10 İyul 2024 09:31
2162
İQTİSADİYYAT
A- A+
Türk dövlətlərinin “yaşıl enerji" əməkdaşlığı daha da genişlənəcək

Türk dövlətlərinin “yaşıl enerji" əməkdaşlığı daha da genişlənəcək

 

Qarabağ Bəyannaməsindəki çağırışlardan biri də məhz budur

 

Bir neçə gün əvvəl Şuşada imzalanan "Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün Qarabağ Bəyannaməsi"ində iqlim dəyişikliyi və bərpaolunan enerji məsələləri də özünə geniş yer alıb. Sənəddə iqlim dəyişikliyi və onun türk dövlətlərinin dayanıqlı inkişafına təsirlərinə birgə iqlim fəaliyyəti yolu ilə cavab verilməsində daha sıx əməkdaşlığın zəruriliyi vurğulanıb.
Bəyannamədə bərpaolunan enerji və enerji səmərəliliyi sahələrində əməkdaşlığın inkişafı da daxil olmaqla türk dövlətləri arasında enerji sahəsində strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanır və Azərbaycan-Qazaxıstan-Özbəkistan enerji sistemlərinin qarşılıqlı əlaqələndirilməsi layihəsində ("Yaşıl dəhliz") son inkişaflar alqışlanır.
Xatırladaq ki, hələ keçən ilin noyabr ayında Bakıda, İqtisadiyyat Nazirliyində keçirilən üçtərəfli görüşdə Mərkəzi Asiya ölkələrindən Azərbaycan ərazisi ilə Avropaya elektrik enerjisinin ixracı perspektivləri müzakirə edilmişdir. Tərəflər elektrik enerjisinin ixracı ilə bağlı birgə müəssisənin yaradılması və layihənin iqtisadi əsaslandırılmasına hazırlıq üzrə razılığa gəlmişlər. Azərbaycanın, Özbəkistanın və Qazaxıstanın iqtisadiyyat və energetika nazirlərinin iştirakı ilə keçirilən həmin görüşdə qeyd edilmişdi ki, üç ölkənin bərpaolunan enerjinin inkişafı və ixracı ilə bağlı yürütdüyü siyasət Azərbaycana Mərkəzi Asiya ölkələrindən Avropaya elektrik enerjisinin təchizi üzrə körpü rolunu oynamağa imkan verir. Belə ki, Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstanla birgə 4 QVt elektrik enerjisinin ixracına xidmət edəcək Xəzər dənizi-Qara dəniz-Avropa enerji dəhlizinin yaradılması üzərində işləyir. Daha 1 QVt "yaşıl enerji"nin Naxçıvan-Türkiyə-Avropa marşrutu ilə nəqli nəzərdə tutulub.
Görüşdə bildirilmişdi ki, Qazaxıstanın və Özbəkistanın həmin dəhlizlərə çıxış əldə etməsi bu ölkələrin elektrik enerjisi bazarlarının inkişafı, "yaşıl hidrogen"in, ammonyakın istehsalı və təchizatı üzrə əməkdaşlığını möhkəmləndirəcək. Tərəflər Azərbaycanın region ölkələrinin enerji sisteminin gələcək inkişafı üzrə səylərin koordinasiyası və sinxronlaşdırılması ilə bağlı təşəbbüsünü, eləcə də təmiz elektrik enerjisinin üçüncü ölkələrin bazarlarına təchizatı istiqamətində qarşılıqlı səylərini təqdir etmişlər. Nazirlər ölkələrin bərpaolunan enerji üzrə potensialını qeyd edərək, alternativ mənbələrdən alınan elektrik enerjisinin Avropaya ixracı ilə bağlı layihəyə qoşulmağa hazır olduqlarını bildirmişlər və görüşün nəticəsi kimi Birgə Kommünike imzalanmışdır. 
Həmin hadisədən bir ay sonra isə Bakıda Azərbaycan, Özbəkistan və Qazaxıstan arasında Mərkəzi Asiyadan ölkəmizin ərazisi ilə Avropaya elektrik enerjisinin ixracı perspektivlərinin müzakirə olunduğu üçtərəfli görüşün nəticəsi kimi Birgə Kommünike qəbul edildi. Bu sənəddə bərpaolunan enerji mənbələrinə fokuslanan enerji mübadiləsi, "yaşıl hidrogen" və "yaşıl ammonyak"ın inkişafı və ixracı, müvafiq infrastrukturun yaradılması sahəsində əməkdaşlıq kimi məsələlər əks olundu. Sənədə əsasən, tərəflər elektrik enerjisinin ixracı ilə bağlı birgə müəssisənin yaradılması və layihənin iqtisadi əsaslandırılmasına hazırlıqla bağlı razılığa gəldilər. Birgə Kommünikeyə uyğun olaraq regionda üçüncü ölkələr bu layihədə iştirak edə bilərlər.
Nazirlər bu dəfə də ölkələrin bərpaolunan enerji sahəsində potensialını vurğulayaraq alternativ mənbələrdən alınan elektrik enerjisinin Avropaya ixracı layihəsinə qoşulmağa hazır olduqlarını bir daha qeyd etdilər. Bu kontekstdə Azərbaycanın enerji sisteminə inteqrasiya edəndən sonra Qara dənizin dibi ilə yüksəkgərginlikli xətlərin çəkilməsi imkanlarının araşdırılmasına maraq ifadə olundu. Onlar həmçinin təsdiqlədilər ki, "yaşıl enerji"nin ötürülməsi layihəsinin inkişafı iştirakçı ölkələrin iqtisadiyyatları və enerji sistemləri arasında əlaqələri daha da gücləndirəcək, milli enerji sənayelərinə yeni təkan verəcək.
Məlum olduğu kimi, Prezident İlham Əliyevin Qarabağı və Şərqi Zəngəzuru, eləcə də Naxçıvan Muxtar Respublikasını "yaşıl enerji" zonası elan etməsi bu diyarların həmin sahədəki  potensialından səmərəli istifadə olunması üçün geniş perspektivlər açır. Konkret olaraq Naxçıvan MR-in  5 QVt "yaşıl enerji" mənbələri potensialı ilə enerjinin bu növünün ixracatçısına çevrilməsi də hədəflənib.
