04 Aprel 2023 00:34
569
İQTİSADİYYAT
A- A+
Tovuzda üzümçülüyə maraq artıb

Tovuzda üzümçülüyə maraq artıb

 

Tovuzun aqrar sektorunda üzümçülük mühüm rol oynayır. Əlverişli təbii iqlim şəraiti və təcrübə rayonda bu gəlirli sahənin inkişafına geniş imkanlar açır və rayon sakinləri bu imkanlardan maksimum istifadə etməyə çalışırlar. 
Bir neçə il əzində üzüm bağlarının sahəsi 900 hektara çatdırılmışdır. Onun 680 hektarı süfrə, qalanı texniki sortlardır. Bağbanların gərgin əməyi sayəsində keçən il 755 hektar bar verən üzüm bağının hər hektarından 288,1 sentner olmaqla 21751 ton məhsul toplanmışdır ki, bunun da 18438 tonu süfrə, 3313 tonu isə texniki üzüm sortu olmuşdur. 
Onu da qeyd edək ki, üzüm bağlarında yetişdirilən texniki sortların emalında heç bir problem yoxdur. Bunun üçün rayonda 3 üzüm qəbulu məntəqəsi və emal müəssisəsi fəaliyyət göstərir. Emal müəssisəsi 3 min ton məhsul qəbul etmək gücündədir. 
Hazırda rayonda yeni üzüm bağlarının salınmasına hazırlıq işləri gedir. Hələ keçən ildən istixanalarda yerli şəraitə uyğun məhsuldar üzüm sortlarının yetişdirilməsinə başlanılmışdır. Bununla fiziki və hüquqi şəxslər məşğul olur.  Beton dayaqlar da rayonun özündə hazırlanır. Hazırda yeni salınacaq bağların suvarılması üçün su mənbələri müəyyənləşdirilir. Hər il yaz-tarla işlərinə hazırlıq ərəfəsində üzümçülük təsərrüfatlarının rəhbərləri ilə müxtəlif görüşlər keçirilir. Elə bu günlər rayon icra hakimiyyəti Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə rayonda fəaliyyət göstərən üzümçülük təsərrüfatlarının rəhbərləri ilə görüş keçirmişdir. Görüşdə mövcud vəziyyət təhlil edilmiş, rayonda üzümçülüyün inkişafı istiqamətində qarşıda duran vəzifələr müzakirə olunmuşdur. Tovuz Rayon İcra Hakimiyyətinin, KOBİA-nın, Qida Təhlükəsizlik Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin və digər aidiyyəti qurumların iştirakı ilə keçirilən görüşdə 30-a yaxın sahibkar iştirak etmişdir.
Tədbirdə üzümçülük üzrə həyata keçirilən layihələr, dövlət dəstəyi mexanizmləri, o cümlədən güzəştli kreditlərdən istifadə, KOBİA-nın dəstək və xidmətləri barədə məlumat verilmiş, üzümçülük sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin təklifləri dinlənilmiş, sahibkarları maraqlandıran suallar cavablandırılmışdır. 

Sabir ƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

TDT ölkələri arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

08:35
04 Aprel

TDT mühüm əməkdaşlıq platformasına çevrilib

08:30
04 Aprel

Türk Dövlətləri Təşkilatı sağlam təməl üzərində qurulur

08:25
04 Aprel

TDT-nin Bakı görüşü gələcəyin strategiyasını müəyyən etdi

08:20
04 Aprel

Türk dünyasının geosiyasi özünüdərki və yeni güc mərkəzinə çevrilməsi

08:15
04 Aprel

Azərbaycanın humanitar diplomatiyası sərhəd tanımır

08:10
04 Aprel

"Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur"

08:05
04 Aprel

Ölkəmizin öndərliyi ilə TDT qlobal güc mərkəzinə çevrilir

08:00
04 Aprel

"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:48
04 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında

02:40
04 Aprel

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında

02:38
04 Aprel

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

23:01
03 Aprel

İranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb  

22:44
03 Aprel

Türkiyə və Azərbaycan hərbçiləri sarsılmaz dostluq və qardaşlıq əlaməti olaraq bayraqları dəyişiblər  

22:31
03 Aprel

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə edib  

22:08
03 Aprel

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!