hər il 3 Oktyabr tarixi Türkdilli Dövlətlərin Əməkdaşlıq Günü kimi qeyd edilir. 


Naxçıvanda atılan təməl


Naxçıvan Zirvə görüşündə yaradılan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) adı 2021-ci ildə İstanbulda keçirilən tarixi Zirvə görüşündə dəyişdirilərək Türk Dövlətləri Təşkilatı (TDT) oldu. 

Quruma təsisçi üzv dövlətlər - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə olub, daha sonra 2019-cu ilin oktyabrında Bakıda keçirilən 7-ci Zirvə görüşündə Özbəkistan tamhüquqlu üzv kimi qoşulub. Macarıstan 2018-ci ilin sentyabrında Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilmiş 6-cı Zirvə görüşündə müşahidəçi statusu qazanıb. 2021-ci ilin noyabrında keçirilən 8-ci Zirvə toplantısında Türkmənistan, 2022-ci ilin noyabrında Şimali Kipr Türk Cümhuriyyəti və 2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) quruma müşahidəçi üzv kimi qoşulub.   

Təşkilat Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin məqsəd və prinsiplərinə, eləcə də beynəlxalq hüququn suveren bərabərlik, ərazi bütövlüyü, beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı və beynəlxalq sülh və təhlükəsizliyin qorunması, mehriban qonşuluq və dostluq münasibətlərinin inkişafı kimi ümumbəşəri dəyərlərə sadiqdir. 

Ötən il TDT-nin "Biz birlikdə daha güclüyük" şüarı ilə yayımlanan yeni məlumatlandırıcı infoqrafik videoçarxında qurumun dünya üzrə 4,5 milyon kilometr ərazidə 300 milyon insanı əhatə etdiyi və bu dövlətlərin ümumi valyuta büdcəsinin 4 trilyon dollara çatdığı vurğulandı.

Azərbaycan qədim yurdumuz Naxçıvanda əsası qoyulmuş Türk Dövlətləri Təşkilatı  ilə əlaqələrinə hər zaman böyük önəm verir. Həmçinin TDT Azərbaycanın üzv və müşahidəçi ölkələrlə əməkdaşlığını genişləndirmək üçün vacib platforma rolunu oynayır. 


Türk dünyasının birləşdirici mərkəzi


Azərbaycan türk birliyinin qlobal mərkəzə çevrilməsi üçün yeni təşəbbüslər və ideyalar irəli sürür. Tarixi köklərlə sıx bağlı olduğumuz türk xalqlarının, dövlətlərinin həmrəyliyinin hazırda özünün ən yüksək pilləyə yüksəlməsində ölkəmizin xüsusi yerinin olduğunu desək, qətiyyən yanılmarıq. 

Hər zaman çıxışlarında "XXI əsr türk dünyasının inkişafı əsri olmalıdır" deyən Prezident İlham Əliyev "türk dünyası ailəsi"nin həmrəyliyinin daha da gücləndirilməsi istiqamətində şəxsi səylər nümayiş etdirir. 

2009-cu ildən - yarandığı dövrdən etibarən TDT-nin güclənməsi, hədəflədiyi məqsədlərə yetməsi üçün ölkəmiz əməli addımlar atıb. Quruma sədrliyi dövründə Azərbaycan türk  dövlətləri arasında əlaqələrin daha da genişlənməsi və dərinləşməsi üçün yeni təşəbbüslərlə çıxış edib, mühüm ideyalar irəli sürüb. 

44 günlük Vətən müharibəsində və antiterror tədbirlərində qazandığı zəfərlərlə türk birliyinin güclənməsinə mühüm töhfələr bəxş edən Azərbaycan bununla həmçinin türk birliyinin etnosiyasi coğrafiyasını bərpa edib. 

 Bu il avqustun 8-də Vaşinqtonda imzalanan Birgə Bəyannamədə ölkəmizin əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz gediş-gəlişin təmin edilməsi əksini tapıb. "Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu", bir sözlə, Zəngəzur dəhlizi  artıq reallaşmaq üzrədir. Bununla vaxtilə süni maneələrlə bir-birindən ayrı salınan türk dövlətləri yenidən birləşmiş olacaq. 

Buna görə də Qarabağ zəfəri ümumilikdə türk dünyası adına qazanılan qələbə kimi xarakterizə olunur.  TDT-nin Əməkdaşlıq Şurasının İstanbulda keçirilən VIII Zirvə Görüşü zamanı Prezident İlham Əliyevin Türk Dünyasının Ali Ordeninə layiq görülməsi də təsadüfi deyildi. 

 İkinci Qarabağ savaşı zamanı ölkəmizə siyasi, mənəvi dəstək verən türkdilli ölkələrin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən quruculuq işlərinə töhfələri, həmin ölkələrin rəhbərlərinin bu ərazilərimizə səfərləri dövlətlərimiz, xalqlarımız arasındakı qardaşlığa, həmrəyliyə əyani göstəricilərdir. 