Bu istiqamətdə Azərbaycan-Türkiyə Enerji Forumu  möhkəm platforma təşkil edir. İlk dəfə 2021-ci ildə Bakıda təşkil olunan  bu forum iki qardaş ölkə arasında enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır. Əsasən "yaşıl enerji" konsepsiyası çərçivəsində formalaşdırılan  platforma enerji sahəsində əməkdaşlığın müttəfiqlik səviyyəsinə yüksəldilməsini qarşıya qoyur. Növbəti dəfə - 2022-ci ildə Türkiyədə keçirilən foruma üçüncü dəfə keçən ilin payızında Naxçıvan evsahibliyi etdi. Bu mühüm tədbir regionun  "yaşıl enerji" mənbələrini bir daha təhlil etmək, qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsinə nail olmaq baxımından böyük rol oynayır. 
2023-cü il sentyabrın 25-də Azərbaycan  Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimində iştirak edərkən  dövlətimizin başçısı demişdir: "Bir neçə gündən sonra, daha doğrusu, üç gündən sonra Naxçıvanda Türkiyə və Azərbaycanın vəzifəli şəxslərinin, beynəlxalq təşkilatların iştirakı ilə Türkiyə-Azərbaycan III Enerji Forumu keçiriləcəkdir və əminəm ki, bu forumun nəticələri uğurlu olacaq. Naxçıvanın qazı, nefti olmasa da, günəşi var və Naxçıvanda günəş-elektrik stansiyalarının inşası ilə bağlı bizim böyük planlarımız var. Bu planlar gerçəkləşərsə, Naxçıvan "yaşıl enerji" zonasına çevrilə bilər. Çünki burada həm günəş, həm külək, eyni zamanda su-elektrik stansiyalarının inşası üçün böyük potensial var və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində "yaşıl enerji" ixracı da mümkün olacaqdır". 
Bu görüşdə "Azərbaycan Respublikasında və Türkiyə Respublikasında bərpaolunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində Azərbaycan Respublikasının Energetika Nazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu" da imzalandı. Beləliklə, Azərbaycan və Türkiyə arasında enerji  sahəsinin daha da inkişaf etdirilməsi ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının da  "yaşıl enerji" dəhlizi üçün əhəmiyyəti bir daha ortaya qoyuldu.
Məhz Azərbaycan-Türkiyə III Enerji Forumunda vurğulandı ki, külək və günəş enerjisi üzrə 1500 MVt-lıq istehsal güclərinin yaradılması və onun ən azı 1000 MVt-nın ixrac edilməsi planları çərçivəsində beynəlxalq enerji şirkətləri ilə əməkdaşlıq Naxçıvanı "yaşıl enerji"nin istehsalçısı, ixracatçısı mənbəyinə  və  tranzit məkanına çevirəcək. Bu xüsusda "yaşıl enerji" layihələrinin reallaşdırılması ilə bağlı planlar diqqətə çatdırıldı.
Təsadüfi deyil ki,  keçən ayın əvvəlində keçirilən Bakı  Enerji Həftəsində də həmin mövzuya geniş toxunuldu. Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar  tədbirin açılış mərasimindəki çıxışında dedi: "Biz Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə sıx əməkdaşlıq edirik. Məqsədimiz burada - Naxçıvan ilə Türkiyə arasında qarşılıqlı enerji bağlantısı imkanlarını artırmaqdır. Bu investisiyaların yekunlaşdırılması ilə daha çox yeni "yaşıl enerji"ni təmin edə və bunları Türkiyə bazarına nəql edə bilərik. Çıxışımı yekunlaşdırmazdan əvvəl bildirmək istəyirəm ki, Türkiyə bu istiqamətdə enerji layihələrinin regionda əsas vasitəçisi kimi çıxış edir. Belə ki, Türkiyə Şərq ilə Qərb arasında unikal mövqedə yerləşir. Düşünürəm ki, regional əməkdaşlığı daha da təşviq etməklə, enerji təhlükəsizliyini prioritet kimi görməklə biz dayanıqlı və dinamik enerji landşaftı qura bilərik ki, bu da gələcək nəsillərə xidmət edə bilər".
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktor müavini Kamran Hüseynov Bakı Enerji Həftəsinin forum hissəsindəki çıxışında bildirdi ki, Naxçıvandan, əsasən yeni günəş-elektrik stansiyalarından Türkiyəyə və sonra da ola bilsin ki, Avropaya elektrik enerjisi ixrac etmək planlaşdırılır. Energetika Nazirliyi Naxçıvan MR-də  bərpaolunan enerji mənbələrinin yaradılmasına xarici şirkətləri cəlb edir.
Qarabağ Bəyannaməsində də məhz türk dövlətlərində bərpaolunan geniş enerji potensialından, üzv dövlətlər arasında və üçüncü ölkələrə bərpaolunan mənbələrdən də daxil olmaqla elektrik enerjisinin ixracı və ticarəti üçün geniş enerji sistemlərinin inkişafı imkanlarının istifadəsi məqsədilə onların enerji sistemləri arasında enerji inteqrasiyası və qarşılıqlı əlaqəsi üzrə sıx əməkdaşlığa çağırışlar  edilib.

