12 Mart 2026 14:01
740
İQTİSADİYYAT
A- A+
DİN: İstehlakçıların aldadılması və keyfiyyətsiz məhsulların satışına görə cinayət məsuliyyəti nəzərdə tutulub  

DİN: İstehlakçıların aldadılması və keyfiyyətsiz məhsulların satışına görə cinayət məsuliyyəti nəzərdə tutulub  


İstehlakçıların hüquqlarının təmini sahəsində daxili işlər orqanlarının da rolu əhəmiyyətlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində istehlakçıların aldadılmasına, keyfiyyətsiz məhsulların istehsalına və satışına görə cinayət məsuliyyəti nəzərdə tutulub və həmin cinayətlər üzrə ibtidai istintaq aparmaq səlahiyyəti polis orqanlarına həvalə edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi Emil Mehdiyev "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik" mövzusunda keçirilən forumda deyib.

Onun sözlərinə görə, istehlakçıların hüquqlarının qorunmasının yalnız inzibati və ya iqtisadi nəzarət mexanizmləri ilə deyil, həm də cinayət-hüquqi tədbirlər vasitəsilə təmin olunur.

“Son illərdə internet istifadəçilərinin sayının sürətlə artması virtual məkanda törədilən cinayətlərin dinamikasına birbaşa təsir göstərir. Elektron ticarət sahəsində törədilən cinayətlərin təhlili göstərir ki, cinayətkarlar müxtəlif kiberdələduzluq üsullarından istifadə edirlər. Müəyyən edilib ki, bu üsullar arasında ən geniş yayılmış olanlar saxta elektron ticarət saytlarının, saxta investisiya platformalarının, maliyyə dələduzluğu piramidalarının yaradılması, eləcə də fişinq və digər oxşar aldatma metodlarıdır. Bu üsullarla cinayətkarlar insanların etibarından sui-istifadə edir, müxtəlif vədlər və saxta təkliflərlə onları aldadaraq pul vəsaitlərini ələ keçirirlər. Üsulların ümumi mahiyyəti, demək olar ki, dəyişməz qalsa da, onların tətbiq formaları və aldatma taktikaları daim yenilənir. Belə ki, cinayətkarlar zərərçəkənləri aldatmaq üçün istifadə etdikləri texnoloji vasitələri və proqram təminatlarını mütəmadi olaraq təkmilləşdirir və mövcud texnoloji imkanlara uyğunlaşdırırlar. Xüsusilə süni intellekt texnologiyalarının inkişafı bu sahədə yeni risklər formalaşdırır. Artıq bəzi hallarda süni intellekt vasitəsilə fişinq mesajlarının hazırlanması və hətta insanların səsinin klonlaşdırılması kimi üsullardan istifadə edilməklə şəxslərin aldadılması faktları müşahidə olunur. Eləcə də cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri, izlənilməsi daha mürəkkəb proses olan virtual aktivlərə çevrilərək, leqallaşdırılması həyata keçirilir”, - deyə idarə rəisi vurğulayıb.

Emil Mehdiyev əlavə edib ki, bu tipli cinayətlərin açılması və təqsirli şəxslərin müəyyən edilib məsuliyyətə cəlb olunması prosesini mürəkkəbləşdirən bir sıra obyektiv amillər mövcuddur: “İlk növbədə qeyd edim ki, kiberdələduzluq fəaliyyəti ilə məşğul olan cinayətkar qruplar adətən transmilli xarakter daşıyır və bu xüsusat istintaq hərəkətlərinin və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsini daha da mürəkkəbləşdirir. Digər tərəfdən, belə qrupların üzvləri arasında birbaşa fiziki əlaqə əksər hallarda mövcud olmur və onlar bir-birini şəxsən tanımırlar. Əlaqələr əsasən sosial şəbəkələr, müxtəlif mesajlaşma tətbiqləri və digər elektron kommunikasiya vasitələri üzərindən qurulur. Kibercinayətkarlıqla mübarizədə yalnız hüquq-mühafizə orqanlarının fəaliyyəti kifayət deyil. Bu sahədə effektiv nəticələrin əldə olunması üçün bütün maraqlı tərəflərin – dövlət qurumları, banklar, maliyyə institutları, mobil rabitə operatorları və internet provayderlərinin birgə fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Aparılan profilaktik tədbirlərin nəticəsi olaraq 2025-ci ildə informasiya texnologiyalarından istifadə edilməklə törədilən cinayətlərin sayında azalma tendensiyası müşahidə edilib”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yerin təkindən istifadə sahəsində fəaliyyətin təkmilləşdirilməsi (neft-qaz sahəsi üzrə fəaliyyət istisna olmaqla) və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında

00:15
21 Aprel

"Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 507 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

00:14
21 Aprel

Böyük Britaniyada məktəblərdə mobil telefon qadağası qanuniləşdirilir

23:30
20 Aprel

Fransada ənənəvi çörək istehlakı azalır

21:33
20 Aprel

D vitamini niyə vacibdir?

21:24
20 Aprel

Bəzi insanlar rəngləri “eşidir”, sözləri “dadır”

21:13
20 Aprel

Yeni Zelandiyanın paytaxtında fövqəladə vəziyyət

21:03
20 Aprel

BƏƏ-də məktəblərdə yeni təhlükəsizlik qaydaları tətbiq olunur

20:52
20 Aprel

“Threads” yenilənir

20:46
20 Aprel

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti ölkəmizdə səfərdədir  

20:41
20 Aprel

Tramp danışıqlarda irəliləyiş əldə ediləcəyi təqdirdə İran liderləri ilə görüşməyə hazır olduğunu bildirib

20:40
20 Aprel

İnsanabənzər robot rekord qırıb

20:36
20 Aprel

Kanada ABŞ-dən iqtisadi asılılığını azaltmaq istəyir

20:23
20 Aprel

“iPhone 18” bu rənglərdə ola bilər

20:17
20 Aprel

Dünya yeni bir başlanğıca ehtiyac duyur

20:11
20 Aprel

Neft qiymətləri artdı

20:04
20 Aprel

"Qida borusu və mədə xərçəngi" mövzusunda beynəlxalq elmi-praktiki konfrans

20:02
20 Aprel

Rumen Radevin koalisiyası Bolqarıstan seçkilərində qalib olub

19:58
20 Aprel

Azərbaycanın Suriya ilə təbii qaz ticarəti 53,9 milyon dolları ötüb

19:46
20 Aprel

Bakıda İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantılarına hazırlıq sessiyası keçirilib

19:39
20 Aprel

Gürcüstan-Azərbaycan arasındakı ticarət dövriyyəsi birinci rübdə 322,2 milyon dollar olub  

19:31
20 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!