     

Azərbaycanın səyləri


6 iyul 2024-cü ildə Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Prezidenti Sadır Japarov, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyev tədbirdə iştirak etdilər. Zirvə görüşündə "Azərbaycan həmişə türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir" deyən dövlətimizin başçısı İlham Əliyev vurğuladı ki, TDT dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. 

TDT-nin Şuşada qeyri-rəsmi Zirvə görüşünün keçirilməsinin və həmin zaman Qarabağ Bəyannaməsinin imzalanmasının xüsusi rəmzi mənası oldu. 

Bu ilin mayında Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü zamanı etdiyi çıxışında Azərbaycanın türk dünyasının birliyinə və güclənməsinə verdiyi töhfələrindən bəhs edən Prezident İlham Əliyev diqqətə çatdırdı ki, ölkəmiz ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoyub: "Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir. Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur. Nəticədə açıq dənizlərə çıxışı olmasa da, Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilmişdir".

 Onu da qeyd edək ki, Budapeştdə keçirilən Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü zamanı türk dövlətlərinin liderləri Azərbaycanın qlobal əhəmiyyətli çağırışlara verdiyi töhfələrini, TDT-nin inkişafında xidmətlərini xüsusi vurğuladılar. 

Hazırda dünyanın siyasi mənzərəsinin heç də ürəkaçan olmadığı məlum və təəssüf-edici reallıqdır. O da gerçəklikdir ki, dünyanı yenidən şəkilləndirməyə və digər ölkələri öz təsirinə salmağa çalışan güc dairələrinə qarşı təkbaşına mübarizə aparmaq düzgün siyasi strategiya deyil. Azərbaycanın Qarabağ Zəfərinin timsalında da göründü ki, türk dövlətlərinin siyasi, mənəvi dəstəyini alan ölkəmiz həm diplomatik, həm də hərbi arenada özünü daha güclü hiss etdi və haqlı olduğu mübarizədə qələbəni qətiyyətlə təmin etdi. 

Bu mənada türk birliyinin qlobal gücə çevrilməsinin həm də zamanın çağırışı olması bir daha təsdiqini tapır. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa İttifaqının 2026-cı il üçün büdcəsi barədə razılıq əldə olunub  

18:16
16 Noyabr

Daşkənddə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü keçirilib Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB 

18:12
16 Noyabr

Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə yeni formatda əməkdaşlığın prioritetləri açıqlanıb

17:41
16 Noyabr

Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olması Türk dünyası üçün tarixi addımdır

17:15
16 Noyabr

Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olunub  

16:54
16 Noyabr

Aerobika gimnastikası üzrə qarışıq cütlüyümüz Avropa çempionu oldu

16:42
16 Noyabr

Ağdərə rayonunda mina hadisəsi baş verib, 1 nəfər xəsarət alıb – BİRGƏ MƏLUMAT  

16:06
16 Noyabr

Cəbəllütariq - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb  

15:57
16 Noyabr

On qadın Atlantik okeanını keçərək COP30-a çatıb  

15:51
16 Noyabr

Qazaxıstan mediası: Xəzər dənizinin akvatoriyası 36 min kvadratkilometr azalıb

15:42
16 Noyabr

Türkiyə mediası Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə iştirakını geniş işıqlandırır  

15:37
16 Noyabr

Azərbaycanın yaratdığı infrastruktur rəsmi Bakını Mərkəzi Asiya üçün əvəzolunmaz strateji tərəfdaşa çevirib  

15:33
16 Noyabr

Dörd ölkə İnterpol xətti ilə axtarışda olan şəxsləri Türkiyəyə təhvil verib  

15:26
16 Noyabr

Azərbaycan-Mərkəzi Asiya münasibətləri yeni strateji mərhələyə qədəm qoyur ŞƏRH  

15:21
16 Noyabr

“Yeni Asır” qəzeti: Zəngəzur dəhlizi Türkiyə və region üçün yeni imkanlar yaradacaq

15:17
16 Noyabr

Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tamhüquqlu iştirakçısı olub  

15:13
16 Noyabr

Şimali Kiprin Prezidenti Azərbaycan Milli Məclisinin deputatlarını qəbul edib  

15:09
16 Noyabr

Azərbaycanın rayonlarında yağıntılar sabah gündüzdən başlayaraq tədricən kəsiləcək  

15:06
16 Noyabr

Hande Harmancı: Azərbaycan və BMT arasında yeni əməkdaşlıq çərçivəsi innovasiya və rəqəmsal xidmətləri önə çıxarır  

15:01
16 Noyabr

Qırğızıstanlı menecer: Universitetlər üçtərəfli əməkdaşlıq qurmalıdır  

14:57
16 Noyabr

Volodimir Zelenski: Ukrayna Azərbaycandan təbii qaz alması üçün fəal iş görür

14:56
16 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!