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

00:42
13 Mart

"Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında

00:40
13 Mart

 “Azərbaycan Respublikası Мüdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 25 aprel tarixli 138 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

00:38
13 Mart

“İnzibati cərimələrin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında

00:37
13 Mart

“Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu” ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 12 sentyabr tarixli 203 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:36
13 Mart

“Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi”nin təsdiq edilməsi haqqında

00:33
13 Mart

“Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarının ilkin hərbi qeydiyyata alınması Qaydası”nın təsdiq edilməsi haqqında

00:32
13 Mart

Beynəlxalq Kanoe federasiyalarının prezidentləri Sərsəng su anbarının potensial imkanlarını dəyərləndiriblər  

23:50
12 Mart

İsveçrəli nazir: İrandan atılan dron hücumu ilə bağlı Azərbaycanla həmrəyik

23:18
12 Mart

Ağdam sakini Xocavənddə minaya düşərək həlak olub – BİRGƏ MƏLUMAT  

22:32
12 Mart

Vayra Vike-Freyberqa: Qlobal Bakı Forumu beynəlxalq əməkdaşlığın daha da artması üçün imkanlar yaradır  

22:12
12 Mart

İrandan təxliyə davam edir: Bir neçə ölkə vətəndaşı Azərbaycan ərazisinə daxil olub  

21:29
12 Mart

Türkiyə Prezidenti BMT Baş katibinə Atatürk Beynəlxalq Sülh Mükafatını təqdim edib  

20:47
12 Mart

Rusiyanın İrana göndərdiyi humanitar yardımı daşıyan yük maşınları sərhəddən keçib - YENİLƏNİB  

20:38
12 Mart

Türkiyə Prezidenti Ankarada BMT-nin Baş katibini qəbul edib

20:28
12 Mart

Ceyhun Cəlilov: Daxili Qoşunların şəxsi heyəti ölkəmizin sabitliyi və vətəndaşların təhlükəsizliyi naminə əzmkarlıq nümayiş etdirir  

20:24
12 Mart

Sabiq Prezident: Əminəm ki, Bakıda mühüm mesajlar veriləcək  

20:14
12 Mart

XIII Qlobal Bakı Forumunda BMT sistemində islahat və qlobal əməkdaşlıq mövzusu diqqət mərkəzində saxlanılıb 

19:49
12 Mart

Hakan Fidan: Ankara İranda vətəndaş müharibəsinin əleyhinədir  

19:28
12 Mart

ITU rəsmisi: BMT sistemində süni intellekt və qlobal əməkdaşlıq üçün vahid yanaşma vacibdir  

19:14
12 Mart

Pedro Manuel Moreno: BMT-nin əsas məqsədi təşkilatı müasir qlobal çağırışlara uyğunlaşdırmaqdır  

19:04
12 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!