17 Aprel 2024 08:35
164
SİYASƏT
A- A+

Terrorun Fransa siması

 

Fransa dünyada milyonlarla insanın qatili olan, silsilə qətliamlar törədən, terrora dəstək verən dövlətlərdən biridir desək, yanılmarıq. 
100 ildən çox müddət ərzində təkcə Əlcəzair xalqına qarşı apardığı müharibədə 1,5 milyon əlcəzairlini qətl etməsi faktının özü belə müstəmləkəçi Fransanın üzqarası əməllərini təkzibedilməz faktlarla ortaya qoyur. Dəhşətli gerçəkliklərdən biri isə Fransanın müstəmləkəsi altında saxladığı xalqlara qarşı törətdiyi qanlı əməllərindən utanmaq əvəzinə onu nümayişkaranə şəkildə sərgiləməsidir. 
Diqqət edin: XIX əsrdə müstəmləkə müharibələrində öldürülən döyüşçülərin 18 min ədəd kəllə sümüyü Parisin İnsan Muzeyində saxlanılır və nümayiş etdirilir. Özünü "humanizmin beşiyi", "insan haqlarının qoruyucusu" adlandıran bir ölkənin bu  insanlıqdan uzaq əməlini İnsan Muzeyində dünyaya göstərməsi və beynəlxalq ictimaiyyətin də buna heç bir reaksiya, təpki göstərməməsi isə ayrı bir tragediyadır. 

 

İzlər Parisə aparır 

 

Fransa həm də dünyada terrora dəstək verən bir nömrəli ölkədir və bu dəhşətli əməlini tarixin müxtəlif dönəmlərindən müasir günümüzə qədər davam etdirir. 
Bu baxımdan hazırda törədilən terror aktlarının əksəriyyətinin izlərinin Parisə aparıb çıxarması da təsadüfi deyil və martın 22-də Moskvada "Crocus City Hall"da törədilən terror hadisəsinin altından da Fransanın çıxması bunu bir daha açıq göstərir.
Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev bəyan edib ki, Moskvadakı terror aktının arxasında Fransa və birbaşa Emmanuel Makron durur. Təbii ki, Rusiyanın yüksəkvəzifəli şəxsi tərəfindən səsləndirilən bu fikirlər gəlişigözəl deyilən sözlər deyil və onların arxasında ciddi faktlar durur. D.Medvedev açıq şəkildə dünyaya bildirdi ki, Moskvada terror aktını törədənlərin sifarişçisi məhz Fransa olub.   
Fransa xüsusi xidmət orqanları tərəfindən Azərbaycanəsilli iş adamlarına məxsus konsert zalında terror aktının törədilməsinin özünün də təsadüfi olmadığı gün kimi ortadadır. Aydın görünür ki, bu terror aktı ilə Makron hökuməti Azərbaycanla Rusiya arasındakı əlaqələrə xələl gətirmək niyyəti güdüb, Rusiyada dini və etnik zəmində nifaq yaratmaq planı qurub. 

 

ASALA və İŞİD-i dəstəkləyən dövlət

 

Fransanın terror əməlləri təkcə bu günün işi deyil və illər əvvəl də bu ölkənin beynəlxalq terrorizmlə əlaqəsi olduğuna dair faktlar mövcuddur. 
Bu ölkə hər zaman erməni terrorizmini dəstəkləyib və ASALA-nın əsas mərkəzlərindən biri olub. Məsələn, 1983-cü il iyulun 15-də Parisin Orli Hava Limanında Türk Hava Yollarının kassasında təşkil etdiyi bomba partlayışına görə həbs edilmiş və terror aktını törətdiyini boynuna almış ASALA terror təşkilatının üzvü, erməni mənşəli Varujan Karapetyan 8 nəfərin həlak olmasına və 61 nəfərin yaralanmasına səbəb olmaqla ömürlük həbs cəzasına məhkum edilsə də, 2001-ci ildə həbsxanadan azad edilib. 
1981-ci il sentyabrın 24-də Türkiyənin Parisdəki səfirliyinə hücum təşkil edən ASALA terror təşkilatının üzvü Monte Melkonyan Türkiyə tərəfinin təkidləri nəticəsində həbs edilsə də, az sonra azad edilib. Orli Hava Limanındakı partlayışda iştirakı təsdiqlənən  M.Melkonyanın cəzaçəkmə müddəti müəmmalı şəkildə azaldılmış və o, 1989-cu ildə azadlığa buraxılmışdır. Fransanın himayə etdiyi bu terrorçular Ermənistanda qəhrəman kimi qəbul edilmiş və sonralar Azərbaycan xalqına qarşı çoxsaylı terror aktları törətmişlər.
Eyni zamanda Fransanın "Lafarge" şirkətinə aid olan və Suriya ərazisində fəaliyyət göstərən sement zavodu və onun İŞİD-lə əlaqələri, həmçinin İŞİD-i maliyyələşdirməsi də üzə çıxarılıb. Terrorizmə xidmət göstərən həmin sement zavodu bu yaxınlarda Türkiyə kəşfiyyatı tərəfindən darmadağın edilib. 

 

"İki bacı"nı birləşdirən xislət

 

Fransa Afrikada terror əməllərini bu gün də davam etdirir. Müstəmləkəsi altında saxladığı xalqların azadlıq səsini boğur, buna qarşı çıxanları, onun iradəsinə tabe olmayan siyasətçiləri fikizi məhv edir. 
Bu ölkə Sakit və Atlantik okeanlarında dənizaşırı icma və ərazilərində yaşayan xalqların da azadlıq arzularına və hüquqlarına hörmət etmir, istəklərinin reallaşmasının qarşısının alınmasına mane olur.
Qvadelupa əhalisi dörd əsrdir ki, Fransanın əsarəti altında yaşayır. Ölkədə müstəqillik tərəfdarı olanlar Fransa tərəfindən öldürülür və onların sayı əhaliyə açıqlanmır. 
İllər boyu Korsikanı müstəmləkə altında saxlayaraq burada cinayətlər törədən əliqanlı Fransa müstəqillik istəyənləri həbs edib və ya öldürüb. Fransanın əsarətində boğulan korsikalılar bütün beynəlxalq təşkilatlardan Korsikanın suverenliyinin təmin olunması üçün kömək istəyirlər...
Fransanın Qarabağ ermənilərindən ibarət legion hazırlaması və onları Ukrayna cəbhəsinə göndərməyə çalışması kimi dəlillər də mövcuddur. 
Ümumiyyətlə, dövlət siyasəti işğala, faşizmə, terrora köklənmiş Ermənistana hamilik etməsi Fransanın terrorizmə dəstəyindən xəbər verir. Ermənistan ilə  Fransanı bu qədər yaxınlaşdıran da elə hər ikisinin terrorçu dövlət olmasıdır. Buna görə də Fransa rahat bir şəkildə Ermənistan üzərindən Cənubi Qafqaza yerləşərək burada qanlı müharibə başlatmaq istəyir. Ancaq Azərbaycan bu çirkin məqsədlərə nail olmağa imkan verməyəcək və bunun nəticəsi terrorçu ölkələr - Fransa və "kiçik bacı"sı Ermənistana baha başa gələcək. 

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video